az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
KİTABXANA
Nəşrlər
Müsahibələr
Məqalələr
Məktublar
Almaniya Bundestaqı nümayəndə heyətinin Azərbaycana səfəri (24.05.05 “AzərTac”)

Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət

Azərbaycanda səfərdə olan Almaniya Bundestaqının nümayəndə heyəti mayın 24-də səhər Fəxri xiyabana gəlmişdir. Burada qonaqları Azərbaycanın milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov qarşıladı. Nümayəndə heyətinin üzvləri ümummilli lider, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoydular.

Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül-çiçək düzdülər.

 

Şəhidlərin xatirəsinə ehtiram

Almaniya Bundestaqının nümayəndə heyəti Şəhidlər xiyabanını da ziyarət etmişdir. Qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad etdilər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular. Azərbaycanın milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Şəhidlər xiyabanının tarixi barədə qonaqlara ətraflı məlumat verdi.

Nümayəndə heyətinin üzvləri buradan Bakının mənzərəsini seyr etdilər və xatirə şəkli çəkdirdilər.

 

Milli Təhlükəsizlik Nazirliyində Almaniya Bundestaqinin nümayəndə heyəti ilə görüş olmuşdur

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov mayın 24-də Almaniya Bundestaqı büdcə məsələləri komissiyasının sədri Manfred Karstens, etimad məsələləri komissiyasının sədri Valter Şöller, Federal Kəşfiyyat Xidmətinin vitse-prezidenti, briqada generalı Verner Şöve və digər rəsmi şəxslərin daxil olduqları nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə nazir Eldar Mahmudov Azərbaycanın siyasi rəhbərliyi tərəfindən hüquqi və demokratik dövlət quruculuğu sahəsində aparılan islahatlar, sosial-iqtisadi inkişaf, habelə mühüm beynəlxalq layihələrin həyata keçirilməsi üçün başlıca şərt olan sabitliyin möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə məlumat vermişdir. Qonaqlara ölkəmizdə təhlükəsizliyin təmin olunması, cinayətkarlıqla, onun təhlükəli formaları və təzahürləri ilə mübarizədə Milli Təhlükəsizlik Nazirliyinin yeri və rolu haqqında, eləcə də bu orqanda beynəlxalq norma və standartlara uyğun qanunvericilik bazasının möhkəmləndirilməsi və aparılan islahatlar barədə ətraflı məlumat verdi. Daha sonra, nazir beynəlxalq terrorçu təşkilatlarla sıx əlaqəsi olan, mütəşəkkil transmilli cinayətkar qrupların zərərsizləşdirilməsi istiqamətində görülən işlərdən, regionda kriminogen şərait, ona təsir göstərən amillər, ictimai-siyasi və hərbi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, nəzarət olunmayan ərazilər və bunların doğurduğu fəsadlar, habelə qanunsuz miqrasiya, narkotrafik və s. məsələlərlə bağlı görülən adekvat tədbirlər haqqında söhbət açmışdır.
Ətraflı məlumata görə təşəkkür edən qonaqlar, bütün bunlar barədə Qərb ictimaiyyətinin kifayət qədər informasiyasının olmadığından təəssüfləndiklərini bildirdilər, bu yöndə obyektiv təbliğat işinin daha da gücləndirilməsinin vacibliyini vurğuladılar.

Almaniya ilə Azərbaycan arasında münasibətlərin inkişafından məmnun qaldıqlarını bildirən nümayəndə heyətinin üzvləri bu səfərin ölkələrimizin əlaqələrinin daha da möhkəmlənməsi baxımından faydalı olacağına, respublikamızın sosial-iqtisadi inkişaf sahəsində daha sanballı uğurlar qazanacağına əminliklərini söylədilər. Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Detlef Lingemanın da iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair fikir mübadiləsi aparıldı.

24.05.05 “AzərTac”

MƏQALƏLƏR
Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının X iclası keçirilmişdir (“Azərbaycan” qəzeti, 19-20 noyabr 2007-ci il)
Azərbaycan alimləri: “Voyçex Pastuşkanın ermənilərin Ağdamda apardığı arxeoloji qazıntıları “siyasi qazıntılar” adlandırması erməni saxtakarlarının iç üzünü açan sərrast elmi qiymətdir” (“APA”, 11.07.2007)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Sərhəd Qoşunları fakültəsinin növbəti buraxılışı olmuşdur (“AzərTAc”, 07.07.2007)
Qara Bağdan açıqca («Wyborczej» qəzeti (Polşa) 17.04.1998 – 18.04.1998) (Azərbaycan, rus və polyak dillərində)
NATO-Azərbaycan əməkdaşlığında Milli Təhlükəsizlik Nazirliyinin rolu (“Diplomatiya və Hüquq” jurnalı, №1 (007) aprel 2007)
Azərbaycanın müstəqilliyinin qorunmasında milli təhlükəsizlik orqanlarının xidməti xüsusi qeyd edilmişdir (“Azərbaycan” qəzeti, 28.05.2007)
“ABŞ Konqresinin 106-cı qətnaməsinə dair. Uydurma “erməni genosidinin” tanınmasına dair bir neçə kəlmə” (rus dilində) («Эхо» qəzeti, 21.04.2007)
“Böyük yalan: erməni genosidinə dair mif” (газета
Dövlət İdarəçilik Akademiyasında milli təhlükəsizlik orqanlarının yaradılmasının 88 illiyi ilə əlaqədar tədbir keçirilmişdir ("Azər Tac",19.03.2007)
Azərbaycan təhlükəsizlik orqanlarının 88 illiyi Yasamal rayonunda da qeyd edilmişdir ("Azər Tac",19.03.2007)
MTN milli maraqların və dövlətçiliyin sədaqətli müdafiəçisidir ("Azər Tac",19.03.2007)
Xocali Faciəsi Dünyada Törədilmiş Ən Ağir Cinayət və Soyqırımıdır (“Azər Tac”,24.02.2007)
Transmilli Mütəşəkkil Cinayətkarliqla Mübarizədə Uğurlu Mərhələ («Azərbaycan» qəzeti, 23.02.2007)
Milli Təhlükəsizliyimizin Etibarli Təminatçisi ("Azərbaycan",12.01.2007)
Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir («The Patriot» qəzeti - İslamabad, 27.11.2006)
Eldar Mahmudov, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant: «Prezident İlham Əliyevin siyasi kursu milli təhlükəsizliyimizi təmin edir»
Eldar Mahmudov, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri, general-leytenant:
Almaniya Federal Kəşfiyyat Xidmətinin nümayəndə heyətinin Azərbaycana səfəri (13.08.2005)
Etibarlı milli təhlükəsizliyə aparan yol (“Respublika” qəzeti 15.06.2005)
Almaniya Bundestaqı nümayəndə heyətinin Azərbaycana səfəri (24.05.05 “AzərTac”)
Millətə xidmət üçün yaranmış insan (09.05.2005 “Xalq qəzeti”)
Вклад Азербайджана в Великую Победу (Москва 2005)
Quba soyqırımı, yaxud ruhların kəsilməyən fəryadı (23.04.2005 “Azərbaycan”)
Bakida “Cənubi Qafqazda köçkün düşmüş əhali” mövzusunda Beynəlxalq seminar keçirilmişdir
1918-1920-ci illərdə türk-müsəlman soyqırımları (“Azərbaycan” 01-02. 04.2005)
Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının əməkdaşları peşə bayramlarını qeyd etmişlər («Azərbaycan», 29.03.05)
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətinə (28.03.2005)
Milli təhlükəsizlik orqanlarının yaradılmasının 86 illiyinə həsr olunmuş görüş keçirilmişdir («Azərbaycan», 27.03.05)
Milli Qəhrəmanın xatirəsinə ehtiram («Azərbaycan», 27.03.05)
Məktəbdə yubiley tədbiri («Azərbaycan», 27.03.05)
Vətənin təhlükəsizlik sipəri (Əlimusa Əliyev, «Respublika», 26.03.05)
Azərbaycan Təhlükəsizlik Orqanlarinin 86 Illiyi Münasibətilə Görüş Keçirilmişdir («Respublika», 26.03.05)
Milli təhlükəsizliyin hərtərəfli təminatına nail olmalıyıq («Azərbaycan», 26.03.05)
Prezident İlham Əliyevin MTN-in bir qrup əməkdaşına mükafatları təqdim etmə mərasimi («Azərbaycan», 17.03.05)
Şərəfli ömür yolu (Xatirə Tağıyeva, «Respublika» 25.01.05)
Sonradan qəhrəman olmurlar, anadan qəhrəman doğulurlar (Xatirə Tağıyeva, Esmira Şükürova, «Respublika», 19.12.04)
«Erməni cinayətləri» - yeni kitab erməni daşnaqlarının azərbaycanlılara qarşı soyqırımından bəhs edir (Şəhla Tahirqızı, «Yeni Azərbaycan», 02.12.04)
O əsil qəhrəman idi (Xatirə Tağıyeva, «Azərbaycan», 09.04.04)
Mən ölmək istəmirəm (Pakizə Bəşirova, «Sərhəd». 1-15.09.99)
Ölümünə inanmırıq (Pakizə Bəşirova «Sərhəd», 28.03.99)
Şəhid Nadir (Cəlal Qasımov, Adil Babayev, «Sərhəd», 29.06.93)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına Döyüş Bayrağının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasim
Milli Təhlükəsizlik orqanlarinin əməkdaşlari peşə bayramlarini qeyd etmişlər (Azərtac)
Şəkidə təhlükəsizlik orqanlarinin yaradilmasinin ildönümü geniş qeyd olundu
Sumqayıtda respublika təhlükəsizlik orqanlarının 87-ci ildönümü qeyd olunmuşdur (AzərTAC)
Vətənin təhlükəsizliyini qorumaqdan şərəfli vəzifə ola bilməz
Erməni "xalq nağılları" ( «Каспи» qəzeti, 07.10.2006)
ГЕНОЦИД = КАКА или сила слов
Армянский сепаратизм на Южном Кавказе (журнал «Дирчелиш XXI аср», 104-105/2006)