az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
TARİX
Azərbaycan təhlükəsizlik orqanlarının tarixi
Azərbaycan xüsusi xidmət orqanlarının rəhbərləri
Arxiv sənədləri
Frinovski Mixail Petroviç: 1930 avqust - 1933 aprel

1898-ci ildə Penza quberniyasının (indiki Rusiya Federasiyası) Narovçat şəhərində müəllim ailəsində anadan olmuşdur. Milliyyətcə rusdur. İbtidai təhsilli, 1918-ci ildən ÜK(b)P-nin üzvü olan M.Frinovski Qırmızı qvardiya qrupuna başçılıq etmiş, həmkarlar ittifaqında çalışmışdır. 1919-cu ildə Kommunist Partiyasının xətti ilə Moskva Fövqəladə Komissiyasının Xüsusi şöbəsinin sərəncamına göndərilmiş, burada Fəal hissə rəisinin köməkçisi olmuşdur. Həmin il «Milli mərkəz» hərbi əməliyyatında, anarxistlərin həbs edilməsində və zərərsizləşdirilməsində yaxından iştirak etmişdir.  Daha sonra Ukraynaya ezam olunaraq Belqorod və Kiyev şəhərlərində Fövqəladə Komissiyanın Xüsusi şöbəsinin sədri vəzifələrində çalışmış, Kiyev Fövqəladə Komissiyası Kollegiyasının üzvü olmuşdur. Sonrakı dövrlərdə o, Qalisiya ordusunun Xüsusi şöbəsinin sədri, Cənub-Qərb cəbhəsinin Xüsusi şöbəsinin Fəal hissəsinin sədri, Birinci Süvari ordusunun Xüsusi şöbəsinin sədr müavini vəzifələrində işləmişdir. 1920-ci ilin dekabrında M.Frinovski Xarkova geri çağırılaraq Pupçerezvıçkomun Xüsusi şöbəsinin sədr müavini təyin edilir. M.Frinovski 1921-ci ildə Tyütyunikovskinin dəstəsinin zərərsizləşdirilməsi üzrə səhra qərargahına göndərilmiş, 1922-ci ilin may ayından ümumi-inzibati hissənin sədri vəzifəsini icra etmiş, DSİ-nin səlahiyyətli nümayəndəsinin idarəçiliyinin katibi olmuş və bir sıra hərbi əməliyyatlarda, o cümlədən  1922-ci ilin sentyabrında «Xolodnaya Yara» atamanlarına qarşı və 1925-ci ildə İnquşetiyada milli azadlıq hərəkatının yatırılmasında fəal iştirak etmişdir. 1930-cu il avqustun 6-dən 1933-cü il aprelin 3-nə qədər  Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri vəzifəsində işləmişdir. Azərbaycanda işlədiyi dövr ərzində sovet hakimiyyətinə qarşı xalq hərəkatlarının zorakılıqla yatırılmasında iştirak etmişdir.

AZƏRBAYCAN XÜSUSİ XİDMƏT ORQANLARININ RƏHBƏRLƏRİ
1. Şeyxzamanlı Məmmədbağır Saleh oğlu: 1919 (iyun-avqust)
2. Şeyxzamanlı Nağı Saleh oğlu: 1919 avqust - 1920 mart
3. Pankratov Semyon Andreyeviç: 1920 (may-iyun)
4. Əliyev Baba Əliyoldaş oğlu: 1920 (iyun-oktyabr)
5. Xanbudaqov Eyyub Şirin oğlu: 1920 oktyabr - 1921 fevral
6. Bağırov Mir Cəfər Abbas oğlu: 1921 fevral -1927 may
7. Rizayev Novruz Kərim oğlu: 1927 may - 1929 oktyabr
8. Bağırov Mir Cəfər Abbas oğlu: 1929 dekabr - 1930 avqust
9. Frinovski Mixail Petroviç: 1930 avqust - 1933 aprel
10. Aqrba Aleksey Serqeyeviç: 1933 mart - 1934 mart
11. Sumbatov (Topuridze) Yuvelian Davıdoviç: 1934 mart - 1938 yanvar
12. Rayev-Kaminski Mixail (Yakov) Qriqoryeviç: 1938 (yanvar - noyabr)
13. Yemelyanov Stepan Federoviç: 1939 fevral - 1953 avqust
14. Quskov Anatoli Mixayloviç: 1953 avqust - 1956 aprel
15. Kopilov Fyodor İvanoviç: 1956 sentyabr -1959 avqust
16. Kardaşov Aleksandr Vasilyeviç: 1959 avqust -1963 oktyabr
17. Sviqun Semyon Kuzmiç: 1963 oktyabr - 1967 iyun
18. Əliyev Heydər Əlirza oğlu: 1967 iyun - 1969 iyul
19. Krasilnikov Vitaliy Sergeyeviç: 1969 oktyabr -1980 iyun
20. Yusif-zadə Ziya Məmmədiyyə oğlu: 1980 iyun -1988 avqust
21. Qorelovski İvan İvanoviç: 1988 avqust -1989 avqust
22. Hüseynov Vaqif Əliövsət: 1989 avqust -1991 sentyabr
23. Hüseynov İlhüseyn Pirhüseyn oğlu: 1991 sentyabr -1992 may
24. Təhməzov Fəxrəddin Ayət oğlu: 1992 may -1993 iyun
25. İmranov Nəriman Şamo oğlu: 1993 iyun -1994 oktyabr
26. Abbasov Namiq Rəşid oğlu: 1994 oktyabr -2004 iyul
27. Mahmudov Eldar Əhməd oğlu: 2004 iyul