İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATLARI

17 may 2012

İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 11 nəfər ifşa edilmiş, onlardan ümumilikdə 213 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülmüşdür

Ətraflı oxu
7 may 2012

Mayın 7-də general-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Fəxri xiyabana gələrək, Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi ulu öndərin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar

Ətraflı oxu
5 may 2012

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Azərbaycan xalqının müdrik oğlu, dünya şöhrətli siyasi xadim, təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir 

Ətraflı oxu
18 aprel 2012

Məlumat verildiyi kimi, bu yaxınlarda Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş xüsusi əməliyyat nəticəsində Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq məqsədilə təxribat-pozuculuq və terrorçuluq aksiyalarını planlaşdıran silahlı birləşmə zərərsizləşdirilmişdir.

Ətraflı oxu
12 aprel 2012

İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə xeyli sayda odlu silahın, döyüş sursatı və digər hərbi ləvazimatların, habelə külli miqdarda narkotik vasitələrin keçirilməsində təqsirli bilinən bir qrup şəxs ifşa edilmışlər

Ətraflı oxu
10 aprel 2012

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MTN-in “Qartal” xüsusi təyinatlı dəstəsinin bir qrup əməkdaşının orden və medallarla təltif edilməsi haqqında Sərəncam imzalamışdır

Ətraflı oxu
6 aprel 2012

Əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq və əhali arasında vahimə yaratmaq məqsədilə təxribat-pozuculuq və terrorçuluq aksiyalarını planlaşdıran silahlı birləşmənin 17 üzvü yaxalanmışdır

Ətraflı oxu

Milli Təhlükəsizlik Nazirliyi kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Nazirliyin əsasnaməsini və normativ hüquqi aktlarını rəhbər tutur.

Milli Təhləkəsizlik Nazirliyinin rəsmi İnternet saytı Nazirliyin başlıca fəaliyyət istiqamətləri barədə məlumatların ölkə və dünya ictimaiyyətinə ilk mənbədən çatdırılmasına xidmət edir.

Azərbaycan təhlükəsizlik orqanlarının tarixi

Azərbaycan təhlükəsizlik orqanlarının tarixini üç dövrə bölmək olar: Azərbaycan Demokratik Respublikası dövrü, Sovet dövrü və müstəqil Azərbaycan Respublikası dövrü. 1918-1920-ci illər Azərbaycan tarixinin ən şərəfli, eyni zamanda, mürəkkəb və ziddiyyətli dövrlərindən biri hesab olunur.

Ətraflı oxu

Azərbaycan Respublikası Prezidentinin Sərancamları

Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və təltif edilməsi haqqında sərəncamlar imzalamışdır.

                                                                                                                 

Ətraflı oxu

Milli Təhlükəsizlik orqanlarının şəxsi heyəti peşə bayramını qeyd etmişdir

Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təmin olunmasında xüsusi yeri və rolu olan milli təhlükəsizlik orqanlarının yaranmasından 93 il ötür.

Ətraflı oxu

"Heydər Əliyev və Milli Təhlükəsizlik Orqanları"  Kitabda xalqımızın ümummilli lideri Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyəti və Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bu təşkilatların milliləşməsi və  formalaşaraq təkmilləşməsindən bəhs olunur.    

Ətraflı oxu

Erməni terrorçuları tərəfindən törədilmiş terror aktlarının xronologiyası

Müvafiq tarixi-coğrafi xronologiya tarixi materiallar əsasında beynəlxalq terrorizmin təzahürlərindən olan erməni terrorizminin miqyasını və səviyyəsini nümayiş etdirir. 

Ətraflı oxu