az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
KİTABXANA
Nəşrlər
Müsahibələr
Məqalələr
Məktublar
Azərbaycanın milli mənafelərinin qorunmasında milli təhlükəsizlik orqanları böyük rola malikdir (“Azərbaycan” qəzeti, 31.03.2008)

Azərbaycanın milli mənafelərinin qorunmasında milli təhlükəsizlik orqanları böyük rola malikdir

Bu fikir martın 30-da Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının yaradılmasının 89-cu ildönümü ilə əlaqədar keçirilən tədbirdə səslənmişdir.

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları əvvəlcə Fəxri xiyabana gələrək, Azərbaycanın təhlükəsizlik orqanlarında milliləşmə prosesinin banisi, müstəqillik illərində MTN-in ölkəmizin milli və dövlət maraqlarını qoruyan, yüksək peşəkarlığa malik qurum kimi formalaşmasında misilsiz xidmətləri olmuş ümummilli liderimiz Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstəsi qoyulmuşdur.

Sonra Şəhidlər xiyabanına gələn nazirliyin əməkdaşları Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş oğul və qızlarımızın unudulmaz xatirəsini yad etmiş, məzarları üstünə güllər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş və burada dəfn edilmiş MTN əməkdaşlarının - Azərbaycanın Milli qəhrəmanları Eldar Məmmədovun, Nadir Əliyevin və gizir Zərbəli Nəzirovun da xatirəsi yad edilmiş, məzarları üzərinə güllər düzülmüşdür. Əməkdaşlar silah yoldaşlarının - erməni işğalçıları ilə döyüşlərdə rəşadət göstərərək şəhid olmuş və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Riyad Əhmədovun, Nadir Əliyevin, Əmiraslan Əliyevin, Eldar Məmmədovun, Faiq Cəfərovun, Bəhruz Mansurovun xatirəsinə MTN binasında asılmış lövhənin önünə də gül qoymuş, onların xatirəsinə ehtiramlarını bildirmişlər.

Milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramına həsr olunmuş təntənəli yığıncaq Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.

Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov yığıncaqda çıxış edərək demişdir ki, bütün respublikamız üçün uğurlu olmuş 2007-ci il bu gün peşə bayramlarını qeyd edən nazirliyin əməkdaşları üçün də mühüm hadisələrlə, müvəffəqiyyətlə nəticələnən əməliyyatlarla yadda qalmışdır. Məhz bu nailiyyətlərin nəticəsidir ki, peşə bayramı ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə nazirliyin əməkdaşlarından 3 nəfər general-mayor rütbəsi almış və bir qrup əməkdaş yüksək dövlət mükafatlarına layiq görülmüşdür.

Son 4 ildə aparılmış islahatlar, qazanılmış uğurlar davam etdirilmişdir. Nazirliyin qanunvericilik, normativ-hüquqi və maddi-texniki bazası təkmilləşdirilmiş, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində xeyli iş görülmüş, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilmişdir. İndi nazirlik 50-yə yaxın beynəlxalq struktur və xarici dövlətlərin müvafiq xüsusi xidmət orqanları ilə əməkdaşlıq əlaqələri saxlayır.

Dövlətimizin başçısı İlham Əliyevin Ermənistanın təcavüzkar və riyakar siyasətinə qarşı informasiya mübarizəsi, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində hücum taktikası ilə bağlı tövsiyələri rəhbər tutularaq, məqsədyönlü kompleks tədbirlər həyata keçirilir.

Nazir bu yöndə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının da səylərini qeyd etmişdir. Son dövrdə komissiyanın fəaliyyətində əsaslı dəyişikliklər baş vermiş, keyfiyyətcə yeni mərhələ başlanmışdır. Bu yeniliklər itkinlərin axtarışı sahəsində özünü qabarıq göstərmişdir. Dövlət Komissiyası Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilmiş cinayət faktları ilə beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün xarici ölkələrdə keçirilmiş bir çox tədbirdə təmsil olunmuşdur. Beynəlxalq Qızıl Xaç Komitəsi və Avropa Şurasının müvafiq strukturları və digər beynəlxalq təşkilatlarla işgüzar münasibətlər qurulmuşdur. Xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimiz, diaspor təşkilatları, ayrı-ayrı tədqiqatçılar üçün xüsusi çap məhsulları və elektron materiallar hazırlanaraq onlara göndərilmişdir.

Milli təhlükəsizlik naziri kəşfiyyat, əks-kəşfiyyat, hərbi əks-kəşfiyyat və antiterror fəaliyyəti sahələrində əldə olunmuş uğurları xüsusi vurğulamış, dünyada və regionda gedən proseslərə, əməliyyat şəraitinə, dövrün çağırışlarına və təhdidlərinə uyğun yeni vəzifələrin müəyyənləşdirildiyini qeyd etmişdir.

Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin və digər yerli strukturların fəaliyyəti də təqdirəlayiq hesab olunmuşdur. Göstərilmişdir ki, Azərbaycanın təhlükəsizlik orqanlarının əldə etdiyi uğurlarda bu qurumların öz payı vardır. Naxçıvan Milli Təhlükəsizlik Nazirliyi kəşfiyyat-pozuculuq, narkotiklərin qaçaqmalçılığı ilə bağlı cinayətkar fəaliyyətin, eləcə də beynəlxalq terrorçu təşkilatların bu ərazidən istifadə etmək niyyətlərinin qarşısının alınması istiqamətində zəruri işlər görmüşdür. Hazırda nazirliyin kadr potensialı və texniki təminatı daha da gücləndirilmiş, bütün lazımi şərait yaradılmışdır. Eyni zamanda MTN-in yerli strukturlarının binalarının da müasir standartlara uyğun inşası və təminatı davam etdirilir.

Ümumən nazirlik sistemində əməkdaşların bilik, təcrübə və peşəkarlıq səviyyəsinin artırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır.

Nazir qeyd etmişdir ki, MTN-in cəmiyyətdə nüfuzunun artması ilə əlaqədar son vaxtlar işə qəbul üçün daha çox gənc müraciət edir. Onların arasında yüksək savada, geniş dünyagörüşünə, müasir informasiya texnologiyaları sahəsində biliklərə malik olanlar və xarici dilləri bilənlərə üstünlük verilir.

General-leytenant Eldar Mahmudov xüsusi vurğulamışdır ki, bütün bu işlər Prezident İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə xüsusi diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Dövlət başçısının etimadı əməkdaşları daha yaxşı işləməyə, qarşıda duran vəzifələri layiqincə yerinə yetirməyə səfərbər etmişdir.

Ötən il xarici ölkələrin, xüsusən də Ermənistanın xüsusi xidmət orqanlarının ölkəmizə qarşı apardıqları kəşfiyyat-təxribat fəaliyyətinin, plan və niyyətlərinin, onların maraq obyektlərinin müəyyənləşdirilməsi üzrə mühüm işlər görülmüşdür.

Transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif növlərinə, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa, qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində tədbirlər uğurla davam etdirilmişdir. Ən aktual problemlərdən olan beynəlxalq terrorçuluğa, separatçılığa, dini ekstremist fəaliyyətə qarşı mübarizə sahəsində önəmli nəticələr əldə edilmişdir.

Azərbaycan Respublikasının antiterror koalisiyasının ən fəal üzvlərindən biri kimi tanınmasında mühüm rolu olan nazirlik ötən ildə də önəmli nailiyyətlər əldə etmişdir. Keçirilmiş tədbirlər nəticəsində "Əl-Qaida" və "Əl-Cihad" kimi beynəlxalq terrorçu qurumlarla əlaqələrə malik, həmçinin əməllərində dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə, ümumən dövlətin əsaslarının sarsıdılmasına yönələn cinayətlərin tərkibi olan 3 radikal-ekstremist, təhlükəli silahlı dəstə zərərsizləşdirilmişdir. Onların tərkibinə daxil olan 40 nəfər həbs olunmuşdur. Bunların arasında silahlı basqınlar törətmiş, özlərini "Meşə qardaşları" adlandıran silahlı qruplaşmanın 16 üzvü də olmuşdur. Həmçinin Qərb ölkələrinin səfirliklərinə qarşı terror aksiyalarının keçirilməsini planlaşdıran dini ekstremist qrupun 9 nəfər üzvü həbs edilərək cinayət məsuliyyətinə cəlb olunmuşdur. Ötən il ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti ilə məşğul olan 20 nəfər zərərsizləşdirilmişdir ki, onlardan 13-ü torpaqlarımızı işğal altında saxlayan Ermənistanın xeyrinə casusluqla məşğul olanlardır.

Cari ildə 3 böyük və əlamətdar tədbirin keçiriləcəyini xüsusi qeyd edən nazir, həm ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünün, həm Azərbaycan Demokratik Respublikasının yaradılmasının 90 illiyinin, həm də ölkəmiz üçün mühüm ictimai-siyasi hadisə olan növbəti prezident seçkilərinin uğurla başa çatması üçün bütün müvafiq tədbirlərin görüləcəyini vurğulamışdır.

Çıxışının sonunda Eldar Mahmudov Prezident İlham Əliyevə milli təhlükəsizlik orqanlarına göstərdiyi gündəlik diqqət və qayğıya, peşə bayramı ərəfəsində əməkdaşların dövlət mükafatları və ali rütbələrlə təltif etməsinə görə dərin minnətdarlığını bildirmiş, Ali Baş Komandanın sadiq və yenilməz əsgərləri olan təhlükəsizlik orqanları əməkdaşlarının Azərbaycanın müstəqilliyinin və dövlətimizin etibarlı qorunması işində daim öndə olacaqlarını qeyd etmişdir.

Yığıncaqda Prezidentin İcra Aparatının Hüquq-Mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, MTN-in Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadə, təhlükəsizlik orqanlarının veteranları Ənvər Məmmədyarov və Əhəd Şəmsizadə təbrik sözü söyləmişlər.

Bildirilmişdir ki, Prezidentin 2008-ci il 29 mart tarixli Sərəncamı ilə nazirliyin 12 əməkdaşı "Vətən uğrunda", 7 nəfəri "İgidliyə görə" və 11 nəfəri "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.

Nazir bir qrup zabitə "Hərbi xidmətdə fərqlənməyə görə" medalını, "Fəxri əməkdaş" döş nişanını və veteranlara qiymətli hədiyyələr təqdim etmişdir.

Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Tədbirin sonunda MTN-in fəaliyyəti ilə əlaqədar sənədli film nümayiş etdirilmişdir.

MƏQALƏLƏR
Azərbaycanın milli mənafelərinin qorunmasında milli təhlükəsizlik orqanları böyük rola malikdir (“Azərbaycan” qəzeti, 31.03.2008)
Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının X iclası keçirilmişdir (“Azərbaycan” qəzeti, 19-20 noyabr 2007-ci il)
Azərbaycan alimləri: “Voyçex Pastuşkanın ermənilərin Ağdamda apardığı arxeoloji qazıntıları “siyasi qazıntılar” adlandırması erməni saxtakarlarının iç üzünü açan sərrast elmi qiymətdir” (“APA”, 11.07.2007)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Sərhəd Qoşunları fakültəsinin növbəti buraxılışı olmuşdur (“AzərTAc”, 07.07.2007)
Qara Bağdan açıqca («Wyborczej» qəzeti (Polşa) 17.04.1998 – 18.04.1998) (Azərbaycan, rus və polyak dillərində)
NATO-Azərbaycan əməkdaşlığında Milli Təhlükəsizlik Nazirliyinin rolu (“Diplomatiya və Hüquq” jurnalı, №1 (007) aprel 2007)
Azərbaycanın müstəqilliyinin qorunmasında milli təhlükəsizlik orqanlarının xidməti xüsusi qeyd edilmişdir (“Azərbaycan” qəzeti, 28.05.2007)
“ABŞ Konqresinin 106-cı qətnaməsinə dair. Uydurma “erməni genosidinin” tanınmasına dair bir neçə kəlmə” (rus dilində) («Эхо» qəzeti, 21.04.2007)
“Böyük yalan: erməni genosidinə dair mif” (газета
Dövlət İdarəçilik Akademiyasında milli təhlükəsizlik orqanlarının yaradılmasının 88 illiyi ilə əlaqədar tədbir keçirilmişdir ("Azər Tac",19.03.2007)
Azərbaycan təhlükəsizlik orqanlarının 88 illiyi Yasamal rayonunda da qeyd edilmişdir ("Azər Tac",19.03.2007)
MTN milli maraqların və dövlətçiliyin sədaqətli müdafiəçisidir ("Azər Tac",19.03.2007)
Xocali Faciəsi Dünyada Törədilmiş Ən Ağir Cinayət və Soyqırımıdır (“Azər Tac”,24.02.2007)
Transmilli Mütəşəkkil Cinayətkarliqla Mübarizədə Uğurlu Mərhələ («Azərbaycan» qəzeti, 23.02.2007)
Milli Təhlükəsizliyimizin Etibarli Təminatçisi ("Azərbaycan",12.01.2007)
Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir («The Patriot» qəzeti - İslamabad, 27.11.2006)
Eldar Mahmudov, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant: «Prezident İlham Əliyevin siyasi kursu milli təhlükəsizliyimizi təmin edir»
Eldar Mahmudov, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri, general-leytenant:
Almaniya Federal Kəşfiyyat Xidmətinin nümayəndə heyətinin Azərbaycana səfəri (13.08.2005)
Etibarlı milli təhlükəsizliyə aparan yol (“Respublika” qəzeti 15.06.2005)
Almaniya Bundestaqı nümayəndə heyətinin Azərbaycana səfəri (24.05.05 “AzərTac”)
Millətə xidmət üçün yaranmış insan (09.05.2005 “Xalq qəzeti”)
Вклад Азербайджана в Великую Победу (Москва 2005)
Quba soyqırımı, yaxud ruhların kəsilməyən fəryadı (23.04.2005 “Azərbaycan”)
Bakida “Cənubi Qafqazda köçkün düşmüş əhali” mövzusunda Beynəlxalq seminar keçirilmişdir
1918-1920-ci illərdə türk-müsəlman soyqırımları (“Azərbaycan” 01-02. 04.2005)
Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının əməkdaşları peşə bayramlarını qeyd etmişlər («Azərbaycan», 29.03.05)
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətinə (28.03.2005)
Milli təhlükəsizlik orqanlarının yaradılmasının 86 illiyinə həsr olunmuş görüş keçirilmişdir («Azərbaycan», 27.03.05)
Milli Qəhrəmanın xatirəsinə ehtiram («Azərbaycan», 27.03.05)
Məktəbdə yubiley tədbiri («Azərbaycan», 27.03.05)
Vətənin təhlükəsizlik sipəri (Əlimusa Əliyev, «Respublika», 26.03.05)
Azərbaycan Təhlükəsizlik Orqanlarinin 86 Illiyi Münasibətilə Görüş Keçirilmişdir («Respublika», 26.03.05)
Milli təhlükəsizliyin hərtərəfli təminatına nail olmalıyıq («Azərbaycan», 26.03.05)
Prezident İlham Əliyevin MTN-in bir qrup əməkdaşına mükafatları təqdim etmə mərasimi («Azərbaycan», 17.03.05)
Şərəfli ömür yolu (Xatirə Tağıyeva, «Respublika» 25.01.05)
Sonradan qəhrəman olmurlar, anadan qəhrəman doğulurlar (Xatirə Tağıyeva, Esmira Şükürova, «Respublika», 19.12.04)
«Erməni cinayətləri» - yeni kitab erməni daşnaqlarının azərbaycanlılara qarşı soyqırımından bəhs edir (Şəhla Tahirqızı, «Yeni Azərbaycan», 02.12.04)
O əsil qəhrəman idi (Xatirə Tağıyeva, «Azərbaycan», 09.04.04)
Mən ölmək istəmirəm (Pakizə Bəşirova, «Sərhəd». 1-15.09.99)
Ölümünə inanmırıq (Pakizə Bəşirova «Sərhəd», 28.03.99)
Şəhid Nadir (Cəlal Qasımov, Adil Babayev, «Sərhəd», 29.06.93)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına Döyüş Bayrağının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasim
Milli Təhlükəsizlik orqanlarinin əməkdaşlari peşə bayramlarini qeyd etmişlər (Azərtac)
Şəkidə təhlükəsizlik orqanlarinin yaradilmasinin ildönümü geniş qeyd olundu
Sumqayıtda respublika təhlükəsizlik orqanlarının 87-ci ildönümü qeyd olunmuşdur (AzərTAC)
Vətənin təhlükəsizliyini qorumaqdan şərəfli vəzifə ola bilməz
Erməni "xalq nağılları" ( «Каспи» qəzeti, 07.10.2006)
ГЕНОЦИД = КАКА или сила слов
Армянский сепаратизм на Южном Кавказе (журнал «Дирчелиш XXI аср», 104-105/2006)