|
N.Abbasov 1940-cı ildə anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1962-1976-cı illərdə «Abşeron» qəzetində rəhbər vəzifədə çalışmışdır. 1970-ci ildən partiya işinə keçmiş, Azərbaycan SSR KP-nin Abşeron RK-nin II katibi vəzifəsində işləmişdir. 1977-ci ildən təhlükəsizlik orqanlarında fəaliyyətə başlamışdır. 1979-cu ildə SSRİ DTK-nın Ali Məktəbini bitirmiş, şöbə rəisinin müavini, şöbə rəisi, Azərbaycan SSR DTK sədrinin müavini kimi vəzifələrdə işləmişdir. 1992-1994-cü illərdə Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini və birinci müavini olmuşdur. 1994-cü ilin oktyabr ayından 1995-ci ilin mart ayınadək Milli Təhlükəsizlik Naziri vəzifəsini icra etmiş, 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Naziri vəzifəsində işləmiş, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlmişdir.
|