|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Redaksiya
Heyətinin sədri olduğu Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan” cildi
2007-ci ildə Azərbaycan dilində nəşr edilmişdir. Bu nəşr bütövlükdə Azərbaycan
Respublikasına həsr olunmuşdur. Ölkəmizin dünəni və bu günü: qədim tarixi və
müasir həyatı, təbii sərvətləri və geosiyasi mövqeyi, elm, təhsil və mədəniyyət
sahələrində nailiyyətləri kitabda öz ifadəsini tapmışdır. Azərbaycanın dövlət
müstəqilliyini bərpa etməsi ilə tariximizin başlanan müasir dövrü yeni milli
ensiklopediyanın nəşri zərurətini meydana çıxartmışdır. Respublikanın zəngin
elmi potensialının yaxından iştirakı ilə hazırlanan xüsusi cild müstəqil
dövlətçiliyimizin qazandığı uğurları obyektiv şəkildə əks etdirir. Cildin
hazırlanmasında Azərbaycan Respublikasının nazirlikləri, komitələri və digər
dövlət qurumlarının təqdim etdiyi materiallardan istifadə edilmişdir.
Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan” cildinin “Milli
təhlükəsizlik” bölməsi
Yüklə
|