|
Milli Təhlükəsizlik Nazirliyinin bir qrupu əməkdaşı tərəfindən hazırlanan kitabda Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasına qarşı həyata keçirilən təcavüzkar separatçılıq və dövlət terrorizmi siyasəti, erməni quldur birləşmələrinin həmsərhəd ərazilərdə, Vətənimizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda törətdiyi qanlı cinayətlər, dinc sakinlərin başına gətirilən müsibətlər konkret faktlar və istintaq materialları ilə öz əksini tapmışdır. Kitab Azərbaycan dilində, 2004-cü ildə nəşr olunmuşdur.
|