az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
TARİX
Azərbaycan təhlükəsizlik orqanlarının tarixi
Azərbaycan xüsusi xidmət orqanlarının rəhbərləri
Arxiv sənədləri
Bağırov Mir Cəfər Abbas oğlu: 1929 dekabr - 1930 avqust
1895-ci il sentyabr ayının 17-də Bakı quberniyasının Quba şəhərində anadan olmuşdur. Quba şəhərində 4 sinif, Petrovsk şəhərində 2 illik pedaqoji kurs bitirmiş, 1915-1917-ci illərdə kənd müəllimi işləmişdir. 1917-ci ildə Rusiyada fevral inqilabının əvvəllərindən bir sıra rəhbər vəzifələrdə çalışmışdır. 1918-ci ildən 1921-ci ilədək Qızıl orduda müxtəlif siyasi rəhbər vəzifələrdə - alay komandiri, Azərbaycan diviziyasının hərbi komissarı, Rusiya hərbi dairəsi Qafqaz Korpusunun təlimatçısı, Azərbaycan diviziyası inqilab tribunasının və səyyar sessiyasının sədri işləmişdir. 1921-ci il fevral ayının 21-dən 1927-ci il may ayının 22-nə qədər və 1929-cu il dekabr ayının 7-dən 1930-cu il avqust ayının 6-na qədər Azərbaycanda təhlükəsizlik orqanlarına rəhbərlik etmiş, 1927-1929-cu illərdə Zaqafqaziya Su Təchizatı İdarəsinin rəisi vəzifəsində çalışmışdır. 1932-ci ildə Azərbaycan SSR XKS-nin sədri, 1933-cü ildən 1953-cü ilə qədər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifələrində işləmişdir. 1953-cü ildə Azərbaycan Kommunist Partiyası MK-nin Bürosu onu Nazirlər Sovetinin sədri vəzifəsinə təsdiq etmiş, qısa müddət müvafiq vəzifədə çalışdıqdan sonra, respublikadan xaricə təsərrüfat xarakterli işə göndərilmişdir. 1954-cü ildə M.C.Bağırov həbs olunmuş və 1956-cı ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən güllələnmə cəzasına məhkum edilmişdir.
AZƏRBAYCAN XÜSUSİ XİDMƏT ORQANLARININ RƏHBƏRLƏRİ
1. Şeyxzamanlı Məmmədbağır Saleh oğlu: 1919 (iyun-avqust)
2. Şeyxzamanlı Nağı Saleh oğlu: 1919 avqust - 1920 mart
3. Pankratov Semyon Andreyeviç: 1920 (may-iyun)
4. Əliyev Baba Əliyoldaş oğlu: 1920 (iyun-oktyabr)
5. Xanbudaqov Eyyub Şirin oğlu: 1920 oktyabr - 1921 fevral
6. Bağırov Mir Cəfər Abbas oğlu: 1921 fevral -1927 may
7. Rizayev Novruz Kərim oğlu: 1927 may - 1929 oktyabr
8. Bağırov Mir Cəfər Abbas oğlu: 1929 dekabr - 1930 avqust
9. Frinovski Mixail Petroviç: 1930 avqust - 1933 aprel
10. Aqrba Aleksey Serqeyeviç: 1933 mart - 1934 mart
11. Sumbatov (Topuridze) Yuvelian Davıdoviç: 1934 mart - 1938 yanvar
12. Rayev-Kaminski Mixail (Yakov) Qriqoryeviç: 1938 (yanvar - noyabr)
13. Yemelyanov Stepan Federoviç: 1939 fevral - 1953 avqust
14. Quskov Anatoli Mixayloviç: 1953 avqust - 1956 aprel
15. Kopilov Fyodor İvanoviç: 1956 sentyabr -1959 avqust
16. Kardaşov Aleksandr Vasilyeviç: 1959 avqust -1963 oktyabr
17. Sviqun Semyon Kuzmiç: 1963 oktyabr - 1967 iyun
18. Əliyev Heydər Əlirza oğlu: 1967 iyun - 1969 iyul
19. Krasilnikov Vitaliy Sergeyeviç: 1969 oktyabr -1980 iyun
20. Yusif-zadə Ziya Məmmədiyyə oğlu: 1980 iyun -1988 avqust
21. Qorelovski İvan İvanoviç: 1988 avqust -1989 avqust
22. Hüseynov Vaqif Əliövsət: 1989 avqust -1991 sentyabr
23. Hüseynov İlhüseyn Pirhüseyn oğlu: 1991 sentyabr -1992 may
24. Təhməzov Fəxrəddin Ayət oğlu: 1992 may -1993 iyun
25. İmranov Nəriman Şamo oğlu: 1993 iyun -1994 oktyabr
26. Abbasov Namiq Rəşid oğlu: 1994 oktyabr -2004 iyul
27. Mahmudov Eldar Əhməd oğlu: 2004 iyul