az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
KİTABXANA
Nəşrlər
Müsahibələr
Məqalələr
Məktublar
Milli Təhlükəsizlik Nazirliyi əməkdaşının çıxışı

- Möhtərəm cənab Prezident!

Cənab Ali Baş Komandan!

Bu gün müstəqil Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri kimi mənim yaddaşımda həmişəlik həkk olunacaq və həyatıma bayram sevincləri ilə əlamətdar əziz bir gün kimi yazılacaqdır. Birincisi, ona görə ki, bu gün ümummilli liderimiz Heydər Əliyevin şanlı ənənələrini davam etdirən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi Azərbaycan Respublikasının dövlət mükafatı ilə təltif olunduğum gündür.

Həm də mükafatların təqdimolunma mərasimi xalqımızın əziz bayramı olan Novruz bayramı, eləcə də Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı ərəfəsinə təsadüf edir.

Möhtərəm cənab Prezident!

İcazə verin, fürsətdən istifadə edərək qarşıdan gələn bayramlar münasibətilə Sizi səmimi qəlbdən təbrik edim, Sizə möhkəm cansağlığı, ailənizə səadət və xoşbəxtlik, gərəkli və şərəfli işinizdə daha böyük uğurlar arzulayım.

Möhtərəm cənab Prezident!

Şəxsən Sizin və nazirliyimizin rəhbərliyinin mənə göstərdiyi yüksək etimada görə dərin minnətdarlığımı bildirirəm və Sizi əmin edərək söz verirəm ki, bu etimadı gələcək xidməti fəaliyyətimdəki növbəti uğurlarla da doğrudacağam.

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı adını daşımaq, təhlükəsizlik orqanı sıralarında xidmət etmək olduqca çətin, eyni zamanda şərəfli və son dərəcə məsuliyyətlidir.

Fəxr edirəm ki, müstəqillik və demokratiya yolunda ilk və inamlı addımlarını atan Azərbaycan Respublikasının təhlüksizliyinin keşiyində duranların və bu adı sonsuz qürur hissi, vətən məhəbbəti ilə ləyaqətlə gəzdirənlərin sırasında mən də varam.

Cənab Ali Baş Komandan!

Mən və rəhbərlik etdiyim Xüsusi Əməliyyatlar İdarəsinin əməkdaşları vətənimizin qarşısında müqəddəs borcumuzu yerinə yetirmək, Azərbaycan zabitinin şərəfli adını ləyaqətlə qorumaq üçün and içmişik.

Sizi əmin edirəm ki, Azərbaycan dövlətinə xəyanət edənlərə, müstəqilliyimizə xor baxanlara, əmin-amanlığı və sabitliyi pozanlara, şəhidlərimizin qanına boyanmış torpaqlarımıza qənim kəsilənlərə heç zaman güzəştə getməyəcək, qarşımızda qoyulan əmr və tapşırıqları vicdanla və ləyaqətlə yerinə yetirəcəyik.

Ümummilli liderimiz Heydər Əliyev məktəbinin önəmli ənənələrinə və mənəvi dəyərlərə həmişə sadiq qalacaq, müsəlləh əsgər kimi Sizin bütün əmrlərinizi icra etməyə hazır olacağıq.

Yüksək dövlət mükafatına görə bir daha dərin minnətdarlığımı bildirirəm.

Çox sağ olun!

PREZİDENT İLHAM ƏLİYEVİN MTN-İN BİR QRUP ƏMƏKDAŞINA MÜKAFATLARI TƏQDİM ETMƏ MƏRASİMİ («AZƏRBAYCAN», 17.03.05)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin giriş nitqi
Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudovun çıxışı
Milli təhlükəsizlik nazirinin müavini, polkovnik Əli Nağıyevin çıxışı
Milli Təhlükəsizlik Nazirliyi əməkdaşının çıxışı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yekun nitqi