|
«Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar onların tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
2. Müəyyən edilsin ki:
«Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin:
- 52.3, 215.2, 215.6.1, 215.6.2, 215.7.1, 215.7.4, 318.3, 391.10.2, 406.3.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Vergilər Nazirlikləri, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi; - 214.2.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının daxili işlər, milli təhlükəsizlik, sərhəd xidməti, vergi və gömrük orqanları həyata keçirir.
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 215.5-ci maddəsinə uyğun olaraq cinayət işləri üzrə ibtidai istintaq Azərbaycan Respublikasının aşağıdakı icra hakimiyyəti orqanları tərəfindən aparılır:
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 219, 270 və 271-285-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə - Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi;
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214, 214-1 və 216-cı maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə - bu işləri başlamış Azərbaycan Respublikasının daxili işlər (polis) orqanları və ya Milli Təhlükəsizlik Nazirliyi;
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş cinayətə dair iş üzrə - bu işi başlamış Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və ya daxili işlər (polis) orqanları.
Azərbaycan Respublikasının Prezidenti,
Heydər Əliyev
Bakı şəhəri, 25 avqust 2000-ci il
|