- Kursantların mərasim geyim formasının tərkibinə aşağıdakı hərbi geyim əşyaları aiddir:
31.1. Yay paltarı (şəkil 50)
Furajka (qadınlarda şlyapa)- tünd göy rəngli.
Şalvar (qadınlarda tuman) - tünd göy rəngli.
Şalvar qayışı (qadınlarda şlyapa) - qara rəngli.
Köynək - ağ rəngli.
Qalstuk - tünd göy rəngli, qızılı rəngli sıxacla.
Əlcəklər - ağ rəngli.
Akselbant - sarı rəngli.
Corablar (qadınlarda dəri rəngli neylon corablar) - qara rəngli.
Yay tuflisi - qara rəngli.
31.2. Qış paltarı (şəkil 52).
Papaq - tünd boz rəngli qaragüldən, yaxud furajka (qadınlarda şlyapa) - tünd göy rəngli.
Qış paltosu - tünd göy rəngli.
Kitel - tünd göy rəngli.
Şalvar (qadınlarda tuman) - tünd göy rəngli.
Şalvar qayışı - qara rəngli.
Köynək - ağ rəngli.
Qalstuk - tünd göy rəngli, qızılı rəngli sıxacla.
Əlcəklər - ağ rəngli.
Akselbant - sarı rəngli.
Şərf - ağ rəngli.
Corablar (qadınlarda dəri rəngli neylon yaxud yarıyun corablar) - qara rəngli.
Qış tuflisi (qadınlarda uzunboğaz çəkmə) - qara rəngli.
- Kursantların mərasim geyim formasının əşyalarının təsviri:
Kursantların mərasim geyim forması əşyalarının təsviri MTN zabit, gizir və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının mərasim geyim formasının müvafiq əşyalarının təsviri kimidir (bu Əsasnamənin 26-cı maddəsi).
Kursantların furajkalarında (şlyapalarında), papaqlarında MTN müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının kokardaları (bu Əsasnamənin 49-cu maddəsi) daşınır. Furajkaların (şlyapaların) çənəaltı qayışı qara rəngdədir.
Kursantların tikilmə və taxılıb-çıxarılan paqonlarına oxuduqları kursa uyğun olaraq rum rəqəmləri, şəxsi nömrələri isə ərəb rəqəmləri ilə qızılı rəngli təsvirlə yerləşdirilir (bu Əsasnamənin 47-ci maddəsi).
Kursantlar kiteli sarı rəngli akselbantla daşıyırlar. Kitelin sol döş cibinin düyməsindən MTN Akademiyasına mənsubiyyətini bildirən fərqləndirmə döş nişanı asılır (milli təhlükəsizlik nazirinin müəyyən etdiyi qaydada)
- Kursantların gündəlik geyim formasının tərkibinə aşağıdakı hərbi geyim əşyaları aiddir:
33.1. Yay paltarı (şəkil 51).
Furajka(pilotka) və qadınlarda şlyapa - tünd göy rəngli.
Kitel (yun köynək) - tünd göy rəngli
Şalvar (qadınlarda tuman) - tünd göy rəngli.
Şalvar qayışı - tünd göy rəngli.
Köynək (qısaqol köynək) - açıq boz rəngli.
Qalstuk tünd göy rəngli, qızılı rəngli sıxacla.
Corablar (qadınlarda dəri rəngli neylon corablar) - qara rəngli.
Yay tuflisi - qara rəngli.
Kursantlara gündəlik yay geyim formasını kitelsiz demisezon gödəkçədə, qısaqol köynəkdə pilotka və yaxud furajka (qadınlar şlyapa) ilə geymələrinə icazə verilir (şəkil 53-55).
33.2. Qış paltarı (şək. 56-57)
Papaq tünd boz rəngli qaragüldən yaxud furajka (qadınlarda şlyapa) - tünd göy rəngli.
İsti gödəkçə - tünd göy rəngli
Demisezon palto - tünd göy rəngli.
Kitel (yun köynək) - tünd göy rəngli.
Şalvar (qadınlarda tuman) -tünd göy rəngli.
Şalvar qayışı - qara rəngli.
Köynək - açıq boz rəngli
Qalstuk tünd göy rəngli, qızılı rəngli sıxacla.
Əlcəklər - qara rəngli.
Şərf - tünd göy rəngli
Corablar (qadınlarda dəri rəngli neylon yaxud yarıyun corablar) - qara rəngli.
Qış tuflisi (qadınlarda uzunboğaz çəkmə) - qara rəngli.
- Kursantların gündəlik geyim formasının əşyalarının təsviri:
Kursantların gündəlik geyim forması əşyalarının təsviri MTN-in zabit, gizir və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının gündəlik geyim formasının müvafiq əşyalarının təsviri kimidir (bu Əsasnamənin 28-ci maddəsi).
Kursantların furajkalarında (şlyapalarında), papaqlarında, pilotkalarında MTN-in müddətli həqiqi hərbi qulluqçularının kokardaları daşınır. Furajkaların (şlyapaların) çənəaltı qayışı qara rəngdədir.
Kursantların tikilmə və taxılıb-çıxarılan paqonlarına oxuduqları kursa uyğun olaraq rum rəqəmləri, şəxsi nömrələri isə ərəb rəqəmləri ilə qızılı rəngli təsvirlə yerləşdirilir (bu Əsasnamənin 42-ci maddəsi).
Kursantlar kiteli və qısaqol köynəyi sarı rəngli akselbantla daşıya bilərlər.
Kitelin və qısaqol köynəyin sol döş cibinin düyməsindən (milli təhlükəsizlik nazirinin müəyyən etdiyi qaydada) MTN Akademiyasına mənsubiyyəti bildirən fərqləndirmə döş nişanı asılır (bu Əsasnamənin 39-cu maddəsi). Köynəklərin (yun köynək də daxil olmaqla) sağ döş cibinin üst kəsiyində (sağ tərəfində) kursantın soyadı göstərilən ağ rəngdə döş nişanı tikilir (taxılır).
Kursantların şalvarı kantsızdır.
- Kursantların səhra geyim forması əşyalarının tərkibi və təsviri.
Kursantların səhra geyim forması əşyalarının tərkibi və təsviri MTN-in zabit, gizir və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının səhra geyim formasının tərkibi və müvafiq əşyalarının təsviri kimidir (bu Əsasnamənin 29-30-cu maddələri).
Kursantlar səhra geyim formasında MTN-in müddətli hərbi xidmət qulluqçularının qara rəngdə kokardalarını (bu Əsasnamənin 44-cü maddəsi) daşıyırlar.
Kursantların tikilmə və taxılıb-çıxarılan paqonlarına oxuduqları kursa uyğun olaraq rum rəqəmləri, şəxsi nömrələri isə ərəb rəqəmləri ilə qızılı rəngli təvirlə yerləşdirilir (bu Əsasnamənin 44-cü maddəsi).
|