|
Sovet təhlükəsizlik orqanlarında 45 il (1946-1991) xidmət etmiş kəşfiyyatçı, SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsi və ordu generalı rütbəsinə qədər yüksəlməyə müvəffəq olmuş Filipp Bobkov müəllifi olduğu bu kitabda SSRİ DTK-sı və Kommunist Partiyası Mərkəzi Komitəsi arasında olan mürəkkəb münasibətlərə nəzər yetirir.
Kitabın «Milli problemlər» adlanan və Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin ilk dövrlərinə dair maraqlı məqamları, erməni ziyalılarının azərbaycanlılara münasibətdə milli ədavətin qızışdırılmasında rolu, SSRİ rəhbərliyinin müvafiq problemə münasibətdə yalnış yanaşmasını əks etdirən hissəsindən çıxarış təqdim olunur (rus dilində). Kitab 2003-cü ildə rus dilində nəşr edilmişdir.
Yüklə
|