|
|
|
|
|
|
|
 |
|
 |
|
 |
|
|
 |
|
|
|
|
|
|
|
|
|
Arxiv sənədləri |
|
|
|
- M.Bağırovun Azərbaycan Dövlət Siyasi İdarəsi sədr vəzifəsindən azad edilməsi Frenovskinin Azərbaycan Dövlət siyasi idarəsi sədri vəzifəsinə təyin edilməsi haqqında (06 avqust 1930-cu il.)
AZƏRBAYCAN MƏRKƏZİ İCRAİYYƏ KOMİTƏSİ RƏYASƏT HEYƏTİNİN QƏRARI
6 avqust 1930-cu il.
Azərbaycan dövlət siyasi idarəsinin sədri haqqında
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi rəyasət heyəti qərara alır:
1. Bağırov Mir Cəfər yoldaş Azərbaycan Dövlət Siyasi İdarəsi sədr vəzifəsindən azad edilsin.
2. Azərbaycan Dövlət siyasi idarəsi sədrliyinə Frenovski yoldaş təsdiq edilsin.
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi sədri: G.Musabeyof
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi katibi vəzifəsini müvəqqəti ifa edən: A.Əliyof
- A. S. Aqrbanın Azərbaycan Dövlət Siyasi İdarəsi sədri vəzifəsindən azad edilməsi haqqında (31 mart 1934-cü il.)
Aqrba A. S. yoldaşın Azərbaycan Dövlət Siyasi İdarəsi sədri vəzifəsindən azad edilməsi haqqında
AZƏRBAYCAN MƏRKƏZİ İCRAİYYƏ KOMİTƏSİ PREZİDİUMU QƏRARI.
31 mart 1934-cü il.
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi prezidiumu qərarə alır:
Aqrba A. S. yoldaş, başqa işə keçməsi ilə əlaqədar Azərbaycan Dövlət Siyasi İdarəsi sədri vəzifəsindən azad edilsin.
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi sədri M.ƏFƏNDİYEV
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Katibi ŞƏMSƏDDİNSQİ
- Y. D. Sumbatovun Azərbaycan Dövlət Siyasi İdarəsi sədri təyin edilməsi haqqında (31 mart 1934-cü il)
Sumbatov Y. D. yoldaşın Azərbaycan Dövlət Siyasi İdarəsi sədri təyin edilməsi haqqında AZƏRBAYCAN MƏRKƏZİ İCRAİYYƏ KOMİTƏSİ PREZİDİUMU QƏRARI.
31 mart 1934-cü il.
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi prezidiumu qərara alır: Sumbatov Y. D. yoldaş Azərbaycan Dövlət Siyasi İdarəsi sədri təyin edilsin.
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi sədri M. Əfəndiyev Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Katibi Şəmsəddinsqi
- А. V. Kardaşovun Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında (22 oktyabr 1963-cü il.)
А. V. Kardaşov yoldaşın Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında AZƏRBAYCAN SSR ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN FƏRMANI
Aleksandr Vasilyeviç Kardaşov yoldaş başqa işə keçməsi ilə əlaqədar olaraq Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsindən azad edilsin.
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri M. İsgəndərov
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin katibi Z. Şükürova
Bakı şəhəri, 22 oktyabr 1963-cü il
- S. K. Sviqunun Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin edilməsi haqqında (22 oktyabr 1963-cü il.)
S. K. Sviqun yoldaşın Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin edilməsi haqqında AZƏRBAYCAN SSR ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN FƏRMANI
Semyon Kuzmiç Sviqun yoldaş Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilsin.
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri M. İsgəndərov
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin katibi Z. Şükürova
Bakı şəhəri, 22 oktyabr 1963-cü il
- S. K. Sviqunun Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında (21 iyun 1967-ci il.)
S. K. Sviqun yoldaşın Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında AZƏRBAYCAN SSR ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN FƏRMANI
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qərara alır:
Semyon Kuzmiç Sviqun yoldaş başqa içə keçməsi ilə əlaqədar olaraq Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsindən azad edilsin.
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri M. İsgəndərov
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin katibi Z. Şükürova
Bakı şəhəri, 21 iyun 1967-ci il.
- H. Ə. Əliyevin Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin edilməsi haqqında (21 iyun 1967-ci il.)
H. Ə. Əliyev yoldaşın Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin edilməsi haqqında AZƏRBAYCAN SSR ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN FƏRMANI
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qərara alır:
Heydər Əlirza oğlu Əliyev yoldaş Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin edilsin.
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri M.İsgəndərov
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin katibi Z.Şükürova
Bakı şəhəri, 21 iyun 1967-ci il.
- H. Ə. Əliyevin Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında (14 iyul 1969-cu il.)
H. Ə. Əliyev yoldaşın Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında AZƏRBAYCAN SSR ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN FƏRMANI
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qərara alır:
Heydər Əlirza oğlu Əliyev yoldaş başqa işə keçməsi ilə əlaqədar olaraq Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsindən azad edilsin.
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri M.İsgəndərov
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin katibi Z.Şükürova
Bakı şəhəri, 14 iyul 1969-cu il.
- V. S. Krasilnikovun Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin etmək haqqında (01 oktyabr 1969-cu il.)
V. S. Krasilnikov yoldaşı Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin etmək haqqında AZƏRBAYCAN SSR ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN FƏRMANI
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qərara alır:
Vitali Sergeyeviç Krasilnikov yoldaş Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin edilsin.
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri M.İsgəndərov
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin katibi Z.Şükürova
Bakı şəhəri, 01 oktyabr 1969-cu il.
- V. S. Krasilnikovun Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında (18 iyun 1980-ci il.)
V. S. Krasilnikov yoldaşın Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında AZƏRBAYCAN SSR ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN FƏRMANI
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qərara alır:
Vitali Sergeyeviç Krasilnikov yoldaş başqa işə keçməsi ilə əlaqədar olaraq Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsindən azad edilsin.
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri Q. Xəlilov
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin katibi R. Qazıyeva
Bakı şəhəri, 18 iyun 1980-ci il.
- Z. M. Yusifzadənin Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin edilməsi haqqında (18 iyun 1980-cil il.)
Z. M. Yusifzadə yoldaşın Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin edilməsi haqqınd AZƏRBAYCAN SSR ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN FƏRMANI
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qərara alır:
Ziya Məmmədiyyə oğlu Yusifzadə yoldaş Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin edilsin.
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri Q. Xəlilov
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin katibi R. Qazıyeva
Bakı şəhəri, 18 iyun 1980-ci il.
- Z. M. Yusifzadənin yoldaşın Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında (11 avqust 1988-ci il.)
Z. M. Yusifzadə yoldaşın Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında AZƏRBAYCAN SSR ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN FƏRMANI
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qərara alır:
Ziya Məmmədiyyə oğlu Yusifzadə yoldaş pensiyaya çıxması ilə əlaqədar olaraq Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsindən azad edilsin.
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri S. Tatlıyev
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin katibi R. Qazıyeva
Bakı şəhəri, 11 avqust 1988-ci il.
- İ. İ. Qorelovskinin Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin edilməsi haqqında (11 avqust 1988-ci il.)
İ. İ. Qorelovski yoldaşın Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin edilməsi haqqında AZƏRBAYCAN SSR ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN FƏRMANI
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qərara alır:
İvan İvanoviç Qorelovski yoldaş Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin edilsin.
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri S. Tatlıyev
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin katibi R. Qazıyeva
Bakı şəhəri, 11 avqust 1988-ci il.
- İ. İ. Qorelovskinin Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında (19 avqust 1989-cu il.)
İ. İ. Qorelovski yoldaşın Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında AZƏRBAYCAN SSR ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN FƏRMANI
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qərara alır:
İvan İvanoviç Qorelovski yoldaş başqa işə keçməsi ilə əlaqədar olaraq Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsindən azad edilsin.
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri E. Qafarova
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin katibi R. Qazıyeva
Bakı şəhəri, 19 avqust 1989-ci il.
- V. Ə. Hüseynovun Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin edilməsi haqqında (19 avqust 1989-cu il.)
V. Ə. Hüseynov yoldaşın Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin edilməsi haqqında AZƏRBAYCAN SSR ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN FƏRMANI
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qərara alır:
Vaqif Əlövsət oğlu Hüseynov yoldaş Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin edilsin.
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri E. Qafarova
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin katibi R. Qazıyeva
Bakı şəhəri, 19 avqust 1989-ci il.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
 |
|
|
|