|
Kitabda verilmiş materiallar 1918-1920 və 1920-1940-cı illəri əhatə edir. Burada müstəqil Azərbaycan kəşfiyyatının tarixindən, Vətəndən kənarda öz dövləti və milləti naminə çətin, lakin şərəfli həyat yolu keçmiş ilk kəşfiyyatçıların fəaliyyətindən, gənc respublikanın xüsusi xidmət orqanlarında çalışmış fədakar insanların taleyindən, Azərbaycan-Gürcüstan əməkdaşlığından, tanınmış ziyalıların, hərbiçilərin qırmızı imperiya nümayəndələri tərəfindən repressiyalara məruz qalmalarından və erməni zorakılığını əks etdirən materiallardan söhbət açılır. Kitab Azərbaycan dilində 2001-ci ildə nəşr edilmişdir.
|