|
Oxuculara rus dilində təqdim olunan kitabda müəllif ilk dəfə nəşr olunan faktlar əsasında XIX əsrin əvvəllərində Almaniyadan Azərbaycana köçürülmüş almanların taleyindən bəhs edir. Tədqiqat işində məxfisizləşdirilmiş dövlət arxivlərindən və fondlarından götürülmüş konkret tarixi materiallar əsasında Azərbaycanda məskunlaşmış almanlara qarşı həyata keçirilən siyasi terrorun mexanizmləri nəzərdən keçirilir, repressiyaya məruz qalmış almanların adları və fotoşəkilləri oxculara təqdim olunur. Kitab 1997-ci ildə İstanbulda və təkrarən 2003-cü ildə Bakıda nəşr olunmuşdur.
|