- Hərbi qulluqçular üçün aşağıdakı fərqləndirmə nişanları müəyyən edilir:
MTN-ə mənsubiyyətinə görə;
hərbi rütbəyə görə;
hərbi qulluqçuların heyətinə görə;
hərbi qulluqçuların struktur bölmə vahidinə mənsubiyyətinə görə.
- Hərbi qulluqçunun MTN-ə mənsubiyyətinə görə fərqləndirmə nişanının təsvirini və daşınma qaydasını milli təhlükəsizlik naziri müəyyən edir.
Fərqləndirmə yaxa nişanı qış paltosunun, demisezon paltonun, kamuflyaj rəngli yay, yaxud istiləşdirilmiş qış gödəkçəsinin, isti gödəkçənin, kitelin yaxalıqlarının künclərində daşınır.
Ali zabitlər qış paltolarının yaxalıqlarında üzərində tikmə naxışla qırmızı yaxa nişanları, kitellərin yaxalıqlarının künclərində isə ali zabitlər üçün sarı rəngli (qızılı) tikmə naxış daşıyılar.
- MTN hərbi qulluqçularının hərbi rütbəyə görə fərqləndirmə nişanları paqonlardır.
Paqonlar hərbi rütbəni müəyyən etmək üçündür.
Paqonları bütün hərbi qulluqçular (şəkil 64,65-67), o cümlədən MTN Akademiyasının kursantları (şəkil 68) daşıyırlar.
Kursantların paqonları onların kursant olduqlarını və neçənci kursda oxuduqlarını müəyyən etmək üçün nişandır.
Daşınma üsuluna görə paqonlar tikilmə və taxılıb-çıxarılan paqonlara bölünür.
Tikilmə paqonlar mərasim (yalnız kursantlar tərəfindən) geyim formasının qış paltosunda, gündəlik geyim formasının kitelində daşınır.
Taxılıbçıxarılan paqonlar mərasim (kursantlardan başqa) geyim formasının qış paltosu və kiteldə; gündəlik geyim formasının isti gödəkçə, demisezon palto, buşlat, plaş və yun köynəklərində; gündəlik, səhra, xüsusi xidmət geyim formalarının, xüsusi texniki paltarın gödəkçələrində; xüsusi texniki, xüsusi xidmət paltarlarının kombinezonlarında; xüsusi istiləşdirilmiş paltarın yarımkürklərində.
Paqonların rəngləri tünd göy rəngdə müəyyən edilir (səhra geyim formasının paqonlarından başqa).
Mərasim geyim formasının paqonlarında qızılı rəngdə naxış vardır.
Ali zabitlərin paqonlarının kənarlarında qırmızı rəngli kant vardır.
Səhra geyim formasının paqonları kamuflyaj rəngdədir.
Tikilmə paqonların yuxarı hissəsində qızılı rəngli kiçik forma düyməsi yerləşdirilir.
Taxılıb-çıxarılan paqonlar paqonlar üçün nəzərdə tutulan kəmərciklərə taxılır.
Səhra və xüsusi geyim formalarının paqonları üçün nəzərdə tutulan kəmərciklər adi, mərasim və gündəlik geyim formasının geyim əşyalarında (köynək, demisezon palto, yun köynəkdən başqa) paqonlar üçün nəzərdə tutulan kəmərcikləri isə qızılı rəngli kiçik forma düymələri ilə düymələnir.
Mərasim geyim formasının köynəklərindəki, gündəlik geyim formasının köynək, demisezon palto və yun köynəklərindəki paqonlar üçün nəzərdə tutulan kəmərciklər adi düymə ilə düymələnir.
Xüsusi peşə, hospital paltarında fərqləndirmə nişanları daşınmır.
- Zabitlərin və gizirlərin mərasim geyim formaları üçün taxılıb-çıxarılan paqonlar istisna olmaqla, onların taxılıb-çıxarılan paqonlarında sarı (səhra-geyim formasından başqa) və qara (səhra geyim forması üçün) rəngli səkkizguşəli ulduz tikilir (preslənir).
Zabitlərin mərasim geyim formaları üçün taxılıb-çıxarılan paqonlarda onların hərbi rütbələrinə müvafiq metaldan qızılı rəngli səkkizguşəli ulduzlar yerləşdirilir.
Ulduzlar - guşələrindən biri paqonun düyməsinə doğru istiqamətlənmiş halda yerləşdirilir.
Ali zabitlərin paqonlarının aşağı kənarında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qızılı (səhra geyim formasından başqa) və qara (səhra geyim forması üçün) rəngli emblemi yerləşdirilir. Emblemin ölçüləri 30x45 mm-dir.
Baş zabitlərin tikilmə paqonlarında qızılı rəngli metaldan çarpazlaşdırılmış, qılınclarsız emblem, taxılıb-çıxarılan paqonlarında isə sarı (səhra geyim formasından başqa) və qara (səhra geyim forması üçün) rəngli Silahlı Qüvvələrin çarpazlaşdırılmış qılınclarsız emblemi tikilir (preslənir). Emblemin ölçüləri 25x40 mm-dir.
Zabitlərin heyətindən asılı olaraq onların paqonlarındakı ulduzların ölçüləri müxtəlifdir: kiçik zabitlər üçün 17 mm, baş zabitlər üçün 22 mm, ali zabitlər üçün 25 mm-dir.
Zabitlərin paqonlarındakı ulduzlar uzununa sıra ilə yerləşdirilir.
General-polkovnik üçün - 3 ulduz;
general-leytenant üçün - 2 ulduz;
general-mayor üçün - 1 ulduz;
polkovik üçün - 3 ulduz;
polkovnik-leytenant üçün - 2 ulduz;
mayor üçün - 1 ulduz;
kapitan üçün - 4 ulduz;
baş leytenant üçün - 3 ulduz;
leytenant üçün - 2 ulduz;
kiçik leytenant üçün - 1 ulduz;
- Kursant paqonlarının təsviri.
Kursantların tikilmə paqonlarında onların neçənci kursda oxuduqlarını göstərən qızılı rəngli metaldan rum rəqəmləri, şəxsi nömrələri göstərən ərəb rəqəmləri tikilir (preslənir).
Kursantların taxılıb-çıxarılan paqonlarında onların neçənci kursda oxuduqlarını göstərən sarı (səhra geyim formasından başqa) və qara (səhra geyim forması üçün) rəngli rum rəqəmləri, şəxsi nömrələrini göstərən ərəb rəqəmləri yerləşdirilir.
Kursantların paqonlarında rum rəqəmləri paqonun uzununa yerləşdirilir.
Kursantların şəxsi nömrələri və onların neçənci kursda oxuduqlarını göstərən rəqəmlər paqonun aşağısında eninə yerləşdirilir.
- Gizirlərin, müddətli və müddətdən artıq həqiqi hərbi xidmət çavuşlarının hərbi rütbəyə görə fərqləndirmə nişanlarının təsviri (şəkil 67).
Gizirlərin paqonlarında ulduzların ölçüsü 17 mm-dir.
Gizirlərin hərbi rütbəyə görə paqonlarında ulduzların sayı aşağıdakı kimi müəyyən edilir:
Baş gizir üçün - 3 ulduz;
gizir üçün - 2 ulduz;
kiçik gizir -1 ulduz.
Müddətli və müddətdən artıq həqiqi hərbi xidmət çavuşlarının paqonları üçün günyələrin sayı aşağıdakı kimi müəyyən edilir:
Baş çavuş üçün - dörd;
çavuş üçün - üç;
kiçik çavuş üçün - iki;
baş əsgər üçün bir.
Günyənin eni 7 mm, onların arasındakı məsafə 2 mm-dir.
- Hərbi qulluqçuların heyətinə görə fərqləndirmə nişanları və onların təsviri.
Hərbi qulluqçuların heyətinə görə fərqləndirmə nişanı baş geyimin nişanı olan kokardadır.
Kokardalar qızılı və ya sarı (səhra geyim formasında qara) rəngli, tikiləndirlər (preslənəndir). Kokardaların təsvirindəki fon mərasim və gündəlik furajkanın rəngindədir.
Kokardaların üstündəki təsvir MTN-in hərbi qulluqçularının heyətindən asılı olaraq ali zabitlər, zabitlər, gizirlər, əsgərlər və çavuşlar üçün kokardalara bölünür.
Ali zabitlərin, zabitlərin, gizirlərin, əsgər və çavuşların kokardalarının təsviri şəkil 63-də verilmişdir.
Gizirlərin kokardalarının təsviri zabitlərin kokardalarının təsvirinə uyğundur, lakin palıd yarpaqlarının təsviri kiçildilmişdir.
Əsgərlərin və çavuşların kokardasının ucları yuxarı istiqamətlənmiş və onların arasında səkkiz guşəli ulduz olan ayparadan ibarətdir.
Kokardalar pilotkalarda sol tərəfdə, papaqlarda, furajkalarda, beretlərdə və şlyapalarda ön tərəfdə ortadan taxılmaqla daşınır.
- Hərbi qulluqçuların struktur bölmə vahidinə mənsubiyyətinə görə nişanların təsvirini və onların daşınma qaydalarını milli təhlükəsizlik naziri müəyyən edir.
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri qəzetin növbəti nömrəsində dərc olunacaqdır.
|