Ümumi məlumat

 

Müstəqil Azərbaycan Respubli­ka­sının mühüm dövlətçilik təsisatla­rından biri olan milli təhlükəsizlik orqanlarının formalaşması və inkişa­fında mühüm rol oynayan xüsusi xid­mət orqanları və sərhəd xidməti üçün xalqına və dövlətinə ləyaqətlə xidmət edən, onun təhlükəsizliyi keşi­yində dayanan, sədaqətli və vətənpərvər, yeni nəsil peşəkar və ixtisaslı kadrların hazırlanmasını həyata keçirən Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının yaradılması bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

 

Zəngin və mənalı həyat yolunun 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ulu öndərimiz 1997-ci il martın 28-də milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş yığıncaqda çıxış edərkən bu orqanlarda xidmət edən kadrların rolundan, qarşısına qoyulan tələblərdən və onları səciyyələndirən amillərdən danışaraq yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması məqsədilə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılmasının zəruri olduğunu qeyd etmişdi.

 

Xüsusi xidmət orqanları üçün pe­şəkar kadrların ha­zırlanması milli təh­lükəsizliyin təmin edilməsində ən baş­lıca məsələlərdən biridir, çünki bun­dan yalnız milli təhlükə­sizlik orqanları­nın fəa­liyyətinin effektivliyi deyil, həm­çinin bütün öl­kənin və xalqın təh­lü­kəsizliyi asılıdır.

 

Bunun məntiqi nəticə­si kimi, Milli Təhlükəsizlik Nazirliyinin Aka­de­miyası 1998-ci il dekabrın 1-də Azərbaycan Respublika­sının Prezi­denti Heydər Əliyevin sərəncamı ilə yaradılmışdır.

 

Ümummilli liderin digər sərəncamı ilə uzun illər respublikamızın xüsusi xidmət orqanlarında çalışmış və bu orqanlara rəhbərlik etmiş, böyük həyat və əməliyyat təcrübəsinə malik olan general-leytenant Ziya Məmmədiyyə oğlu Yusif-zadə 1999-cu il iyunun 28-də Akademiyaya rəis təyin edilmişdir.

 

Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları və Sərhəd Qoşunları üçün kadr hazırlığı sahəsində nailiyyətləri nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 20 dekabr 2005-ci ildə Akademiyaya Heydər Əliyevin adı verilmişdir.

 

Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun bilavasitə rəhbərliyi və nəzarəti altında Akademiyanın maddi-texniki və tədris bazası beynəlxalq standartlar səviyyəsində qurulmuşdur. Hazırda Akademiyanın ərazisi 10 hektardan çox sahəni əhatə edir. Akademiyanın maddi-texniki bazasına müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilmiş tədris, inzibati və yataqxana korpusları, idman zalı və şəhərciyi, klub və mədəni-məişət kompleksi, tibb xidməti, kursant və zabit yeməkxanaları və digər infrastrukturlar daxildir. Akademiyanın Təlim mərkəzinin (poliqonunun) yaradılması məqsədilə tikinti işlərinə başlanmışdır.

 

Akademiya ərazisində milli təh­lü­kə­sizlik naziri general-leytenant Eldar Mahmudovun təşəbbü­sü və bila­vasitə rəhbər­liyi ilə tikil­miş Azər­baycan xalqının ümum­milli lideri Heydər Əliyevin həyat və fəaliy­yəti­nin bütün dövrlə­rini, mənalı ömür yolunu əks etdirən, res­publikamız­da ana­loqu olma­yan “Şöhrət” muzeyi yük­sək memar­lıq və bədii-estetik sə­viyyədə qu­rulmuş­dur. Muzey qarşı­sın­da ulu öndərin möhtə­şəm abi­dəsi ucal­dılmışdır.

 

 

Muzeydə əksini tap­mış eksponatlarda və stend­lərdə dahi şəxsiyyətin xal­qımızın tarixində və tale­yində oynadığı misilsiz rolu özündə ehtiva edən və indiyədək heç bir mə­kan­da nümayiş etdirilmə­yən fotostend­lər, unikal sə­nədlər, həyatının 25 ilini həsr etdiyi milli təhlükə­sizlik orqanların­dakı iş döv­rünü əks et­dirən arxiv materialları, onun şəxsən həyata keçir­diyi yük­sək səviyyəli əmə­liyyatlar haq­­qında məlumat­lar vardır. Muzeydə Heydər Əliyevin heykəltaraş Fuad Salayev tərəfindən yüksək zövqlə yaradılmış “Ali Baş Komandan” büstü muzeyə gələnlərdə gözəl təəssurat yaradır.

 

“Şöhrət” muzeyində dahi şəx­siyyətin zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyalar şərti olaraq dörd mərhələyə bölünmüş­dür: uşaqlıq və gənclik dövrü; Azərbaycan təhlükəsizlik orqanla­rında işlədiyi dövr; ölkəyə rəhbərlik etdiyi və SSRİ kimi nəhəng bir dövlətin siyasi olimpində təmsil olunduğu dövr; müstəqil Azərbay­canın memarı kimi fəaliyyət dövrü. 

 

Azərbaycan Respubli­kası­nın Preziden­ti, Ali Baş Koman­dan İlham Əliyev 2006-cı ilin mart ayının 27-də Akademiyada olmuş, ulu öndərin abidəsini və “Şöhrət” muzeyini aç­mış, Aka­demiyaya Döyüş Bay­rağı təqdim etmişdir. Ali Baş Ko­mandan tədbirdə proq­ram xarak­terli geniş nitq söyləyərək, Akade­miya­da görülən işləri yük­sək qiymət­lən­dirmiş, dəyərli töv­si­yə­lər ver­miş, MTN-in, o cüm­lədən Akade­miyanın şəxsi heyəti qarşısında mühüm vəzifələr qoymuşdur.

 

Xüsusi statusa malik olan Akademiyanın rəhbərliyi və professor-müəllim heyəti ulu öndərimiz Heydər Əliyevin, onun siyasi varisi, Azərbaycan Respub­likasının Prezidenti, Ali Baş Komandan, xalqımızın sevimli oğlu İlham Əliyevin və milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun Akademiya qarşısında qoyduqları mühüm dövlət əhəmiyyətli vəzifələri dərindən dərk edir, kur­santların vətənpərvərlik, xalqa və Vətənimizə sədaqət ruhunda tərbiyə edilməsində rəhbər tuturlar.

 

2009-cu ilin de­kabr ayının 5-də Milli Təhlü­kə­sizlik Nazir­liyinin Heydər Əliyev adına Akademiyası­nın yaradıl-masının 10 illik yubileyitəntənəli surətdə qeyd edilmişdir. Yubiley tədbi­rində Prezident Adminis­trasiyasının hüquq müha­fizə orqanları ilə iş şöbəsinin müdiri, təhsil naziri, Milli Məclisin deputatları və res­publikanın ali təhsil ocaqlarının rektorları, hərbi tədris müəssisələrinin rəisləri, ictimai-siyasi xadimlər və görkəmli ziyalılar iştirak etmişlər.

 

Mərasimin rəsmi hissə­sində Azərbaycan Respublikası Prezident Administrasiyasının şöbə müdi­ri Fuad Ələsgərov Akademi­yanın yaradılmasının 10 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı İlham Əliyevin təbrik məktu­bunu oxumuş, milli təhlükə­sizlik naziri general-leytenant Eldar Mahmudov, Akademi­yanın rəisi general-leytenant Ziya Yusif-zadə, təhsil naziri Misir Mərda­nov, Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi, deputat Əli Əhmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik  Akademiyasının rektoru, professor Seyfəddin Qəndilov çıxış etmişlər. Tədbirdə Akademiyanın şəxsi heyəti adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun bilavasitə rəhbərliyi və nəzarəti altında Akademiyanın gələcək perspektiv inkişafı istiqamə­tində müəyyən tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində Akademiya ərazisində təməli onun tərəfindən qoyulmuş qapalı idman kompleksi tikilmişdir.

 

 Eyni zamanda, “Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı” çərçivə­sində Akademiyanın nəzdində dünya standartlarına cavab verən Beynəlxalq Antiterror Təlim Mərkəzinin yaradılması istiqa­mətində işlər görülür. Hazırda Akademiya yaxınlığında ayrılmış əlavə ərazidə bu kompleksin tikintisinə başlanması planlaş­dırılır.

 

Akademiya respublikanın əlaqədar nazirlikləri, komitələri, ali təhsil müəssisələri, habelə bir sıra xarici ölkələr və beynəlxalq təşkilatlarla işgüzar əlaqələrə əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq qurulmuşdur.Belə ki, ötən dövr ərzində ABŞ, Kanada, Rusiya, Böyük Britaniya, Almaniya, Yaponiya, Türkiyə, Ukrayna, Polşa, Hollandiya, Avstriya, Rumıniya, Litva, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Cənubi Koreya, Pakistan və digər ölkələri, NATO, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı kimi beynəlxalq təşkilatları təmsil edən rəsmi şəxslər, təhlükəsizlik və mirqasiya məsələləri üzrə ekspertlər, eləcə də bir sıra ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri Akademiyaya səfər etmiş, Akademiyanın maddi-texniki bazası və “Şöhrət” muzeyi ilə tanış olmuş, müxtəlif kurslarda və tədbirlərdə iştirak etmiş, təcrübə mübadiləsi aparmışlar.