2012
Milli Təhlükəsizlik orqanları ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünü qeyd etmişlər
Mayın 7-də general-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Fəxri xiyabana gələrək, Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi ulu öndərin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında elmi-praktik konfrans keçirilmişdir
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Azərbaycan xalqının müdrik oğlu, dünya şöhrətli siyasi xadim, təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir
Azərbaycan Respublikasının bir-sıra bölgələrində həyata keçirilmiş anti-terror əməliyyatlarına dair Milli Təhlükəsizlik Nazirliyinin məlumatı
Məlumat verildiyi kimi, bu yaxınlarda Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş xüsusi əməliyyat nəticəsində Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq məqsədilə təxribat-pozuculuq və terrorçuluq aksiyalarını planlaşdıran silahlı birləşmə zərərsizləşdirilmişdir.
Azərbaycan ərazisinə odlu silah, döyüş sursatı və digər hərbi ləvazimatların, narkotik vasitələrin keçirilməsində təqsirli bilinən bir qrup şəxs ifşa edilmışlər
İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə xeyli sayda odlu silahın, döyüş sursatı və digər hərbi ləvazimatların, habelə külli miqdarda narkotik vasitələrin keçirilməsində təqsirli bilinən bir qrup şəxs ifşa edilmışlər
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MTN-in “Qartal” xüsusi təyinatlı dəstəsinin bir qrup əməkdaşının orden və medallarla təltif edilməsi haqqında Sərəncam imzalamışdır
Silahlı birləşmənin 17 üzvü yaxalanmışdır.
Əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq və əhali arasında vahimə yaratmaq məqsədilə təxribat-pozuculuq və terrorçuluq aksiyalarını planlaşdıran silahlı birləşmənin 17 üzvü yaxalanmışdır
"1918. Azərbaycan qətliamları foto və sənədlərdə" kitab-albomu nəşr edilmişdir
31 mart – Azərbaycanlıların soyqrımı günü ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə tarix elmləri doktoru, professor Solmaz Rustəmova-Tohidinin hazırladığı “1918. Azərbaycan qətliamları foto və sənədlərdə” kitab-albomunu nəşr edilmişdir
9 kiloqram 700 qramdan artıq narkotik vasitə aşkar edilərək götürülmüşdür
İran İslam Respublikasından narkotik vasitələrin daşınması ilə məşğul olan şəxslər ifşa edilmiş, onlardan ümumilikdə 9 kiloqram 700 qramdan artıq narkotik vasitə aşkar edilərək götürülmüşdür
Bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanmasında təqsirli bilinən mütəşəkkil dəstənin üzvləri ifşa edilmişlər
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində, kompüter informasiyasına qanunsuz daxil olaraq müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanmasında təqsirli bilinən mütəşəkkil dəstənin üzvləri yaxalanaraq ifşa edilmişlər
Dövlətə xəyanətdə və digər ağır cinayətlərin törədilməsində təqsirli bilinən 22 nəfər ifşa olunaraq tutulmuşdur
Azərbaycan Respublikasının suverenliyi və dövlət təhlükəsizliyi zərərinə olaraq casusluq etməklə dövlətə xəyanətdə və digər ağır cinayətlərin törədilməsində təqsirli bilinən 22 nəfər ifşa olunaraq tutulmuşdur
1 2