az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
KİTABXANA
Nəşrlər
Müsahibələr
Məqalələr
Məktublar
Bakida “Cənubi Qafqazda köçkün düşmüş əhali” mövzusunda Beynəlxalq seminar keçirilmişdir

Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və əhali məsələləri komitəsi və Milli Məclis iyulun 4-də Bakıda “Cənubi Qafqazda köçkün düşmüş əhali” mövzusunda beynəlxalq seminar keçirmişdir.

AŞPA-nın Qaçqınlar üzrə Alt Komitəsinin sədri xanım Rut-Qabi Vermot Manqold seminarı açaraq demişdir ki, tədbirin əsas məqsədi 2001-ci ildə bu mövzuda keçirilən birinci müzakirələrdən sonra görülən işlərə nəzər salmaq, qaçqın və məcburi köçkün probleminin həllinə yerli hökumətlərin, eləcə də beynəlxalq təşkilatların və donor ölkələrin diqqətini daha da artırmaq, əməkdaşlığı genişləndirməkdən ibarətdir. Alt komitənin üzvləri Azərbaycanın məcburi köçkünlər məskunlaşan rayonlarına gedərək, onların vəziyyəti ilə yaxından tanış olmuşlar. Azərbaycan hökuməti ötən müddət ərzində məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həqiqətən də mühüm addımlar atmış, bütün infrastruktura malik bir neçə şəhərcik salmışdır. Məcburi köçkünlərə evlər verilmiş, torpaq sahələri ayrılmış, bir sözlə, onların kimlərdənsə asılılığını azaltmışdır. Lakin onların bir qismi hələ də ağır və dözülməz şəraitdə yaşayırlar. Ümid edirik ki, yaxın bir-iki il ərzində onların da şəraiti yaxşılaşacaqdır. Amma bu, heç də məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qaytarılmalarına mane olmamalıdır. Bizim əsas istəyimiz odur ki, onlar, ilk növbədə, cəmiyyətə inteqrasiya olunsunlar, kimlərdənsə, hansısa təşkilatlardansa asılılıqları aradan qaldırılsın, ən başlıcası isə, regionda sülhə nail olunsun. Beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları artıq 15 ildir ki, Azərbaycana və digər ölkələrə yardım edirlər. Onlar bir növ yorulublar. Ona görə biz həm də beynəlxalq əməkdaşlığın yeni formasını tapmalıyıq.

Alt komitənin üzvü, Milli Məclisin deputatı Nairə Şahtaxtinskaya belə bir tədbirin Azərbaycanda keçirilməsinə razılıq verdiyinə görə komitə rəhbərliyinə minnətdarlığını bildirmişdir. O demişdir ki, belə bir seminarın keçirilməsi Avropa Şurasının və komitənin həqiqətən də problemin həllinə kömək göstərmək niyyətindən xəbər verir. Azərbaycan hökuməti problemin həlli ilə ciddi məşğuldur. Amma təcavüzkar Ermənistanın beynəlxalq təşkilatların rəylərini nəzərə almaması, qeyri-konstruktiv mövqeyi üzündən məsələ öz həllini tapa bilmir. Biz istəyirik ki, Avropa Şurası və digər təşkilatlar səylərini daha da artırsınlar və tezliklə problemin həllinə nail olunsun.

Sonra çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov vurğulamışdır ki, seminar təkcə qaçqın və məcburi köçkünlərin probleminin həlli baxımından deyil, həm də itkin düşmüş, müharibə şəraitində girov götürülmüş insanların tapılıb geri qaytarılması, habelə insan alverinə qarşı mübarizə baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan hökuməti məsələlərə xüsusi diqqət və həssaslıqla yanaşır. Ölkəmizə təkcə Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində deyil, digər səbəblərdən də pənah gətirmiş qaçqınlar vardır. Azərbaycan hökuməti bu insanlara da sığınacaq verib və onların da sosial vəziyyətlərinin yaxşılaşdırılmasına çalışır. Beynəlxalq təşkilatlar yorulduqlarını bildirirlər. Amma əslində yorulan qaçqınlar və məcburi köçkünlərdir. Onlar bu dözülməz şəraitdə, evsiz-eşiksiz yaşamaqdan yorulublar. Bunun acı nəticələri ola bilər. Biz Ermənistana müraciət edirik. Onlar işğal etdikləri əraziləri tamamilə azad etməlidirlər. Yaxşı olar ki, Avropa Şurası, onun əlaqədar qurumları, donor ölkələr və beynəlxalq təşkilatlar öz səylərini birləşdirib münaqişənin həllində Azərbaycanın haqq səsini və ədalətli mövqeyini müdafiə etsinlər. Bu, eyni zamanda həmin təşkilatların nüfuzlarının artmasına səbəb olar.

Qaçqınlar üzrə Alt Komitə sədrinin müavini və seminarın baş məruzəçisi Boris Çileviç çıxışında demişdir ki, Azərbaycan hökumətinin qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı gördüyü işlər digər ölkələrə də örnək olmalıdır. Biz çalışmalıyıq ki, heç kim məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmaq arzusuna qarşı çıxış edə və onların cəmiyyətə inteqrasiyasına mane ola bilməsin. Bundan sui-istifadələrin qarşısı alınmalıdır. Ən mühüm vəzifə region dövlətləri ilə beynəlxalq təşkilatlar arasında etibarlı əməkdaşlığı inkişaf etdirməkdir. Cənubi Qafqazdakı bu etibarlılıq çox aşağıdır. Tərəflər qaçqın və məcburi köçkünlərin yaşayış, maliyyə, əmlak, bank və digər sənədlərini bir-birilərinə təqdim etməlidirlər. Avropa Şurasının bütün tövsiyələri dəqiqliklə yerinə yetirilməlidir. Biz Azərbaycanda müəyyən mənada bunu görürük. Bunlar, habelə tövsiyələrimiz hazırlayacağımız məruzədə öz əksini tapacaqdır.

Daha sonra Azərbaycan Baş nazirinin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov çıxış etmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, başvermə səbəbləri barədə məlumat verən Əli Həsənov demişdir ki, artıq BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası və bir sıra digər nüfuzlu təşkilatlar, eləcə də ABŞ Dövlət Departamenti problemə münasibət bildirmiş və işğalçı qoşunların dərhal, qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını tələb etmişdir. Lakin təcavüzkar Ermənistan bu qərarlara məhəl qoymur və münaqişə indiyədək həll edilməmiş qalır. Əli Həsənov demişdir ki, qaçqın və məcburi köçkün problemi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən bir nömrəli problem adlandırılmışdır. Çünki bu gün dünyada mövcud olan 17 milyon qaçqın-köçkünün 1 milyonu və yaxud da 6 faizi Azərbaycanın payına düşür. Dövlətimiz tərəfindən qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə ayrılan vəsait 10 ildə 90 dəfə, yemək xərcləri isə 60 dəfə, kommunal xidmətlər 120 dəfə artırılmışdır. Təkcə 2004-cü ildə dövlət tərəfindən qaçqın və məcburi köçkünlərə 120 milyon dollar, bütün beynəlxalq və humanitar təşkilatların ayırdıqları vəsait isə 36 milyon dollar olmuşdur. Halbuki 1994-cü ildə beynəlxalq təşkilatların ayırdığı vəsait 76 milyon dollar, Azərbaycan hökumətinin ayırdığı isə cəmi 2 milyon dollar təşkil etmişdir. 2005-ci ildə dövlət büdcəsindən bu insanların ehtiyacları üçün 72 milyon dollar vəsait ayrılmışdır. Bu rəqəmlər bir daha göstərir ki, Azərbaycan hökuməti bütün imkanlarını səfərbər edərək, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə çalışır. Ötən il iyulun 1-də Prezident İlham Əliyev “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə” Dövlət Proqramını təsdiq etmişdir. Bu yaxınlarda Prezidentin yanında həmin proqramın icrası geniş müzakirə olunmuş və bütün imkanlardan istifadə edilərək, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün konkret tapşırıqlar verilmişdir.

Dövlətin məcburi köçkünlərlə bağlı gördüyü işlərin hamısı müvəqqti xarakter daşıyır, onlar üçün tikilən qəsəbələr də müvəqqti yaşayış yerləridir. Onlar öz doğma yurdlarına qayıdacaqlar. Çünki artıq bütün dünya ictimaiyyəti buradakı reallıqları bilir. Əgər 10 il bundan qabaq erməni lobbisi bu reallıqları dünyaya tərsinə çatdırırdısa, bu gün onu edə bilmirlər. Bu həm də ondan irəli gəlir ki, bütün beynəlxalq təşkilatların nümayəndələri reallığı öz gözləri ilə görürlər. İndi hər şey beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin məsələyə obyektiv və qətiyyətli münasibət bildirməsindən asılıdır. Yəni qəbul etdikləri qərarın icrasını təmin etməlidirlər. Əks halda, məsələ yenə də uzanacaqdır.

Azərbaycan hökuməti bu məsələ ilə əlaqədar beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. Bu gün ölkəmizdə qaçqın və köçkünlərin problemi ilə 94 milli qeyri-hökumət təşkilatı da məşğul olur. Onlar son 12 ildə 640 milyon dollarlıq müxtəlif proqramlar həyata keçiriblər. Son zamanlar belə bir ifadə işlədilir ki, beynəlxalq təşkilatlar yorulublar, problem isə həll olunmamış qalır. Hesab edirik ki, bu, düzgün yanaşma deyil və bir bəhanədir. Ona görə də istərdik ki, tezliklə münaqişənin həllinə nail olmaq üçün beynəlxalq təşkilatlar səylərini birləşdirsinlər, eyni zamanda yardımlarını davam etdirsinlər.

Bu ilin noyabrında Azərbaycanda parlament seçkiləri keçiriləcəkdir. Məcburi köçkünlər seçkilərdə iştirak edəcək və öz namizədlərini seçəcəklər. Onlar üçün 9 seçki dairəsi yaradılmışdır. Onlardan biri - Xankəndi seçki dairəsi məlum səbəblərdən işləmir. Qalan 8 dairə və 538 məntəqə fəaliyyət göstərir. Seçkilərin demokratik, şəffaf, azad və ədalətli keçirilməsi üçün bütün şərait yaradılmışdır.

Sonra respublka Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Miqrasiya idarəsinin rəisi Rauf Tağıyev, Gürcüstanın Qaçqınlar və Məskunlaşdırma Məsələləri Nazirliyinin əməkdaşı Aleko Abuladze və başqaları çıxış edərək, Cənubi Qafqazda miqrasiyanın vəziyyəti, miqrantların statusu, onların statusu və digər məsələlər barədə danışmışlar.

Seminarın ikinci sessiyası əməkdaşlıq üçün fəaliyyət sahələrinə həsr olunmuşdu. Sessiyada qaçqınlara birgə yardım, sənədlərin və əmlakın geri qaytarılması, minalardan təmizləmə, insan alveri məsələləri müzakirə edilmişdir.

CRİNGO (Qafqaz Qeyri-Hökumət Təşkilatları Təşəbbüsü) şəbəkəsinin nümayəndəsi Nazim İbadov 2001-ci ildən fəaliyyət göstərən və 17 qeyri-hökumət təşkilatını birləşdirən şəbəkə barədə məlumat vermiş və beynəlxalq qurumları bu böyük potensialın qüvvəsindən istifadə etməyə çağırmışdır.

Danimarka Qaçqınlar Şurasının Cənubi Qafqazdakı nümayəndəsi xanım Rikke Friis, Norveç Qaçqınlar Şurasının Azərbaycandakı rezident-nümayəndəsi xanım Berit Olsen bildirmişlər ki, qaçqın və məcburi köçkünlərə iqtisadi yardım göstərilərkən onların potensialından istifadə olunur. Belə ki, onlara mikromaliyyə kreditləri verilir, bu kreditlərin alınma qaydaları öyrədilir. Qafqazda kredit və mikromaliyyə təsisatlarının məhdud məsuliyyətli cəmiyyəti yaradılmışdır. Həmin cəmiyyət üç ölkənin (Azərbaycan, Gürcüstan və Ermənistan) mikromaliyyə ilə məşğul olan 6 qurumla birgə işləyir. Həm də bu zaman yerli əhalinin ehtiyac içərisində yaşayan hissəsi, kasıb təbəqə də unudulmur.

Tövsiyə olunmuşdur ki, qaçqınları və məcburi köçkünləri təcrid edilmiş vəziyyətdən çıxarıb onların yerli inteqrasiyasına nail olunmalıdır. Bu, onların gələcəkdə geri qayıtmasına maneçilik törətmir. İkincisi, humanitar və inkişaf proqramları arasında körpü yaradılmalıdır. Humanitar yardım ilbəil azalır. Ona görə də bu adamlar inkişaf proqramı ilə əhatə edilməli, onlar özlərini təmin etməyə qadir olmalıdırlar. Üçüncüsü, yoxsulluğun azaldılmasına ciddi diqqət yetirilməlidir və s.

Norveç Qaçqınlar Şurası bu ilin yanvarından Bakıda məktəblilərə ərzaq paylanması proqramını həyata keçirir, Gürcüstan və Azərbaycanda yeni məktəblər tikir, onları lazımi avadanlıq və ləvazimatla təchiz edir.

Nazirlər Kabineti Aparatının Qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov sənədlərin və əmlakın geri qaytarılması üzrə təklif olunan layihə ilə bağlı bildirmişdir ki, istər Ermənistanda, istərsə də Azərbaycanda həlli dövlətdən asılı olan məsələləri qeyri-hökumət təşkilatları səviyyəsində həll etmək mümkün deyildir. Əgər qeyri-hökumət təşkilatları belə mötəbər məsələləri həll edə bilirlərsə, hansısa 50-100 nəfərin sənədindən danışmaq əvəzinə beynəlxalq hüquq normalarının, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin kağız üzərində qalmasından söz açsınlar. Avropa Şurası Parlament Assambleyasının nümayəndələri bir neçə gün əvvəl çadır şəhərciklərində olmuş, dəmir yolu vaqonlarında olanlara baş çəkmişlər. Bu adamlara arayış lazımdır, yoxsa doğma yurd yuvası?! Yaxşı olardı ki, Azərbaycanın qeyri-hökumət təşkilatları nəzəri sənədlər, müxtəlif layihələr tərtibindən əl çəkib, heç olmasa, bircə dəfə həmin soydaşlarımızın yanında olub əziyyətlərini görsünlər, onları dinləsinlər. Gorsünlər ki, bu adamlara sənəd lazımdır, yoxsa yox.

Qurban Sadıqov beynəlxalq təşkilatları diqqəti qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına yönəltməyə çağırmışdır.

ANAMA-nın (Azərbaycan) direktoru Nazim İsmayılov minalardan təmizləmə, “Təmiz dünya” vətəndaş hüquqları uğrunda ictimai birliyin sədri Mehriban Zeynalova insan alveri problemlərinə toxunmuş, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Meri Vernts, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbəri Firudin Sadıqov itkin düşmüş şəxslərdən danışmışlar. Nitqin tam mətni (Ermənistan nümayəndəsi sonuncu natiqin çıxışı zamanı salonu tərk etmiş, yalnız çıxış bitdikdən sonra qayıtmışdır).

Firudin Sadıqov demişdir ki, hazırda ölkəmiz qaçqınların və müharibə nəticəsində itkin düşmüş şəxslərin sayına görə dünya ölkələri arasında ilk yerlərdən birini tutur. İtkin düşmüş 4800 nəfərin 3823-ü hərbçi, 54-ü uşaq, 321-i qadın, 409 nəfəri isə qocalardır. İndiyədək əsir və girovluqdan 1370 nəfərdən artıq azad edilmişdir. Onlardan 169-u uşaq, 338-i qadın və 286-sı qocalardır. Çoxsaylı faktlar işğal olunmuş ərazilərdə Azərbaycanın mədəniyyət, incəsənət nümunələrinin, tarixi abidələrinin məhv edildiyini, bir çoxlarının erməniləşdirildiyini sübut edir. Dövlət Komissiyasında olan məlumatların təhlili, əsir-girovluqdan azad edilmiş şəxslərin şahidliyi və qaytarılmış meyitlərin ekspertizası onlara qarşı qeyri-insani münasibət bəslənildiyini, daxili orqanlarının çıxarıldığını, üzərlərində təcrübə aparıldığını, yaralılara ağlasığmaz işgəncələr verildiyini, əsir-girovların kütləvi surətdə məhv edildiyini göstərir.

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və Beynəlxalq İşçi Qrupu ilə (BİQ) əməkdaşlığımız səmərəlidir. Lakin bu təşkilatların nizamnaməsi əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin axtarılıb tapılması və onların azad olunması üçün konkret tədbirlər nəzərdə tutmur. Onların fəaliyyəti tərəflərin istəyindən daha çox asılı olur. Belə olan halda həm BQXK, həm də BİQ yalnız vasitəçilik missiyasını yerinə yetirirlər. Bu orqanların regional bölmələrinin (ofislərinin) möhkəmləndirilməsi, onların səlahiyyətlərinin genişləndirilməsi zərurəti yaranmışdır. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində on minlərlə ailənin faciəsi barədə müxtəlif səviyyələrdə müzakirələr aparılmış, sənədlər qəbul olunmuşdur. Lakin əsir-girovluqda saxlanılanların azad edilməsi barədə Ermənistan qarşısında tələblər qoyulmamışdır. Azərbaycan 1996-cı il may ayının 10-da birtərəfli surətdə əsirlikdə olan bütün erməniləri buraxmışdır. Qarşı tərəf isə buna həvəs göstərmir.

Seminarın sonuncu sessiyasında Balkanlardakı əməkdaşlıq nümunələrindən, Cənub-Şərqi Avropa üçün Sabitlik Paktı ilə təsbit edilmiş hökumətlərarası təşəbbüsdən söz açılmış, Skopyedəki MARRİ (Miqrasiya, Sığınacaq və Qaçqınlar üzrə Regional Təşəbbüs) Mərkəzinin nümayəndəsi çıxış etmişdir.

Avropa Şurası Parlament Assambleyasının Qaçqınlar üzrə Alt Komitəsinin sədri xanım Rut-Qabi Vermot Manqold seminara yekun vurmuş, müzakirələrdə fəal iştirak etdiklərinə görə natiqlərə minnətdarlığını bildirmişdir

MƏQALƏLƏR
Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının X iclası keçirilmişdir (“Azərbaycan” qəzeti, 19-20 noyabr 2007-ci il)
Azərbaycan alimləri: “Voyçex Pastuşkanın ermənilərin Ağdamda apardığı arxeoloji qazıntıları “siyasi qazıntılar” adlandırması erməni saxtakarlarının iç üzünü açan sərrast elmi qiymətdir” (“APA”, 11.07.2007)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Sərhəd Qoşunları fakültəsinin növbəti buraxılışı olmuşdur (“AzərTAc”, 07.07.2007)
Qara Bağdan açıqca («Wyborczej» qəzeti (Polşa) 17.04.1998 – 18.04.1998) (Azərbaycan, rus və polyak dillərində)
NATO-Azərbaycan əməkdaşlığında Milli Təhlükəsizlik Nazirliyinin rolu (“Diplomatiya və Hüquq” jurnalı, №1 (007) aprel 2007)
Azərbaycanın müstəqilliyinin qorunmasında milli təhlükəsizlik orqanlarının xidməti xüsusi qeyd edilmişdir (“Azərbaycan” qəzeti, 28.05.2007)
“ABŞ Konqresinin 106-cı qətnaməsinə dair. Uydurma “erməni genosidinin” tanınmasına dair bir neçə kəlmə” (rus dilində) («Эхо» qəzeti, 21.04.2007)
“Böyük yalan: erməni genosidinə dair mif” (газета
Dövlət İdarəçilik Akademiyasında milli təhlükəsizlik orqanlarının yaradılmasının 88 illiyi ilə əlaqədar tədbir keçirilmişdir ("Azər Tac",19.03.2007)
Azərbaycan təhlükəsizlik orqanlarının 88 illiyi Yasamal rayonunda da qeyd edilmişdir ("Azər Tac",19.03.2007)
MTN milli maraqların və dövlətçiliyin sədaqətli müdafiəçisidir ("Azər Tac",19.03.2007)
Xocali Faciəsi Dünyada Törədilmiş Ən Ağir Cinayət və Soyqırımıdır (“Azər Tac”,24.02.2007)
Transmilli Mütəşəkkil Cinayətkarliqla Mübarizədə Uğurlu Mərhələ («Azərbaycan» qəzeti, 23.02.2007)
Milli Təhlükəsizliyimizin Etibarli Təminatçisi ("Azərbaycan",12.01.2007)
Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir («The Patriot» qəzeti - İslamabad, 27.11.2006)
Eldar Mahmudov, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant: «Prezident İlham Əliyevin siyasi kursu milli təhlükəsizliyimizi təmin edir»
Eldar Mahmudov, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri, general-leytenant:
Almaniya Federal Kəşfiyyat Xidmətinin nümayəndə heyətinin Azərbaycana səfəri (13.08.2005)
Etibarlı milli təhlükəsizliyə aparan yol (“Respublika” qəzeti 15.06.2005)
Almaniya Bundestaqı nümayəndə heyətinin Azərbaycana səfəri (24.05.05 “AzərTac”)
Millətə xidmət üçün yaranmış insan (09.05.2005 “Xalq qəzeti”)
Вклад Азербайджана в Великую Победу (Москва 2005)
Quba soyqırımı, yaxud ruhların kəsilməyən fəryadı (23.04.2005 “Azərbaycan”)
Bakida “Cənubi Qafqazda köçkün düşmüş əhali” mövzusunda Beynəlxalq seminar keçirilmişdir
1918-1920-ci illərdə türk-müsəlman soyqırımları (“Azərbaycan” 01-02. 04.2005)
Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının əməkdaşları peşə bayramlarını qeyd etmişlər («Azərbaycan», 29.03.05)
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətinə (28.03.2005)
Milli təhlükəsizlik orqanlarının yaradılmasının 86 illiyinə həsr olunmuş görüş keçirilmişdir («Azərbaycan», 27.03.05)
Milli Qəhrəmanın xatirəsinə ehtiram («Azərbaycan», 27.03.05)
Məktəbdə yubiley tədbiri («Azərbaycan», 27.03.05)
Vətənin təhlükəsizlik sipəri (Əlimusa Əliyev, «Respublika», 26.03.05)
Azərbaycan Təhlükəsizlik Orqanlarinin 86 Illiyi Münasibətilə Görüş Keçirilmişdir («Respublika», 26.03.05)
Milli təhlükəsizliyin hərtərəfli təminatına nail olmalıyıq («Azərbaycan», 26.03.05)
Prezident İlham Əliyevin MTN-in bir qrup əməkdaşına mükafatları təqdim etmə mərasimi («Azərbaycan», 17.03.05)
Şərəfli ömür yolu (Xatirə Tağıyeva, «Respublika» 25.01.05)
Sonradan qəhrəman olmurlar, anadan qəhrəman doğulurlar (Xatirə Tağıyeva, Esmira Şükürova, «Respublika», 19.12.04)
«Erməni cinayətləri» - yeni kitab erməni daşnaqlarının azərbaycanlılara qarşı soyqırımından bəhs edir (Şəhla Tahirqızı, «Yeni Azərbaycan», 02.12.04)
O əsil qəhrəman idi (Xatirə Tağıyeva, «Azərbaycan», 09.04.04)
Mən ölmək istəmirəm (Pakizə Bəşirova, «Sərhəd». 1-15.09.99)
Ölümünə inanmırıq (Pakizə Bəşirova «Sərhəd», 28.03.99)
Şəhid Nadir (Cəlal Qasımov, Adil Babayev, «Sərhəd», 29.06.93)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına Döyüş Bayrağının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasim
Milli Təhlükəsizlik orqanlarinin əməkdaşlari peşə bayramlarini qeyd etmişlər (Azərtac)
Şəkidə təhlükəsizlik orqanlarinin yaradilmasinin ildönümü geniş qeyd olundu
Sumqayıtda respublika təhlükəsizlik orqanlarının 87-ci ildönümü qeyd olunmuşdur (AzərTAC)
Vətənin təhlükəsizliyini qorumaqdan şərəfli vəzifə ola bilməz
Erməni "xalq nağılları" ( «Каспи» qəzeti, 07.10.2006)
ГЕНОЦИД = КАКА или сила слов
Армянский сепаратизм на Южном Кавказе (журнал «Дирчелиш XXI аср», 104-105/2006)