|
Astarada milli təhlükəsizlik orqanlarının yaradılmasının 90 illiyinə həsr olunmuş toplantı keçirilmişdir
Astara rayon mədəniyyət evində milli təhlükəsizlik orqanlarının yaranmasının 90 illiyinə həsr olunmuş toplantı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev parkında ümummilli liderimizin abidəsinin önünə gül dəstələri düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məzahim Hüseynov çıxış edərək 90 il əvvəl Azərbaycan Xalq Cumhuriyyətiinin fəaliyyəti dövründə yaradılmış milli təhlükəsizlik orqanlarının dövlətimizin xarici müdaxilələrdən və daxili təxribatlardan qorunması sahəsində xidmətlərini yüksək qiymətləndirmişdir. O, ötən əsrin 60-cı illərində ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda milli təhlüküsizlik orqanlarının fəailliyyətində yeni mərhələnin başlandığını diqqətə çatdırmışdır.
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Astara rayon şöbəsinin rəisi Mirzə Kərimov mövzu ilə bağlı məruzə etmişdir.
Toplantıda rayon veteranlar şurasının sədri Nəriman Məmmədov, ziyalılar klubunun sədri Seyran Şiriyev, təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, YAP Astara rayon təşkilatının ağsaqqallar şurasının sədri Kamil Səfərov və başqaları çıxış etmişlər.
Sonda MTN Astara rayon şöbəsinin əməkdaşlarına rayon icra hakimiyyəti başçısının fəxri fərmanları təqdim edilmişdir.
Rayon mədəniyyət evinin “Sevinc” xalq çalğı alətləri ansamblı bayram konserti ilə çıxış etmişdir.
|