Sərəncamlar

 

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanlarını xüsusi ixtisaslı ali təhsilli zabit kadrlarla təmin etmək məqsədi ilə qərara alıram:   

 

  1. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası yaradılsın.
  2. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə tapşırılsın ki, bir ay müddətində akademiyanın nizamnaməsini və strukturunu  hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
  3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
  4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

   Azərbaycan Respublikasının Prezidenti

   Heydər ƏLİYEV.

   Bakı şəhəri, 1 dekabr 1998-ci il