|
Tədqiqatın əsasını dövlət arxivində, milli təhlükəsizlik nazirliyinin arxivində saxlanılan və müstəqil Azərbaycanın (1918-1920-ci il) ilk xüsusi xidmət orqanlarının formalaşması prosesini əks etdirən sənədlər təşkil edir. Nəşrdə dərc edilən materiallar mütəxəsislərə və geniş oxucu kütləsinə ilk dəfə təqdim olunur. Kitab vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Nadir Əliyevin xatirəsinə həsr olunub. Kitab Azərbaycan dilində 1997-ci ildə nəşr edilmişdir.
|