|
25 yanvar 1942-ci ildə Rusiyanın Nijeqorod vilayətinin Şeqolnoye Koverninski rayonunda anadan olmuşdur. Milliyətcə rusdur. Ali təhsillidir. SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsinin yanında Ali Partiya Məktəbində təhsil almışdır. 1968-ci ildə DTK-nın F.Dzerjinski adına Ali Məktəbini bitirmişdir. 1988-ci il avqust ayının 11-dən 1989-cu il avqust ayının 19-na qədər Azərbaycan SSR DTK-nın rəisi vəzifəsində çalışmışdır. İ.Qorelovksi Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin sabiq direktor müavinidir. Rusiya Federasiyası Hərbi Rəhbərlər Klubunun üzvü, Rusiya Federasiyasının Ticarət Sənaye Palatasının vitse-prezidentidir.
|