az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
KİTABXANA
Nəşrlər
Müsahibələr
Məqalələr
Məktublar
Almaniya Federal Kəşfiyyat Xidmətinin nümayəndə heyətinin Azərbaycana səfəri (13.08.2005)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AFR-in Federal Kəşfiyyat Xidmətinin rəhbəri Auqust Hanninqin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Prezident sarayında Almaniya Federativ Respublikası Federal Kəşfiyyat Xidmətinin rəhbəri Auqust Hanninqin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı nümayəndə heyətinin Azərbaycana səfərindən məmnunluq duyduğunu bildirərək dedi ki, bu səfər ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaradır.
Azərbaycan ilə Almaniya arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev ötən il AFR-ə səfərinin uğurla keçdiyini nəzərə çarpdırdı.
Avqustun 12-də Sumqayıtda "Siemens" şirkətinin Almaniya bankının krediti əsasında inşa edəcəyi elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etdiyini məmnunluqla vurğulayan dövlətimizin başçısı bunu iqtisadi əlaqələrin yaxşı nümunəsi kimi dəyərləndirdi.
Ölkələrimiz arasında siyasi sahədə də əməkdaşlığın inkişafından razılıq ifadə edən Prezident İlham Əliyev Azərbaycanın və Almaniyanın xüsusi xidmət orqanları arasında da qarşılıqlı informasiya mübadiləsi ilə bağlı yaxşı əlaqələrin mövcud olduğunu bildirdi.
Dövlətimizin başçısı dedi ki, hazırkı dövrdə dünyada, regionda sülh və sabitlik üçün böyük təhlükələrin mövcud olduğu bir vaxtda ölkələrimizin xüsusi xidmət orqanları arasında əməkdaşlığın regional təhlükəsizlik üçün böyük əhəmiyyəti vardır.
Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, cənab Auqust Hanninqin Bakıya bu səfəri ölkələrimizin xüsusi xidmət orqanları arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək, Azərbaycan ilə Almaniya arasında münasibətlər bundan sonra da inkişaf edəcəkdir.
Rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanda göstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlıq edən cənab Hanninq Bakıya ikinci dəfə səfərə gəldiyini söylədi. İndiki səfəri zamanı Azərbaycanın tarixi yerləri ilə tanış olmaq imkanı yarandığını bildirən qonaq dedi ki, gördüyü yerlər, əldə etdiyi məlumatlar onda Azərbaycan haqqında yüksək təəssürat yaratmışdır.
AFR-in federal kanslerinin salamlarını Prezident İlham Əliyevə çatdıran cənab Auqust Hanninq dedi ki, cənab Gerhard Şröder sizin Almaniyaya səfərinizin uğurla keçdiyini bildirdi. O, dövlətimizin başçısının AFR-ə səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə verdiyini vurğuladı. Avqustun 12-də Azərbaycanda demək olar ki, Almaniya gününün keçirildiyini nəzərə çarpdıran qonaq onun səfərinin belə bir vaxta təsadüf etməsindən məmnun qaldığını söylədi.
Regionda sülhün, sabitliyin qorunmasının vacibliyini vurğulayan cənab Auqust Hanninq ölkələrimizin xüsusi xidmət orqanları arasında çox yaxşı əməkdaşlığın mövcud olduğunu bildirərək dedi ki, Almaniyanın regionda ən çox etimad əsasında əməkdaşlıq etdiyi ölkə Azərbaycandır. O, Almaniya xüsusi xidmət orqanlarının zəngin təcrübəsini Azərbaycanın xüsusi xidmət orqanları ilə bölüşdürməyə hazır olduqlarını söylədi. Cənab Auqust Hanninq Azərbaycanın bu sahədə çox dəyərli bir tərəfdaş olduğunu vurğuladı.
Azərbaycan Prezidenti İlham Əliyev onun salamlarını AFR-in federal kansleri Gerhard Şröderə çatdırmağı xahiş etdi.

 

Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

Avqustun 12-də Azərbaycanda səfərdə olan Almaniya Federativ Respublikası Federal Kəşfiyyat Xidmətinin rəhbəri Auqust Hanninqin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gəlmişdir.
Burada qonaqları Azərbaycanın Milli Təhlükəsizlik Naziri general-leytenant Eldar Mahmudov qarşıladı.
Nümayəndə heyətinin üzvləri ümummilli lider, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoydular.
Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül-çiçək düzdülər.

MƏQALƏLƏR
Xalqa və dövlətə şərəfli xidmət missiyası (“Azərbaycan” qəzeti, 30.03.2009)
Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının yaranmasından 90 il ötür (“AzərTAc”, 28.03.2009)
Ağcabədidə milli təhlükəsizlik orqanlarının yaradılmasının 90 illiyi qeyd edilmişdir (“AzərTAc”, 28.03.2009)
Şəkidə təhlükəsizlik orqanlarının yaradılmasının 90 illiyi qeyd edilmişdir (“AzərTAc”, 26.03.2009)
Astarada milli təhlükəsizlik orqanlarının yaradılmasının 90 illiyinə həsr olunmuş toplantı keçirilmişdir (“AzərTAc”, 26.03.2009)
Azərbaycanın ilk təhlükəsizlik orqanlarının yaranması tarixi zərurət idi (“Respublika” qəzeti, 21.03.2009)
Milli təhlükəsizlik orqanlarının inkişafı Heydər Əliyevin adi ilə bağlıdır (“AzərTAc”, 20.03.2009)
Sumqayıtda təhlükəsizlik orqanlarının yaradılmasının 90 illiyi qeyd edilir (“AzərTAc”, 20.03.2009)
Gəncədə milli təhlükəsizlik orqanlarının yaradılmasının 90 illik yubileyi qeyd edilmişdir (“AzərTAc”, 20.03.2009)
Kəşfiyyat və əks-kəşfiyyat öz işinə uğurla başlamışdı (“Ayna” qəzeti, 20.03.2009)
Şəxsiyyət və zaman (“525-ci qəzet”, 18.03.2009)
Azərbaycanın milli təhlükəsizlik orqanlarının 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdir (“AzərTAc”, 16.03.2009)
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev MTN-in Mədəniyyət Mərkəzi və “N” saylı hərbi hissəsində olmuşdur
Həqiqətin zəfər çalması üçün bütün qüvvə və vasitələr səfərbər olunmalıdır (“Azərbaycan” qəzeti, 14.03.2009)
Vətənpərvərlik və yüksək peşəkarlıq Heydər Əliyev məktəbindən qaynaqlanır (“Azərbaycan” qəzeti, 06.03.2009)
Azərbaycan milli təhlükəsizlik orqanlarının əməkdaşları şagirdlərin görüşünə gəlmişlər (“AzərTAc” qəzeti, 05.03.2009)
Milli təhlükəsizlik orqanlarının fəaliyyətinin hüquqi bazasının möhkəmləndirilməsi milli maraqların etibarlı qorunmasının vacib şərtidir (“Azərbaycan” qəzeti, 28.02.2009)
Milli Təhlükəsizlik Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi xidmətin yüksək səviyyədə qurulmasının rəhnidir (“Azərbaycan” qəzeti, 20.02.2009)
Ümummilli lider Heydər Əliyevin həyat fəlsəfəsi və peşəkarlıq məktəbi milli təhlükəsizlik orqanlarının fəaliyyətinin əsas prinsipləridir (“Azərbaycan” qəzeti, 13.02.2009)
Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhlükəsizlik orqanları (“Azərbaycan” qəzeti, 07.02.2009)
Əgər düşmən susdurulursa... (“525-ci qəzet”, 30.01.2009)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının 10 illik yubileyi təntənə ilə qeyd edilmişdir
Vətənə xidmət akademiyası (“Azərbaycan” qəzeti, 04.12.2008)
Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir (“Мир женщины”/“Qadın dünyası”/“Woman's world” qəzeti 2-15.05.2008)
85 ilin zirvəsindən görünən həqiqətlər (“Azərbaycan” qəzeti, 10.05.2008)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi ilə bağlı milli təhlükəsizlik orqanları bir sıra tədbirlər keçirmişlər (“Azərbaycan” qəzeti, 10.05.2008)
Azərbaycanın təhlükəsizlik strategiyası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır (“Azərbaycan” qəzeti, 08.05.2008)
Azərbaycanın milli mənafelərinin qorunmasında milli təhlükəsizlik orqanları böyük rola malikdir (“Azərbaycan” qəzeti, 31.03.2008)
Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının X iclası keçirilmişdir (“Azərbaycan” qəzeti, 19-20 noyabr 2007-ci il)
Azərbaycan alimləri: “Voyçex Pastuşkanın ermənilərin Ağdamda apardığı arxeoloji qazıntıları “siyasi qazıntılar” adlandırması erməni saxtakarlarının iç üzünü açan sərrast elmi qiymətdir” (“APA”, 11.07.2007)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Sərhəd Qoşunları fakültəsinin növbəti buraxılışı olmuşdur (“AzərTAc”, 07.07.2007)
Qara Bağdan açıqca («Wyborczej» qəzeti (Polşa) 17.04.1998 – 18.04.1998) (Azərbaycan, rus və polyak dillərində)
NATO-Azərbaycan əməkdaşlığında Milli Təhlükəsizlik Nazirliyinin rolu (“Diplomatiya və Hüquq” jurnalı, №1 (007) aprel 2007)
Azərbaycanın müstəqilliyinin qorunmasında milli təhlükəsizlik orqanlarının xidməti xüsusi qeyd edilmişdir (“Azərbaycan” qəzeti, 28.05.2007)
“ABŞ Konqresinin 106-cı qətnaməsinə dair. Uydurma “erməni genosidinin” tanınmasına dair bir neçə kəlmə” (rus dilində) («Эхо» qəzeti, 21.04.2007)
“Böyük yalan: erməni genosidinə dair mif” (газета
Dövlət İdarəçilik Akademiyasında milli təhlükəsizlik orqanlarının yaradılmasının 88 illiyi ilə əlaqədar tədbir keçirilmişdir ("Azər Tac",19.03.2007)
Azərbaycan təhlükəsizlik orqanlarının 88 illiyi Yasamal rayonunda da qeyd edilmişdir ("Azər Tac",19.03.2007)
MTN milli maraqların və dövlətçiliyin sədaqətli müdafiəçisidir ("Azər Tac",19.03.2007)
Xocali Faciəsi Dünyada Törədilmiş Ən Ağir Cinayət və Soyqırımıdır (“Azər Tac”,24.02.2007)
Transmilli Mütəşəkkil Cinayətkarliqla Mübarizədə Uğurlu Mərhələ («Azərbaycan» qəzeti, 23.02.2007)
Milli Təhlükəsizliyimizin Etibarli Təminatçisi ("Azərbaycan",12.01.2007)
Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir («The Patriot» qəzeti - İslamabad, 27.11.2006)
Eldar Mahmudov, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant: «Prezident İlham Əliyevin siyasi kursu milli təhlükəsizliyimizi təmin edir»
Eldar Mahmudov, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri, general-leytenant:
Almaniya Federal Kəşfiyyat Xidmətinin nümayəndə heyətinin Azərbaycana səfəri (13.08.2005)
Etibarlı milli təhlükəsizliyə aparan yol (“Respublika” qəzeti 15.06.2005)
Almaniya Bundestaqı nümayəndə heyətinin Azərbaycana səfəri (24.05.05 “AzərTac”)
Millətə xidmət üçün yaranmış insan (09.05.2005 “Xalq qəzeti”)
Вклад Азербайджана в Великую Победу (Москва 2005)
Quba soyqırımı, yaxud ruhların kəsilməyən fəryadı (23.04.2005 “Azərbaycan”)
Bakida “Cənubi Qafqazda köçkün düşmüş əhali” mövzusunda Beynəlxalq seminar keçirilmişdir
1918-1920-ci illərdə türk-müsəlman soyqırımları (“Azərbaycan” 01-02. 04.2005)
Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının əməkdaşları peşə bayramlarını qeyd etmişlər («Azərbaycan», 29.03.05)
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətinə (28.03.2005)
Milli təhlükəsizlik orqanlarının yaradılmasının 86 illiyinə həsr olunmuş görüş keçirilmişdir («Azərbaycan», 27.03.05)
Milli Qəhrəmanın xatirəsinə ehtiram («Azərbaycan», 27.03.05)
Məktəbdə yubiley tədbiri («Azərbaycan», 27.03.05)
Vətənin təhlükəsizlik sipəri (Əlimusa Əliyev, «Respublika», 26.03.05)
Azərbaycan Təhlükəsizlik Orqanlarinin 86 Illiyi Münasibətilə Görüş Keçirilmişdir («Respublika», 26.03.05)
Milli təhlükəsizliyin hərtərəfli təminatına nail olmalıyıq («Azərbaycan», 26.03.05)
Prezident İlham Əliyevin MTN-in bir qrup əməkdaşına mükafatları təqdim etmə mərasimi («Azərbaycan», 17.03.05)
Şərəfli ömür yolu (Xatirə Tağıyeva, «Respublika» 25.01.05)
Sonradan qəhrəman olmurlar, anadan qəhrəman doğulurlar (Xatirə Tağıyeva, Esmira Şükürova, «Respublika», 19.12.04)
«Erməni cinayətləri» - yeni kitab erməni daşnaqlarının azərbaycanlılara qarşı soyqırımından bəhs edir (Şəhla Tahirqızı, «Yeni Azərbaycan», 02.12.04)
O əsil qəhrəman idi (Xatirə Tağıyeva, «Azərbaycan», 09.04.04)
Mən ölmək istəmirəm (Pakizə Bəşirova, «Sərhəd». 1-15.09.99)
Ölümünə inanmırıq (Pakizə Bəşirova «Sərhəd», 28.03.99)
Şəhid Nadir (Cəlal Qasımov, Adil Babayev, «Sərhəd», 29.06.93)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına Döyüş Bayrağının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasim
Milli Təhlükəsizlik orqanlarinin əməkdaşlari peşə bayramlarini qeyd etmişlər (Azərtac)
Şəkidə təhlükəsizlik orqanlarinin yaradilmasinin ildönümü geniş qeyd olundu
Sumqayıtda respublika təhlükəsizlik orqanlarının 87-ci ildönümü qeyd olunmuşdur (AzərTAC)
Vətənin təhlükəsizliyini qorumaqdan şərəfli vəzifə ola bilməz
Erməni "xalq nağılları" ( «Каспи» qəzeti, 07.10.2006)
ГЕНОЦИД = КАКА или сила слов
Армянский сепаратизм на Южном Кавказе (журнал «Дирчелиш XXI аср», 104-105/2006)