«Şöhrət» muzeyi
Milli Təhlükəsizlik Heydər Əliyev adına Akademiyasında yerləşən «Şöhrət» muzeyinin açılışı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə 2006-cı il mart ayının 27-də keçirilmişdir.
Muzeydə zəngin arxiv materialları, orijinal sənədlər və canlı eksponatların köməyi ilə Ümummilli Liderin mənalı həyatı, xalqımızın, millətimizin rifahına, xoş gələcəyinə yönəldilmiş fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılmış, hər mərhələ, hər bir tarixi hadisə ilə bağlı Heydər Əliyevin öz sözləri, fikirləri seçilmiş, müdrik, nəsihətamiz kəlamları verilmişdir. Ümummilli lider Heydər Əliyevin zəngin ömür yolunu əks etdirən qiymətli ekspozisiyalar şərti olaraq 3 mərhələni əhatə edir: uşaqlıq və gənclik dövrü; Azərbaycanın təhlükəsizlik orqanlarına və ölkəyə rəhbərlik etdiyi, SSRİ kimi nəhəng bir dövlətinin siyasi olimpində təmsil olunduğu dövr; Müstəqil Azərbaycanın memarı kimi fəaliyyət dövrü.