|
1. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Döyüş Bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir. O, Akademiyanın hər bir hərbi qulluqçusuna Vətəninə sədaqətlə xidmət etmək, öz qanını və canını belə əsirgəmədən onu mərdlik və bacarıqla müdafiə etmək, verilən tapşırıqları əzmlə yerinə yetirmək, doğma torpağın hər qarışını düşməndən qorumaq borcunu xatırlatmaq üçündür.
2. Döyüş Bayrağı adı və nömrəsinin dəyişməsindən asılı olmayaraq, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında həmişəlik qalır. Akademiyanın adının və nömrəsinin dəyişməsi Döyüş Bayrağı ilə birlikdə verilən Təqdimata yazılır.
3. Döyüş Bayrağı həmişə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında, döyüş əməliyyatları zamanı isə döyüş meydanında olmalıdır.
4. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının bütün şəxsi heyəti Döyüş Bayrağını fədakarlıq və mərdliklə qorumalı, onun düşmən tərəfindən ələ keçirilməsinə yol verməməlidir. Döyüş Bayrağı itirildikdə, Akademiyanın rəisi və məsul hərbi qulluqçular Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmalı, Akademiya isə ləğv edilməlidir.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir
|