Nəşrlər

 

Kitabda xalqımızın ümummilli lideri Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı fəaliyyəti, bu mərhələdə və Azərbaycana rəhbərlik etdiyi dövrlərdə müvafiq təşkilatların milliləşməsi və hərtərəfli formalaşaraq təkmilləşməsindən bəhs olunur. Giriş və 4 fəsildən ibarət, fotolar və sənədli materiallarla zəngin olan nəşrin əvvəlində Azərbaycan təhlükəsizlik orqanlarının formalaşmasının ilkin – Azərbaycan Demokratik Respublikası mərhələsinə toxunulur. Təqdim olunan işin əsas qayəsi Heydər Əliyevin Azərbaycanın təhlükəsizlik orqanlarındakı fəaliyyətinin ilk dövrlərindən tutmuş sədr vəzifəsinə yüksəldiyi vaxtadək keçdiyi yolun təfərrüatları, ölkəyə rəhbərlik etdiyi dönəmlərdə milli təhlükəsizlik orqanlarına münasibətdə həyata keçirilən dövlətçilik siyasətinin mühüm məqamlarını oxuculara çatdırmaqdır. Burada həmçinin Azərbaycanın milli dövlətçiliyi və təhlükəsizliyinin qorunması, müasir dövrün tələbləri səviyyəsinə yüksəldilməsi yolunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl və səmərəli fəaliyyətdən söhbət açılır. Kitab Azərbaycan, ingilis və rus dillərində 2009-cu ildə Bakı şəhərində nəşr edilmişdir.

Pdf faylı yüklə