az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
TARİX
Azərbaycan təhlükəsizlik orqanlarının tarixi
Azərbaycan xüsusi xidmət orqanlarının rəhbərləri
Arxiv sənədləri
Aqrba Aleksey Serqeyeviç: 1933 mart - 1934 mart

1897-ci ildə Suxumi dairəsinin (indiki Gürcüstan Respublikası) Qudauti məntəqəsinin Lidzava kəndində anadan olmuşdur. A.Aqrba ilk təhsilini kənd və 1907-1911-ci illərdə Novo-Afonski internat məktəblərində aldıqdan sonra, Qudautidə müəllim məktəbini bitirmişdir. 1914-cü ildə Suxumidə pedaqoji kurslara daxil olmuş və 1916-cı ildə xalq müəllimi adını almışdır. 1917-ci ilin yayından fevral inqilabına qədər olan müddətdə Lidzava kənd məktəbində müəllim işləmiş, fevral inqilabı dövründə kənd yığıncağının qərarına əsasən ictimai təhlükəsizlik Komitəsinin sədri seçilmişdir. Oktyabr çevrilişindən sonra o, Lidzava icmasından kənd deputatlarının qəza qurultayına nümayəndə kimi göndərilir. Gürcü menşevikləri Abxaziyaya daxil olduqdan sonra A.Aqrba bolşeviklərlə əlaqələrini gizli şəkildə saxlamış və bir müddət təsərrüfat işlərində çalışmışdır. 1920-ci ildə onun namizədliyi Qudauti qəza milisi sədrinin köməkçisi vəzifəsinə sürülən A.Aqrba bir müddət sonra bolşeviklərlə əlaqəsi aşkarlanması səbəbindən həbs olunmuşdur. Qudauti, Suxumi və Kutaisi həbsxanalarında saxlanılan A.Aqrba Qırmızı ordu tərəfindən azad olunaraq yenidən Abxaziyaya göndərilmişdir. 1921-1922-ci illərdə Abxaziyanın hərbi komissarı, 1923-cü ilin mart ayında daxili işlər xalq komissarı və Abxaziya DSİ-nin sədri vəzifələrində işləyən A.Aqrba eyni zamanda, Abxaziya vilayət komitəsinin və seçki komissiyasının üzvü kimi də fəaliyyət göstərmişdir. 1923-cü ilin oktyabrında A.Aqrba Tiflisə çağırılmış, DSİ orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 1929-cu ildə Gürcüstan və Zaqafqaziya DSİ Kollegiyalarının üzvü olmuşdur. Həmin il Azərbaycan DSİ sədrinin müavini vəzifəsinə təyin olunmuş və 1931-ci ilin ortalarına qədər bu vəzifəni icra etmişdir. Müvafiq vəzifədə çalışdığı müddət ərzində A.Aqrba  fövqəladə-səlahiyyətli və fövqəladə üçlüyün nümayəndəsi kimi Naxçıvanda və Nuxa-Zaqatala dairələrində sovet hakimiyyətinə qarşı xalq hərəkatlarının zorakılıqla yatırılmasında iştirak etmişdir. 1930-cu ildə A.Aqrba partiyanın qurultayında AK(b)P plenumunun və rəyasət heyətinin üzvü,  1933-cü ildə AK(b)P MK-nin və AK(b)P BK-nin büro üzvü seçilmişdir. 1933-cü ilin mart ayının 31-dən 1934-cü ilin mart ayına qədər Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri olmuşdur.

AZƏRBAYCAN XÜSUSİ XİDMƏT ORQANLARININ RƏHBƏRLƏRİ
1. Şeyxzamanlı Məmmədbağır Saleh oğlu: 1919 (iyun-avqust)
2. Şeyxzamanlı Nağı Saleh oğlu: 1919 avqust - 1920 mart
3. Pankratov Semyon Andreyeviç: 1920 (may-iyun)
4. Əliyev Baba Əliyoldaş oğlu: 1920 (iyun-oktyabr)
5. Xanbudaqov Eyyub Şirin oğlu: 1920 oktyabr - 1921 fevral
6. Bağırov Mir Cəfər Abbas oğlu: 1921 fevral -1927 may
7. Rizayev Novruz Kərim oğlu: 1927 may - 1929 oktyabr
8. Bağırov Mir Cəfər Abbas oğlu: 1929 dekabr - 1930 avqust
9. Frinovski Mixail Petroviç: 1930 avqust - 1933 aprel
10. Aqrba Aleksey Serqeyeviç: 1933 mart - 1934 mart
11. Sumbatov (Topuridze) Yuvelian Davıdoviç: 1934 mart - 1938 yanvar
12. Rayev-Kaminski Mixail (Yakov) Qriqoryeviç: 1938 (yanvar - noyabr)
13. Yemelyanov Stepan Federoviç: 1939 fevral - 1953 avqust
14. Quskov Anatoli Mixayloviç: 1953 avqust - 1956 aprel
15. Kopilov Fyodor İvanoviç: 1956 sentyabr -1959 avqust
16. Kardaşov Aleksandr Vasilyeviç: 1959 avqust -1963 oktyabr
17. Sviqun Semyon Kuzmiç: 1963 oktyabr - 1967 iyun
18. Əliyev Heydər Əlirza oğlu: 1967 iyun - 1969 iyul
19. Krasilnikov Vitaliy Sergeyeviç: 1969 oktyabr -1980 iyun
20. Yusif-zadə Ziya Məmmədiyyə oğlu: 1980 iyun -1988 avqust
21. Qorelovski İvan İvanoviç: 1988 avqust -1989 avqust
22. Hüseynov Vaqif Əliövsət: 1989 avqust -1991 sentyabr
23. Hüseynov İlhüseyn Pirhüseyn oğlu: 1991 sentyabr -1992 may
24. Təhməzov Fəxrəddin Ayət oğlu: 1992 may -1993 iyun
25. İmranov Nəriman Şamo oğlu: 1993 iyun -1994 oktyabr
26. Abbasov Namiq Rəşid oğlu: 1994 oktyabr -2004 iyul
27. Mahmudov Eldar Əhməd oğlu: 2004 iyul