- MTN zabitləri, gizirləri və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının mərasim geyim formasının tərkibinə aşağıdakı hərbi geyim əşyaları aiddir :
25.1. Yay paltarı (şəkil 1 - 5)
Furajka (qadınlarda - şlyapa) - tünd göy rəngli. Yay kiteli - tünd göy rəngli. Yay şalvarı (qadınlarda - tuman) - tünd göy rəngli (ali zabitlərdə boz rəngli). Şalvar qayışı - qara rəngli. Köynək - ağ rəngli. Qalstuk - tünd göy rəngli, qızılı rəngli sıxacla. Əlcəklər - ağ rəngli. Akselbant - qızılı rəngli. Corablar (qadınlarda dəri rəngli neylon corablar) - qara rəngli.
25.2. Qış paltarı (şəkil 6-10)
Papaq - tünd boz rəngli təbii qaragüldən, yaxud furajka (qadınlarda - şlyapa) tünd göy rəngli. Qış paltosu - tünd göy rəngli. Qış kiteli - tünd göy rəngli. Qış şalvarı (qadınlarda - tuman) - tünd göy rəngli (ali zabitlərdə - boz rəngli). Şalvar qayışı - qara rəngli. Köynək - ağ rəngli. Qalstuk - tünd göy rəngli, qızılı rəngli sıxacla. Əlcəklər - ağ rəngli. Şərf - ağ rəngli. Akselbant - qızılı rəngli. Corablar (qadınlarda - dəri rəngli neylon, yaxud yarımyun corablar) - qara rəngli.
25.3. Qış, yaxud yay tuflisi (qadınlarda - uzunboğaz çəkmə) - qara rəngli.
- MTN zabitləri, gizirləri və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının mərasim geyim forması əşyalarının təsviri.
26.1. Furajka - tünd göy rəngli.
Oval formalı dibcikdən, təpə, dövrə, günlük hissələrindən, qara (zabitlərdə - qızılı) rəngli çənəaltı qayışcıqdan və forma düymələrindən ibarətdir. Kitelin hazırlandığı parçadan hazırlanır.
Dibcik, təpə və dövrə tünd göy rəngdədir. Dövrənin üstündən göy (peyğəmbər çiçəyi) rəngli bəzək lenti keçir. Qabaqdan furajkanın dövrəsində MTN hərbi qulluqçuların heyəti üçün müəyyən edilmiş (bu Əsasnamənin 44 - cü maddəsi) qızılı rəngdə tikmə kokarda vardır.
Günlük qara (ali və baş zabitlərdən başqa) rəngdədir.
Ali və baş zabitlərin günlüyünün üstünə, onlar üçün müəyyən edilmiş qızılı rəngdə naxış olan üzlük tikilir (şəkil 26).
Qara (qızılı) rəngli çənəaltı qayışcıq, üstündə aypara və səkkizguşəli ulduz (ali zabitlər üçün isə Azərbaycan Respublikasının Dövlət gerbi) həkk edilmiş qızılı rəngli kiçik forma düyməsinə bağlanır (şəkil 61).
26.2. Şlyapa (qadın hərbi qulluqçular üçün) - tünd göy rəngli.
Kənarları arxadan və yanlardan bir az qaldırılmış, qara (zabitlərdə - qızılı) rəngli qayışcığı iki kiçik forma düyməsinə bağlanan baş geyimidir. Kənarlarının eni 90 mm-dir. Kitelin hazırlandığı parçadan hazırlanır. Şlyapanın aşağı qırağı ilə kənarlarının üstündən eni 30 mm olan göy (peyğəmbər çiçəyi) rəngli bəzək lenti keçir.
Şlyapanın qabaq hissəsinin ortasında MTN hərbi qulluqçularının heyətləri üçün müəyyən edilmiş (bu Əsasnamənin 44 - cü maddəsi) qızılı rəngdə tikmə kokarda vardır.
Qabaqdan şlyapanın kənarlarının üstündə ali və baş zabitlər üçün müəyyən edilmiş özünəməxsus qızılı rəngdə naxış vardır.
26.3. Ali zabitlər üçün papaq - tünd boz rəngli qaragüldən.
Oval formalıdır, dibcikdən, dövrə və günlükdən ibarətdir.
Papağın içində ipəkdən sırınma astar vardır.
Dövrə tünd boz rəngli təbii qaragüldən tikilir. Dövrə alın və iki düyməciklə bərkidilən arxa hissədən ibarətdir. Dövrənin astarı dəridən tikilir. Dövrənin alın hissəsinin aşağısına qara rəngli günlük tikilir. Günlüyün üstünə ali və baş zabitldər üçün müəyyən edilmiş qızılı rəngli naxışlar tikilir.
Papağın dibciyinin üst hissəsi qara rəngli dəridən tikilmiş hər biri üçbucaq formasında olan 6 hissədən ibarətdir.
Günlüyün dövrəyə birləşdiyi hissədə qara (qızılı) rəngli çənəaltı qayışcıq, üstündə aypara və səkkizguşəli ulduz (ali zabitlər üçün Azərbaycan Respublikasının Dövlət gerbi) həkk edilmiş qızılı rəngli kiçik forma düyməsinə bağlanır.
Papağın alın hissəsində MTN-in hərbi qulluqçularının heyəti üçün müəyyən edilmiş (bu Əsasnamənin 44-cü maddəsi) qızılı rəngdə tikmə kokarda vardır.
26.4. Qış paltosu - tünd göy rəngli.
Qızılı rəngli üç böyük forma düyməsi (şəkil 61) ilə düymələnən ikibortlu, qatlanan boyunluqludur. Layları yanlardan köklənmiş və yan kəsmə, qapaqlı ciblidir.
Kürəkdə, ortada aşağıdan şlitsa ilə tamamlanan tikiş vardır. Bel səviyyəsində paltonun böyür tikiş yerlərinə bərkidilmiş qızılı rəngli iki böyük forma düyməsi ilə düymələnən tənzimləyici kəmərcik vardır.
Qolları iki tikişli, qol köbəli, içəridən tikiləndir.
Vatinlə istiləşdirilmiş astarın ətəkləri sərbəstdir.
Astarında iki kəsmə qoltuq cibi vardır.
Yun parçadan hazırlanan paltonun elə həmin parçadan da tikilmiş taxılıb-çıxarılan paqonlar üçün kəmərciklər vardır. Kəmərciklər qızılı rəngli kiçik forma düymələri ilə düymələnir.
Paltonun sağ (qadın hərbi qulluqçular üçün - sol bortuna yaxanı düymələmək üçün adi düymə tikilmişdir.
Paltonun yaxalıqlarının künclərində ali zabitlər üçün yaxa nişanları, hərbi qulluqçuların qalan kateqoriyaları üçün qızılı rəngdə metal emblem bərkidilir (bu Əsasnamənin 39-cu maddəsi).
Ali zabitlər üçün paltonun qol köbəsinin, boyunluğunun və yan ciblərinin kənarı boyu üstündən qırmızı rəngli mahuddan kant vardır. Paltonun qol köbəsinin üstündə qızılı rəngli dairəvi naxış tikilir.
Paltonun sol qolunun xarici səthində milli təhlükəsizlik nazirinin müəyyən etdiyi qaydada MTN-ə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanı tikilir.
Döşəmədən paltonun ətəyinədək olan məsafə 40 - 42 sm-dir.
26.5. Yay (qış) kiteli (ali zabitlər üçün - üç böyük düymə ilə düymələnən iki bortlu) - tünd göy rəngli.
Açıq, təkbortlu, qatlanan boyunluqludur. Bortu ortadan dörd böyük forma düyməsi (şəkil 61) ilə düymələnir. Layları kəsmə yan hissəli olub, qabaqdan köklənmişdir. Onlarda üstdən tikilmiş və kiçik forma düymələri ilə düymələnən iki şaquli qırçınlı, fiqurlu qapaqlı döş cibləri (ali zabitlərdən başqa), habelə fiqurlu qapaqları forma düymələri ilə düymələnən yan kəsmə cibləri vardır.
Kürəkdə, ortada şlitsa ilə tamamlanan tikiş vardır.
Qolları iki tikişli, qol köbəli, içəridən tikiləndir.
Kitel ətəyinədək astarlıdır. Astarında iki kəsmə qoltuq cibi vardır.
Kostyum parçasından hazırlanan kitelin elə həmin parçadan da tikilmiş taxılıb-çıxarılan paqonlar üçün kəmərciklər vardır. Kəmərciklər qızılı rəngli kiçik forma düymələri ilə düymələnir. Kitelin yaxalıqlarının künclərində qızılı rəngdə metaldan emblem (ali zabitlərdə - palıd budaqları şəklində qızılı rəngdə naxış) yerləşir (bu Əsasnamənin 39-cu maddəsi).
Ali zabitlər üçün kitelin boyunluğunun kənarı boyu və qol köbəsinin üstündən qırmızı rəngli mahuddan kant vardır. Kitelin qol köbəsinin ortasında palıd budaqları şəkilində qızılı rəngdə naxış tikilir.
Kitelin sol qolunun xarici tərəfində milli təhlükəsizlik nazirinin müəyyən etdiyi qaydada MTN-ə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanı tikilir (bu Əsasnamənin 39-cu maddəsi).
26.6. Yay (qış) şalvarı - tünd göy rəngli (ali zabitlərdə boz rəngli).
Tikilmə qurşaq aşırma ilgəklə düymələnir.
Şalvarın kəsmə yan cibləri, qurşağının sol yarısındakı tikiş yerində saat cibi, arxadan sağ tərəfində qapaqlı kəsmə cibi vardır.
Şalvarın miyançası qarmaq və zəncirbəndlə bağlanır, yaxud 3-4 düymə ilə düymələnir. Qurşaqda ensiz kəmər üçün 7 halqa (körpü) vardır.
Şalvar kostyum parçasından (ali zabitlərdə boz rəngli parçadan) tikilir. Zabitlərin, gizirlərin və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının şalvarına göy (peyğəmbər çiçəyi) rəngli mahuddan kant (ali zabitlər üçün - qırmızı lampas) tikilir.
26.7. Yay (qış) tumanı - tünd göy rəngli.
Tikilmə qurşaqlı, sarjadan, yaxud satindən astarı vardır.
Arxasında zəncirbənd və şlitsa vardır. İki parçadan ibarətdir.
Arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Qurşağında kəmər üçün 7 ensiz halqa (körpü) vardır.
26.8. Köynək - ağ rəngli.
Ağ rəngli köynəklik parçadan hazırlanır. Tikilmə qatlanan boyunluqludur. Bortu ortadan düymələnir. Paqonlar üçün kəmərcikləri, iki şaquli qırçınlı, fiqurlu qapaqlı döş cibləri vardır. Qolları manjetli və yarıqlıdır. Kəmərciklər, bortlar, fiqurlu qapaqlar və manjetlər adi düymələrlə düymələnir.
Kürəyi koketkalıdır. Ətəyi qurşaqlı, yanlardan rezinlidir.
Qadın hərbi qulluqçuları üçün köynəyin qabağı yan tikişlərlə köklənmişdir.
Köynək tünd göy rəngli taxılıb-çıxarılan paqonlarla (bu Əsasnamənin 40 - cı maddəsi) geyilir.
26.9. Qalstuk -tünd göy rəngli.
İti ucla tamamlanan uzanmış trapesiya şəkilli əsas hissədən, metal ilgəkli rezinli qaytandan və daimi düyündən ibarətdir. Qalstuk qızılı rəngdə metal sıxacla gəzdirilir (şəkil 62).
26.10. Şərf - ağ rəngli.
Trikotaj, yun, ipək, yaxud adi parçadan hazırlanır. Ölçüləri 120x 20 sm-dir.
26.11. Yay tuflisi - qara rəngli.
Qara rəngli xromdan hazırlanır. Tənzimləyici rezinciyi, yaxud bağları vardır. Dabanı qəliblənmişdir. Altlığı göndəndir. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir.
Qadın yay tuflisi alçaq dabanlıdır. Burnu ensiz, arxa hissəsi möhkəmləndirilmişdir.
26.12. Qış tuflisi - qara rəngli.
Qara rəngli xromdan hazırlanır. Zəncirbəndi, yaxud bağları vardır. Altlığı qəliblənmişdir. Burnu və arxa hissəsi qəliblənmişdir.
26.13. Uzunboğaz çəkmə (qadınlar üçün) qara rəngli.
Qara rəngli xromdan hazırlanır. Dabanı orta ölçüdədir. Burnu ensizdir. Zəncirbəndlə bağlanır. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir.
- MTN zabitləri, gizirləri və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının gündəlik geyim formasının tərkibinə aşağıdakı geyim əşyaları aiddir :
27.1. Yay paltarı (şəkil 11-35).
Furajka, pilotka və qadınlarda şlyapa (beret) - tünd göy rəngli.
Yay kiteli (demisezon gödəkçə, yun köynək) - tünd göy rəngli.
Yay şalvarı (qadınlarda - tuman) - tünd göy rəngli.
Şalvar qayışı - qara rəngli.
Köynək (qısaqol köynək) - açıq boz rəngli.
Qalstuk - tünd göy rəngli, qızılı rəngli sıxacla.
Corablar (qadınlarda - dəri rəngli neylon corablar) - qara rəngli.
Yay tuflisi - qara rəngli.
Çanta (qadınlar üçün) uzun qayışcıqlı - qara rəngli.
Zabitlərə, gizirlərə müddətdən artıq hərbi xidmət hərbi qulluqçularına gündəlik yay geyim formasını kitelsiz, demisezon gödəkçədə, yun köynəkdə, qısaqol köynəkdə pilotka il (qadınlara - beretlə), yaxud furajka (qadınlara - şlyapa) ilə geyilməsinə icazə verilir (şəkil 16-35).
27.2. Qış paltarı (şəkil 36- 45).
Papaq - tünd boz rəngli qaragüldən, yaxud furajka (qadınlarda şlyapa) - tünd göy rəngli.
İsti gödəkçə (demisezon palto, plaş) - tünd göy rəngli.
Qış kiteli (demisezon gödəkçə, yun köynək) - tünd göy rəngli.
Qış şalvarı (qadınlarda tuman) - tünd göy rəngli.
Şalvar qayışı - qara rəngli.
Köynək - açıq boz rəngli.
Qalstuk - tünd göy rəngli, qızılı rəngli sıxacla.
Əlcəklər - qara rəngli.
Şərf - tünd göy rəngli.
Corablar (qadınlarda - dəri rəngli neylon, yaxud yarımyun corablar) - qara rəngli.
Qış, yaxud yay tuflisi (qadınlarda - uzunboğaz çəkmə) - qara rəngli.
Çanta (qadınlar üçün) - uzun qayışcıqlı, qara rəngli.
- MTN zabitləri, gizirləri və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının - gündəlik geyim forması əşyalarının təsviri.
28.1. Furajka - tünd göy rəngli.
Mərasim geyim forması üçün furajkanın (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.
28.2. Şlyapa (qadın hərbi qulluqçular üçün) - tünd göy rəngli.
Mərasim geyim forması üçün şlyapanın (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.
28.3. Pilotka - tünd göy rəngli.
Kitelin hazırlandığı parçadan hazırlanır.
Pilotka iki divarcıqdan və qulaqlıqdan ibarətdir.
Qulaqlığın dairəvi və iti ucları pilotkanın qabaq hissəsində bir-birinin üstünə qoyulur. Pilotkanın astarı vardır.
Pilotkanın kənarı boyu qızılı rəngdə zolaq tikilir.
Pilotkanı kokarda ilə daşıyırlar. Kokarda (emblem) pilotkanın sol tərəfində olmalıdır.
28.4. Beret - tünd göy rəngli.
Kitelin hazırlandığı parçadan hazırlanır.
Beret dibcikdən, qabaq və arxa qulaqcıqlardan ibarətdir. Beretin dibciyində və qabaq divarcığında parça ilə astarın arasında ara qat vardır. Beretin aşağı kənarı içərisindən tənzimləyici qaytan keçən dəridən haşiyələnmişdir.
Bereti kokarda ilə daşıyırlar. Kokarda (emblem) beretin sol tərəfində olmalıdır.
28.5. Papaq - tünd boz rəngli qaragüldən.
Mərasim geyim forması üçün papağın (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.
28.6. İsti gödəkçə - tünd göy rəngli.
Tünd göy rəngli demisezon paltonun parçasından tikilir, qatlanan boyunluqludur. Gödəkçənin tünd göy rəngli adi düymə ilə düymələnən taxılıb-çıxarılan paqonlar üçün kəmərcikləri vardır. Gödəkçənin taxılıb-çıxarılan süni və ya təbii xəzdən istiləşdirilmiş astarı vardır. Yan kəsmə cibləri və plastmas toqqası olan kəməri vardır. Kəmər gödəkçə hazırlanan parçadan tikilir. Bortları ortadan görünməyən altı tünd göy rəngli düymə ilə bağlanır.
Ali zabitlər üçün isti gödəkçənin qol köbəsinin və boyunluğunun kənarı boyu qırmızı rəngli mahuddan kant vardır.
28.7. Demisezon palto - tünd göy rəngli.
Palto dörd qızılı rəngli düymə ilə düymələnən birbortlu, qatlanan boyunluqlu və açıq yaxalıdır. Yan kəsmə cibləri və plastmas toqqası olan kəməri vardır.
Kürəkdə, ortada aşağıdan şlitsa ilə tamamlanan tikiş vardır.
Qolları iki tikişli, içəridən tikilən kəmərciklidir.
Astarında iki kəsmə qoltuq cibi vardır.
Kostyum parçasından hazırlanan paltonun və onun kəmərinin elə həmin parçadan da tikilmiş taxılıb-çıxarılan paqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər tünd göy rəngli kiçik forma düymələri ilə düymələnir.
Paltonun yaxalıqlarının künclərində ali zabitlər üçün yaxa nişanları, hərbi qulluqçuların qalan kateqoriyaları üçün qızılı rəngdə metal emblemləri bərkidilir (bu Əsasnamənin 44-cü maddəsi).
Döşəmədən paltonun ətəyinədək olan məsafə 40-42 sm-dir.
28.8. Plaş - tünd göy rəngli.
Plaşın rənginə uyğun dörd adi düymə ilə düymələnən birbortlu, qatlanan boyunluqlu və açıq yaxalıdır. Yan kəsmə cibləri və plastmas toqqası olan kəməri vardır.
Kürəkdə koketka, ortada aşağıdan şlitsa ilə tamamlanan tikiş vardır.
Qolları iki tikilişli, içəridən tikilən, kəmərciklidir.
Plaş parçasından hazırlanan plaşın və onun kəmərinin, elə həmin parçadan da tikilmiş taxılıb-çıxarılan paqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər plaşın rənginə uyğun kiçik adi düymələr ilə düymələnir.
Döşəmədən plaşın ətəyinədək olan məsafə 40-42 sm-dir.
28.9. Yay (qış) kiteli - tünd göy rəngli.
Mərasim geyim forması üçün kitelin (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur. Paqonları tikilmədir. Tikilmə paqonların yuxarı hissəsində qızılı rəngli kiçik forma düyməsi yerləşdirilmişdir.
28.10. Demisezon gödəkçə - tünd göy rəngli.
Bortları zəncirbəndlə bağlanır, astarlıdır. Laylarında yan kəsmə fiqurlu qapağı basma düymə ilə düymələnən cibləri vardır.
Kürəyi bütöv, düz siluetlidir.
Qolları tək tikilişlidir, aşağı kənarlarına elastik trikotaj manjet tikilmişdir.
Gödəkçənin qurşağı trikotajdandır. Sol laydakı qurşağa basma düymə ilə düymələnən fiqurlu kəmərcik tikilmişdir.
Boyunluğu dikdir, trikotajdandır, gödəkçənin parçasından hazırlanan taxılıb-çıxarılan paqonlar üçün kəmərciklər vardır. Kəmərciklər basma düymə ilə düymələnir.
28.11. Yun köynək - tünd göy rəngli.
Yundan toxunulur, yaxası üçbucaq şəkilli, açıqdır. Tünd göy rəngli, taxılıb-çıxarılan paqonlar üçün elə həmin rəngdən kəmərciklər vardır. Kəmərciklər yun köynəyin rənginə uyğun kiçik adi düymələr ilə düymələnir və ya tekstil lent ilə bağlanır.
Yun köynəyin çiyin və dirsək hissələrinə köynəyin öz rəngində möhkəm parçadan əlavə qatlar tikilir.
28.12. Yay (qış) şalvarı - tünd göy rəngli.
Mərasim geyim forması üçün şalvarın (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur. Zabitlərin, gizirlərin və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının şalvarında göy (peyğəmbər çiçəyi) rəngli mahuddan kant (ali zabitlər üçün - qırmızı lampas) tikilir.
28.13. Yay (qış) tumanı - tünd göy rəngli.
Mərasim geyim forması üçün tumanın (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.
28.14. Köynək - açıq boz rəngli.
Mərasim geyim forması üçün ağ rəngli köynəyin (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.
28.15. Qısaqol köynək - açıq boz rəngli.
Qısaqol, tikilmə, qatlanan boyunluqludur. Kiçik forma düyməsi ilə düymələnən taxılıb-çıxarılan paqonlar üçün kəmərciklər vardır.
Bortu ortadan yeddi forma düyməsi ilə düymələnir. Üstdən tikilmiş və kiçik forma düymələri ilə düymələnən, iki şaquli qırçınlı, fiqurlu qapaqlı döş cibləri vardır.
Qısaqol köynək və onun paqonları üçün kəmərcikləri nazik kostyum parçasından hazırlanır.
Kürəyi koketkalıdır. Ətəyi qurşaqlı, yanlardan rezinlidir.
Köynək qalstuksuz daşınır.
28.16. Qalstuk - tünd göy rəngli.
Mərasim geyim forması üçün qalstukun (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.
28.17. Şərf - tünd göy rəngli.
Mərasim geyim forması üçün ağ rəngli şərfin (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.
28.18. Yay tuflisi - qara rəngli.
Mərasim geyim forması üçün yay tuflisinin (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.
28.19. Qış tuflisi - qara rəngli.
Mərasim geyim forması üçün qış tuflisinin (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.
28.20. Uzunboğaz çəkmə (qadınlar üçün) - qara rəngli.
Mərasim geyim forması üçün uzunboğaz çəkmənin (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.
28.21. Çanta (qadınlar üçün) - uzun qayışcıqlı, qara rəngli.
Qayışcığın uzunluğu 100 mm, eni 30 mm-dir. Çantanın ölçüləri: eni 180 mm, hündürlüyü 220 mm, qalınlığı 40 mm. Çanta qapağının aşağı hissəsi dəyirmidir və ilgəklə çantanın xarici tərəfinə bərkidilir.
- MTN zabitləri, gizirləri və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının səhra geyim formasının tərkibinə aşağıdakı hərbi geyim əşyaları aiddir :
29.1. Yay paltarı (şəkil 46-47)
Yay furajkası - kamuflyaj rəngli.
Yay gödəkçəsi - kamuflyaj rəngli.
Yay şalvarı - kamuflyaj rəngli.
Şalvar qayışı - zeytun rəngli.
Qısaqol mayka - kamuflyaj (zeytun) rəngli alt paltarları əşyaları tərkibində.
Bel kəməri - zeytun rəngli.
Corablar - qara rəngli.
Uzunboğaz botinka - qara rəngli.
29.2. Qış paltarı (şəkil 48-49)
Papaq - boz rəngli qaragüldən, yaxud kamuflyaj rəngli qış furajkası.
İstiləşdirilmiş qış gödəkçəsi - kamuflyaj rəngli.
Qış gödəkçəsi - kamuflyaj rəngli.
Qış (istiləşdirilmiş qış) şalvarı - kamuflac rəngli.
Şalvar qayışı - zeytun rəngli.
Uzunqol mayka - kamuflyaj (zeytun) rəngli alt paltarları əşyaları tərkibində.
Yun köynək - zeytun rəngli.
Bel kəməri - zeytun rəngli.
Əlcəklər - qara (zeytun) rəngli.
Şərf - zeytun rəngli.
Corablar - qara rəngli.
Uzunboğaz botinka - qara rəngli.
- MTN zabitləri, gizirləri və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının səhra geyim forması əşyalarının təsviri.
30.1. Yay furajkası - kamuflyaj rəngli.
Dörd yan, bir ön xiştəkdən və günlük hissələrindən ibarətdir. Kamuflyaj rəngli parçadan hazırlanır.
Qabaqdan furajkanın ön xiştəyi üstündə MTN hərbi qulluqçuların heyətləri üçün müəyyən edilmiş (bu Əsasnamənin 44 -cü maddəsi) qara rəngdə tikmə (preslənmiş) kokarda vardır.
İki arxa xiştək furajkanın ölçüsünü tənzimləyən elastik lentlə yığılır və ya tekstil lentlə bağlanır.
Günlük - üzərində kamuflyaj rəngli parça çəkilmiş bərk materialdan hazırlanır. Günlüyün üstündə ali və baş zabitlər üçün müəyyən edilmiş qara rəngdə naxış vardır.
30.2. Qış furajkası - kamuflyaj rəngli.
Dörd yan, bir ön xiştəkdən, qulaqlıqdan, günlük hissələrindən ibarətdir. Kamuflyaj rəngli parçadan hazırlanır. İstiləşdirilmiş astarı vardır.
Qabaqdan furajkanın ön xiştəyi üstündə - hərbi qulluqçuların heyətləri üçün müəyyən edilmiş (bu Əsasnamənin 44 -cü maddəsi) qara rəngdə tikmə (preslənmiş) kokarda vardır.
Günlük - üzərində kamuflyaj rəngli parça çəkilmiş bərk materialdan hazırlanır. Günlüyün üstündə ali və baş zabitlər üçün müəyyən edilmiş qara rəngdə naxış vardır.
30.3. Papaq - tünd boz rəngli qaragüldən.
Mərasim geyim forması üçün papağın (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.
30.4. Yay (qış) gödəkçəsi - kamuflyaj rəngli.
Kamuflyaj rəngli parçadan tikilir, qatlanan boyunluqludur. Adi düymə ilə düymələnən taxılıb-çıxarılan paqonlar üçün kəmərciklər vardır.
Bortları ortadan beş (dörd görünməyən, yuxarıda isə görünən) adi düymələrlə düymələnir. Laylarda üstdən tikilmiş və görünməyən adi düymələrlə düymələnən, qapaqlı döş və yan cibləri vardır. Sol döş cibində gizli qələm cibi vadır.
Gödəkçə ətəyinə qədər astarlıdır.
Kürəyi bütövdür.
Qolları iki tikişlidir, dirsək hissələrində gödəkçənin öz rəngində əlavə qat tikilmişdir, qollarının ağzı kəmərciklidir.
Gödəkçənin yaxalıqlarının künclərində qara rəngdə emblem (ali zabitlərdə - palıd budaqları şəklində qara rəngdə naxış) yerləşir (bu Əsasnamənin 39 -cu maddəsi).
Gödəkçənin sağ döş cibinin qapağı üstündə hərbi qulluqçuların şəxsi nömrəsi, soyadı, qan qrupu və rezus-faktoru göstərilən zeytun rəngdə döş nişanı tikilir.
30.5. İstiləşdirilmiş qış gödəkçəsi - kamuflyaj rəgli.
Kamuflyaj rəngli parçadan tikilir, dik boyunluqludur. Boyunluqda başlıqı qoymaq üçün zəncirbəndlə bağlanan kəsmə cib vardır. Boyunluğun sol tərəfində tekstil lentlə bağlanan kəmərcik, boyunluğun hər iki kənarına isə tekstil lent tikilir. Başlıq astarlıdır.
Adi düymə ilə düymələnən taxılıb-çıxarılan paqonlar üçün kəmərciklər vardır.
Bortları ortadan görünməyən zəncirbənd və altı basma düymələrlə bağlanır. Laylarda üstdən tikilmiş qapaqlı döş cibləri və qapaqlı yan kəsmə cibləri vardır. Cib qapaqları görünməyən basma düymələrlə düymələnir.
Gödəkçənin taxılıb-çıxarılan süni və ya təbii xəzdən istiləşdirilmiş astarı vardır.
Kürəyi bütöv, hər iki tərəfindən qoldibi istiqamətində qatla hazırlanır.
Qolları iki tikişlidir, dirsək hissələrində gödəkçənin öz rəngində əlavə qat tikilmişdir, qollarının ağzı kəmərciklidir.
Gödəkçənin içərisində bel səviyyəsində və aşağı kənarından tənzimləyici qaytan keçirilir.
Gödəkçənin sağ döş cibinin qapağı üstündə hərbi qulluqçuların şəxsi nömrəsi, soyadı, qan qrupu və rezus-faktoru göstərilən zeytun rəngdə döş nişanı tikilir.
30.6. Yay (qış) şalvarı - kamuflyaj rəngli.
Şalvarla birlikdə biçilmiş qurşağı, üstdən tikilmiş və adi görünməyən düymələrlə düymələnən, qapaqlı yan, qapaqlı kəsmə arxa və kəsmə yan cibləri vardır.
Qurşaqda yan tikiş yerlərinin üstündə, belin ölçüsünü tənzimləyən, iki düymə ilə düymələnən iki kəmərcik və ləvazimat gəzdirmək üçün yeddi enli halqa (körpü) vardır.
Şalvarın miyançası biri qurşaqda olan dörd düymə ilə düymələnir.
Şalvar kamuflyaj rəngli parçadan hazırlanır, diz hissələrinə həmin parçadan əlavə qat tikilir. Balaqlarında enli elastik üzəngilər vardır.
30.7. İstiləşdirilmiş qış şalvarı - kamuflyaj rəngli.
İstiləşdirilmiş astar əlavə edilməklə kamuflyaj rəngli şalvarın təsvirinə uyğundur.
30.8. Yun köynəyi - zeytun rəngli.
Yundan toxunulur, yaxası boğazacandır.
Yun köynəyin dirsək və çiyin hissələrinə köynəyin öz rəngində möhkəm parçadan əlavə qatlar tikilir. Üzərində heç bir fərqlənmə nişanı yoxdur.
30.9. Şərf - zeytun rəngli.
Trikotaj, yun və yaxud adi parçadan hazırlanır.
Ölçüləri: 120x 20 sm-dir.
30.10. Uzunboğaz botinka - qara rəngli.
Dabanı və altlığı bütövdür və qəliblənmişdir, bağları vardır. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir.
|