az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ
Tarixi aspekt
Hüquqi aspektlər
Münaqişənin nəticələri
Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz fəaliyyəti
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar statistika
Xəritə
TARİXİ ASPEKT

Azərbaycan ərazisində ilkin dövlətçilik ənənələri hələ miladdan əvvəl III minillikdə təşəkkül tapmışdır. Eramızdan əvvəl III minilliyin birinci yarısında yaranmış Aratta, eramızdan əvvəl III minilliyin ikinci yarısında mövcud olmuş  Lullubum və Kutium dövlətləri erkən Azərbaycan dövlətləridir. Eramızdan əvvəl IX əsrdə müasir Cənubi Azərbaycan ərazisində Manna dövləti meydana gəldi. Adı ilk dəfə IX əsr mənbələrində çəkilən Midiya da Azərbaycan ərazisində mövcud dövlətlərdən olmuşdur.

Miladdan əvvəl IV əsrdə yaranmış Atropatena və Albaniya dövlətləri Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrini davam və inkişaf etdirmişlər. Müxtəlif tarixi dövrlərdə Azərbaycanın mərkəzləşmiş Eldəgizlər, Şirvanşahlar, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər dövlətləri mövcud olmuşdur. XIX əsrin əvvəllərində Rusiya və İran imperiyaları arasında Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin imzalanmasına qədər olan dövrdə  Azərbaycan ərazisində dövlət idarəçiliyi qurumları xanlıqlar olmuşlar. Bütün bu dövlət qurumlarının mövcudluğu müddətində Yuxarı Qarabağ ərazisi Azərbaycan dövlətlərinin ayrılmaz tərkib hissəsi olmuşdur.  1804-1813, 1826-1828-ci illərdə Rusiya-İran müharibələrinin gedişində və sonralar ermənilərin İran, Türkiyə və Cənubi Azərbaycandan ön Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı süni şəkildə artılırmışdır. Təkcə 1826-1828-ci illərdə İrandan ön Qafqaza, o cümlədən Qarabağa 18.000-ə qədər erməni ailəsi köçürülmüşdür. Türkmənçay müqaviləsinin şərtləri maneəsiz olaraq ermənilərin İrandan köçməsinə şərait yaradırdı ki, bu da onların Qafqazda, o cümlədən Naxçıvan, Qarabağ, İrəvan mahallarında sərbəst şəkildə məskunlaşmasına imkan yaratdı. Bu ərazilərin köklü sakinləri olmayan ermənilər həmin topaqlarda məskunlaşdıqdan sonra Azərbaycana qarşı ərazi iddiaları irəli sürmüşlər.
XIX əsrin sonlarından, millətçi «Qnçaq», və «Daşnaksütyun» partiyaları yarandıqdan sonra ermənilər məskunlaşdıqları, lakin tarixən azərbaycanlılara məxsus torpaqlardan soydaşlarımızın qovulması işinin sistemli şəkildə icrasına başladılar. İki əsri əhatə edən erməni ekspansiyası prosesi azərbaycanlılara qarşı ən müxtəlif formalarda - soyqırım, deportasiya, terror, separatizm, tarixin saxtalaşdırılması və milli mədəniyyət abidələrinin məhv edilməsi ilə müşaiyət olunan mənəvi terror formalarında təzahür etmişdir. Bu mənada, 1905-1907-ci illər erməni ekspansiyasının kütləvi təzahürünün ilk nümunəsi kimi qeyd oluna bilər.

1918-ci ilin mart-aprel aylarında erməni daşnaklarının silahlı terrorçu dəstələri tərəfindən Bakıda, Şamaxıda, Qubada, Gəncədə, Lənkəranda, Qarabağda dinc azərbaycanlı əhaliyə qarşı keçirilən soyqırım aktı nəticəsində on minlərlə soydaşımız qətlə yetirildi.

1918-ci ilin may ayında Zaqafqaziya Seymi buraxıldıqdan sonra Cənubi Qafqazda üç müstəqil respublika - Azərbaycan, Gürcüstan və Ermənistan Respublikaları yarandı. 28 may 1918-ci ildə keçmiş Zaqafqaziya Seymindəki Azərbaycan Milli Şurası Müstəqillik Aktının qəbul edildiyini bəyan etdi. Həmin il may ayının 29-da ADR hökuməti İrəvanı öz müstəqilliyini elan etmiş, lakin siyasi mərkəzə malik olmayan Ermənstan Respublikası hökumətinə güzəştə getdi. Həmin dövrdə İrəvanın əhalisinin 70%-ni azərbaycanlıların təşkil etdiyi halda, qalan 30%-i digər millətlərə mənsub olan əhalidən ibarət olmuşdur. İyun ayının 4-də Osmanlı İmperiyası ilə Cənubi Qafqaz respublikaları arasında Batum Sülh Müqaviləsi imzalandı.

Müqavilə ilə Ermənistan Respublikasının sərhədləri müəyyənləşən zaman bütün Qarabağ bölgəsi Azərbaycanın tərkib hissəsi kimi təsbit olundu. Növbəti aylar ərzində imzalanmış müqavilədə əksini tapmış sülh və mehriban qonşuluq əlaqələri şərtlərinin ziddinə olaraq, Ermənistan tərəfi Azərbaycana qarşı geniş-miqyaslı təcavüz aksiyasına başladı. İyun-iyul aylarında erməni terrorçuları tətəfindən Naxçıvan, Zəngəzur və Qarabağda törədilmiş zorakılıq aktları nəticəsində azərbaycanlı əhaliyə ciddi ziyan dəydi.
1920-ci il yanvar ayının 11-də Azərbaycan Resublikasının müstəqilliyi Versal Konfransının Ali Şurası tərəfindən tanındı. Lakin həmin il aprel ayının 27-də Azərbaycanın Sovet Rusiyasının XI Qızıl Ordusu tərəfindən işğal olunması nəticəsində ADR-in fəaliyyətinə son qoyuldu. Sovet rejiminin hökmran olduğu illərdə ermənilərin Azərbaycan dövlətinə və azərbaycanlılara qarşı fəaliyyəti üçün daha əlverişli imkanlar yarandı. Azərbaycanın təxminən 20.000 kvadrat km-lik ərazisi Ermənistan  Respublikasının tərkibinə qatıldı. 1923-cü il iyul ayının 7-də isə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsi «İnzibati mərkəzi Xankəndi olmaqla, Dağlıq Qarabağda Muxtar Vilayətin yaradılması haqqında» qərar qəbul etdi. Xüsusən qeyd olunmalıdır ki, Ermənistan SSR-nin sərhədləri daxilində kompakt şəkildə yaşayan 300.000-dən artıq azərbaycanlıya hər hansı formada muxtariyyət hüququnun təqdim edilməsindən imtina edildi.

1945-ci ildə Ermənistan KP MK-nın birinci katibi Arutinov Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı SSRİ ali rəhbərliynə məktub ünvanlayır. O, fikrini müvafiq addımı Dağlıq Qarabağın inkişafı baxımından əhəmiyyəti, eyni zamanda yerli ermənilərin arzusu ilə izah edir. Lakin bu dövrdə Qarabağ erməniləri arasında birləşmə arzusu ilə bağlı ümumiyyətlə, hər hansı sorğu aparılmamışdır. Azərbaycan KP MK-nın birinci katibi Mir Cəfər Bağırov məsələ ilə bağlı Moskvadan göndərilmiş sorğuya cavabında Arutinovun irəli sürdüyü dəlillərin əleyhinə çıxır, lakin sonda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə (azərbaycanlılar yaşayan Şuşa rayonu istisna olmaqla) razılığını bəyan etmiş, bunun müqabilində  Ermənistan SSR-nin əhalisinin əksəriyyətni azərbaycanlılar təşkil edən Azərbaycanla həmsərhəd üç rayonunun Azərbaycan SSR-nin inzibati sərhədlərinə daxil edilməsini təklif etmişdir. Sovet ali rəhbərliyi Arutinovun məktubunu nəticəsiz qoydu.

1948-1953-cü illər aralığında SSRİ ali rəhbərliyinin qərarlarına əsasən Ermənistan ərazisində yaşayan azərbaycanlıların kütləvi deportasiyasına başlanılır. Onlar əsasən Azərbaycanın Kür-Araz ovalığı ərazisində məskunlaşdırılırlar.
SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarlarının icrası nəticəsində, 1948-1953-cü illərdə həyata keçirilən deportasiya siyasəti ilə rəsmi məlumatlar görə 50.000-dən çox azərbaycanlı Ermənistan SSR-nin ərazisindən özlərinin tarixi torpaqlarından köçürülərək Kür-Araz ovalığı boyu məskunlaşdırılır.
1985-ci ildə Mixail Qorbaçov SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi vəzifəsinə seçiləndən sonra azərbaycanlılara qarşı erməni ekspansiyasının növbəti mərhələsi başlayır. Artıq 1987-ci ilin sonlarından etibarən Ermənistan SSR-nin paytaxtı Yerevan şəhərində Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi tələbləri ilə kütləvi aksiyalara başlanılır. Eyni zamanda, istər sovet erməniləri, istrəsə də xaricdəki erməni diasporu tərəfindən «Miatsumun» həyata keçirilməsi üçün fəal ideoloji hazırlıq həyata keçirilir. M.Qorbaçovun müşaviri sovet iqtisadçı alimi akademik A.Aqanbekyan  «Humanite» qəzetinə 1987-ci ilin oktyabr ayında verdiyi müsahibədə, Dağlıq Qarabağ Muxtar Vilayətinin guya Azərbaycanla deyil, məhz Ermənistanla daha sıx tarixi, iqtisadi-təsərrüfat əlaqələrinə malik olmasını bildirərək, Muxtar Vilayətin Ermənistana birləşdirilməsi bəyanatı ilə çıxış edir. Bu dövr həm də, ermənilərin şovinst-millətçiliyinə xidmət edən «Qarabağ» və «Krunk» təşkilatlarının fəaliyyəti, «ziyalı» pərdəsinə bürünmüş Silva Kaputikyan, Zori Balayan və s. şəxslərin bu istiqamətdə canfəşanlığı ilə xarakterizə olunur.

1988-ci ilin yanvar ayından etibarən, SSRİ-nin ali rəhbərliyinin dəstəyinə arxalanan ermənilər Ermənistan SSR-də yaşayan azərbaycanlıların tarixi torpaqlarından kütləvi deportasiyasına başlayırlar. Bu proses 1989-cu ildə başa çatdırılır, həmin illər ərzində 220 000-dən çox azərbaycanlı deportasiyaya məruz qalır.

Fevral ayının 28-29-da sovet xüsusi xidmət orqanlarının fəal iştirakı ilə Sumqayıt şəhərində qondarma «erməni talanları» həyata keçirildi. Maraqlıdır ki, bu hadisələrdən bir müddət öncə Sumqayıt sənaye müəssisələrində çalışan yüksək mənsəbli ermənilər onlara məxsus əmanətləri tələsik şəkildə banklardan çıxarmağa başlamış,  şəhərdə xarici kütləvi informasiya vasitələrinin mövcudluğu əvvəlcədən təmin olunmuş, hətta tam təsdiqlənmiş məlumatlara əsasən, Sumqayıtda «erməni talanları»nın icrası prosesinə bilavasitə Qriqoryan soyadlı cinayətkar keçmişə malik bir erməni başçılıq etmişdir.
İyul ayının 18-də SSRİ Ali Sovetinin Rəyasət Heyətinin geniş tərkibdə keçirilən iclasında Dağlaq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-nin tərkib hissəsi kimi təsdiq olundu. 
1989-cu ilin salnaməsi Sovet Ordusunun hərbi dəstəyinə arxalanan erməni silahlı birləşmələrinin Dağlıq Qarabağ Muxtar Vilayətinin azərbaycanlılar məskunlaşmış yaşayış məntəqələrinə və müxtəlif nəqliyyat vasitələrinə hücumları ilə xarakterizə olunmuşdur.

1989-cu il iyul ayının 29-da Ermənistan ərazisində Azərbaycandan gedən qatarlara olan hücumlar nəticəsində Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsi kəsilir. Ermənistan tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının təcridinə başlanılır.
Dekabr ayının 1-də Ermənistan SSR-nin Ali Soveti qeyri-qanuni şəkildə «Dağlıq Qarabağ Muxtar Vilayəti»nin Ermənistan SSR-yə birləşdirilməsi haqqında» qərar qəbul etdi.
1990-cı il yanvar ayının 20-də sovet qoşun hissələri qüvvədə olan müvafiq qanunvericiliyə zidd olaraq, fövqəladə vəziyyətin tətbiqi ilə bağlı qabaqcadan xəbərdarlıq etmədən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə daxil olaraq yüzlərlə dinc sakini qətlə yetirdi. Bu vandalizm aktı nəticəsində rəsmi məlumatlara görə, təxminən 150-ə qədər insan qətlə yetirildi, 700-ə qədər insan isə yaralanaraq müxtəlif dərəcəli bədən xəsarəti aldı. Sovet qoşunları ilk dəfə olaraq, beynəlxalq səviyyədə qadağan olunmuş ağırlıq mərkəzi dəyişdirilmiş güllələrdən dinc əhaliyə qarşı istifadə etdilər.

1991-ci il sentyabr ayının 2-də erməni separatçıları Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda qeyri-qanuni olaraq «Dağlıq Qarabağ Respublikası»nın qurulmasını bəyan etdilər.

Sentyabr ayının 23-də Ermənistan və Azərbaycan prezidentlərinin Rusiyanın Jeleznovodsk şəhərində Rusiya və Qazaxıstan prezidentlərinin vasitəçiliyi ilə görüşü keçirildi. Görüş zamanı prezidentlər münaqişənin sülh yolu ilə həlli barədə razılığa gəldilər.
Əldə olunmuş razılaşmaya baxmayaraq, erməni hərbi birləşmələri Xocavənd və Hadrut rayonları ərazisində azərbaycanlı əhaliyə qarşı kütləvi hücumlara başladılar. Nəticədə bu rayonların azərbaycanlılar yaşayan kəndlərinin əksəriyyəti işğal olundu, azərbaycanlı əhali isə güclə öz torpaqlarını tərk etmək məcburiyyəti qarşısında qaldı.
Noyabr ayının 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları Azərbaycan, Rusiya və Qazaxstanı təmsil edən bir qrup yüksək vəzifəli dövlət məmuru və jurnalisti aparan «Mİ-8» vertolyotunu gülləbaran etdilər. Nəticədə 22 nəfər tanınmış dövlət, ictitmai və hərbi xadim qətlə yetirildi.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçirdilər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1275 nəfər isə əsir götürülmüşdür. Onlardan bir çoxu əsirlikdən qayıtmamış və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verildi.

Mart ayının 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvü seçildi. Mart ayının 11-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda dinc əhaliyə qarşı baş vermiş zorakılıq aktlarını pisləyən bəyanatla çıxış etdi. Mart ayının 24-də ATƏM-in dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfransın çağırılması qərara alınır.

May ayının 7-də Ermənistan və Azərbaycan dövlət başçılarının münaqişənin nizamlanması ilə əlaqədar İranın vasitəçiliyi ilə Tehranda görüşü keçirilir. Görüşün sonunda dövlət başçıları kommunike imzalayırlar. Bu kommunike imzalanandan dərhal sonra may ayının 8-də erməni hərbi birləşmələri tərəfindən Şuşa şəhəri işğal olunur. May ayının 17-də isə münaqişənin nizamlanması ilə bağlı müxtəlif səviyyələrdə danışıqların davam etdiyi bir vaxtda erməni hərbi birləşmələri Laçın şəhərini işğal etdilər.
Sentyabr ayının 19-da Ermənistan və Azərbaycan müdafiə nazirləri Rusiyanın Soçi şəhərində hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşma əldə etdilər. Həmin il dekabr ayında bu razılaşmanı pozan Ermənistan tərəfi Azərbaycan Respublikasının Zəngilan rayonunun 8 kəndini işğal etdi. 

1993-cü il aprel ayının 3-də erməni hərbi birləşmələri tərəfindən Azərbaycan Respublikasının Kəlbəcər rayonu işğal olundu. Aprel ayının 6-da BMT Təhlükəsizlik Şurasının sədri Kəlbəcər rayonun işğalını pisləyən bəyanat verdi. Aprel ayının 15-də isə Avropa Şurası Nazirlər Komitəsi münaqişənin kəskinləşməsi ilə bağlı bəyannamə ilə çıxış etdi. Aprel ayının 15-də isə Avropa Şurasının Nazirlər Komitəsi Dağlıq Qarabağda münaqişə vəziyyətinin gərginləşməsi ilə bağı bəyanat qəbul etdi. Aprel ayının 25-29-da İslam Konfransı Təşkilatı Azərbaycan Respublikasının ərazilərinin işğalını pisləyən qətnamə qəbul etdi. Aprel ayının 30-da isə BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Kəlbəcər və digər işğal olunmuş rayonlarından bütün işğalçı qüvvələrin dərhal çıxarılması tələbini özündə əks etdirən 822 saylı Qətnamə qəbul etdi.
İyul ayının 23-də erməni hərbi birləşmələri Azərbaycan Respublikasının Ağdam rayonunu işğal etdilər. İyul ayının 29-da BMT Təhlükəsizlik Şurası işğalıçı qüvvələrin qeyd şərtsiz və dərhal işğal olunmuş Ağdam və digər ərazilərdən çıxarılması tələbini özündə əks etdirən 853 saylı Qətnamə qəbul etdi. Avqust ayının 18-də isə BMT Təhlükəsizlik Şurasının sədri müvafiq tələbləri özündə əks etdirən bəyanatla çıxış etdi. BMT və ATƏT-in xəbərdarlıqlarına baxmayaraq, avqust ayının 23-26-da Füzuli və Cəbrayıl, həmin ayın 31-də isə Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu.
Oktyabr ayının 14-də BMT-nin Təhlküsəizlik Şurası işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən çıxarılması tələbini özündə ifadə edən növbəti, 874 saylı Qətnamə qəbul etdi.

Oktyabr ayının 28-noyabr ayının 1-i aralığında Horadiz qəsəbəsi və Zəngilan şəhəri işğal edildi.

Noyabr ayının 11-də işğal olunmuş ərazilərin dərhal azad olunması tələbini əks etdirən BMT Təhlükəsizlik Şurasının növbəti, 884 saylı Qətnaməsi qəbul edildi.
1994-cü il yanvar ayının 10-11-də Şimali Atlantika Müqaviləsi Təşkilatı üzv Dövlət və Hökumət başçıları tərəfindən ərazi əldə edilməsində güc istifadəsini pisləyən, həmçinin regionda sülh və sabitliyin bərqərar edilməsi, əməkdaşlığın inkişafıetdirilmsi üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan, Gürcüstan və Ermənistanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti ifadə edən bəyannamə qəbul edildi.
Həmin il aprel ayının 15-də MDB üzv dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörməti ifadə edən təşkilatın Bəyannaməsi qəbul olundu. Ermənistan MDB-nin üzvü olan və bu Bəyannaməyə qoşulmayan yeganə dövlət oldu.
Bişkək protokolu imzalandıqdan (10.05.1994) sonra, may ayının 12-də cəbhə xəttində atəşkəs haqqında razılaşma qüvvəyə mindi.

Dekabr ayının 5-6-da ATƏM-in Budapeşt Sammiti keçirildi. Sammitdə «Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi» adlı qərar qəbul edildi.

1996-cı il dekabr ayının 2-3-də ATƏT-in Lissabon Sammiti keçirildi. Sammitdə ATƏT-in fəaliyyətdə olan sədri Ermənistan-Azərbaycan münaqişəsinin üç prinsin əsasında həllini nəzərdə tutan və Ermənistan istisna olmaqla, ATƏT-in 53 üzv dövlət tərəfindən dəstəklənmiş bəyanatla çıxış etdi: Azərbayçan və Ermənsitan Respublikalarının ərazi bütövlüyü; Azərbaycanın tərkibində Dağlıq Qarabağa öz müqəddəratını müəyyənetməyə əsaslanan ən yüksək hüquqi statusun verilməsi; Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı.

1997-ci ilin yanvar ayından etibarən ATƏT-in Minsk Qrupu 3 tərəfli həmsdərlik formatında fəaliyyətə başlayır.

1997-ci ilin aprel ayının 2-də Rusiya Dövlət Duması Müdafiə Komitəsinin sədri Lev Roxlin təkcə 1994-1997-ci illərdə qeyri-qanuni olaraq, Rusiya Federasiyasına məxsus bir milyard dollar dəyərində silah-sursatın Ermənistana verilməsi ilə bağlı məlumatı açıqladı.
İyun ayının 1-də ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən münaqişənin həlli ilə bağlı «paket həll planı» təqdim edilir. «Paket həll planı» Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərinə daxil olmayan rayonlarının azad edilməsi və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusunun müəyyənləşdirliməsinin paralel həllini nəzərdə tuturdu.  Müvafiq həll variantı danışıqlara başlamaq üçün zəmin kimi Azərbaycan tərəfindən müəyyən qeyd-şərtlərlə qəbul olundu, Ermənistan tərəfindən isə ümumiyyətlə rədd edildi.
Həmin il sentyabr ayının 19-da ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəflərə münaqişənin həlli ilə bağlı «mərhələli həll planı»nı təqdim etdilər. Plan birinci mərhələdə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş və keçmiş Dağlıq Qarabağ Müxtar Vilayətinin inzibati sərhədlərinə daxil olmayan rayonlarının azad olunmasını, ikinci mərhələdə isə Dağlıq Qarabağın, Laçın və Şuşa şəhərlərinin statusunun  müəyyənləşdirilməsini nəzərdə tuturdu. Həmin il oktyabr ayının 10-da Azərbaycan və Ermənistan prezidentləri Strasburqda münaqişənin mərhələli həll variantını qəbul etmələri haqqında bəyanat verdilər. Bir müddət sonra - 1998-ci iln fevralında Ermənistanın o vaxtkı prezienti Levon Ter-Petrosyan təzyiqlər altında istefa verməli oldu. Hakimiyyətə «Qarabağ klanının» nümayəndəsi baş nazir Robert Köçəryan gəldi.

1998-ci ilin əvvəllərində Ermənistan dövləti mərhələli həll variantından imtina etdiyini bildirdi. 1998-ci il noyabrın 9-da həmsədrlər münaqişənin «ümumi dövlət» adlanan növbəti həll variantını irəli sürdülər. Azərbaycan tərəfi müvafiq həll variantının beynəlxalq hüquq normaları, habelə, milli qanunvericiliyinə zidd olduğunu nəzərə alaraq, münaqişənin nizamlanması ilə bağlı danışıqlar üçün zəmin kimi qəbul olunmasını rədd etdi.

1999-2001-ci illər problemin həlli ilə əlaqədar Ermənistan və Azərbaycan prezidentləri arasında birbaşa görüşlərin (Ki-Uest və Paris görüşləri) keçirilməsi, eyni zamanda ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların davam etdirilməsi ilə xarakterizə olunmuşdur.

2001-ci ilin fevral ayında Dağlıq Qarabağ probleminin həllinə dair geniş ictimaiyyətin də təmsil olunduğu ümumrespublika toplantısı keçirildi. Toplantıda 23 fevral tarixində ümummilli liderimiz Heydər Əliyev münaqişənin nizamlanmasına dair proqram xarakterli çıxış etdi.
2002-ci il mart ayının 8-də ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin həlli üzrə danışıqlar prosesinə prezidentlərin Xüsusi Nümayəndələrinin təyin olunması təklifi ilə çıxış edirlər. 2002-ci il ərzində Xüsusi Nümayəndələr üç dəfə - may və iyul aylarında Praqada, noyabr ayında isə Vyanada görüşdülər.

İyul ayının 12-də Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin yekun sənədində Avropa İttifaqı bir daha münaqişənin sülh yolu ilə həlli üçün əsas kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini ifadə etdi. Avqust ayının 2-də Avropa İttifaqı Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda separatçı qüvvələr tərəfindən keçirilən «prezident seçkiləri»ni pislədi.

2003-cü il yanvar ayının 23-də Avropa Şurası Nazirlər Komitəsinin Bürosunun Strasburqda genişləndirilmiş tərkibdə Ermənistan və Azərbaycanın münaqişənin sülh yolu ilə həlli ilə bağlı öhdəliklərinin yerinə yetirilməsi məsələsinə həsr olunmuş xüsusi iclası keçirildi.
2003-cü il fevral ayının 19-da Ermənistanda prezident seçkiləri keçirildi. R.Koçəryan növbəti müddətə prezident seçildi. Avropra Şurası Parlament Assambleyasını, ATƏT-i təmsil edən müşahidəçilər seçkilərin ciddi qanun pozuntuları ilə müşaiyət olunduğunu bildirdilər. Həmin il iyunun 19-da hökumət növbəti dördillik fəaliyyət proqramını ölkə parlamentinə təqdim etdi. Proqramın «Müdafiə və Təhlükəsizlik» adlanan bölməsində hökumətin «münaqişənin həllini «Dağlıq Qarabağ» xalqının öz müqəddəratını müəyyənetmə hüququ, beynəlxalq tanınması və «Dağlıq Qarabağ Respublikası» xalqının təhlükəsizliyinə təminatı əsasında sülh danışıqları prosesi çərçivəsində» gördüyü vurğulanır, Dağlıq Qarabağın Azərbaycan Respublikasına tabeçiliyi istisna olunur. Proqramın təqdimatı zamanı ölkənin baş naziri A.Markaryan bildirmişdir: «Qarabağ Azərbaycana tabe olmamalıdır, Ermənistanla ümumi sərhədlərə malik olmalıdır, Qarabağ ermənilərinin öz müqəddəratını müəyyənetmə hüququ dünya tərəfindən tanınmalıdır».

Avqust ayının 19-da Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu ərazisindən keçən hissəsində ATƏT sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə keçirilən monitorinq zamanı atəşkəs rejimi növbəti dəfə erməni silahlıları tərəfindən pozulduğundan, monitorinq prosesi dərhal dayandırılır. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ba faktı öz hesabatında qeyd etməkdən imtina edir.

Dekabr ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının prezidenti Robert Koçaryanla Cenevrədə ilk görüşü keçirilir.
2004-cü il aprel ayının 16-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Praqada görüşü keçirildi.

Aprel ayının 28-30-da Azərbaycan və Ermənistan prezidentlərinin Varşavada görüşü keçirilir.
May aynın 12-13-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Strasburqda görüşü keçirildi.
İyun ayının 21-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Praqada görüşü keçirildi.
İyun ayının 28-29-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Türkiyənin xarici işlər naziri Abdulla Gülün iştirakı ilə İstanbulda görüşü keçirildi.
Avqust ayının 3-12-də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində erməni hərbi birləşmələrinin komanda qərargah təlimləri keçirildi.
Avqust ayının 8-də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində erməni separatçıları tərəfindən «yerli özünüidarəetmə orqanları»na seçkilər keçirildi.
Avqust ayının 30-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Praqada görüşü keçirildi.
Sentyabr ayının 15-da Azərbaycan və Ermənistan prezidentlərinin Astana şəhərində MDB-nin Sammiti çərçivəsində görüşü keçirildi.
Oktyabr ayının 14-də Azərbaycan BMT-nin 59-cu sessiyasının gündəliyinə «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair» məsələsinin çıxarılması ilə bağlı müraciət edir. Oktyabr ayının 29-da BMT Baş Məclisi müvafiq məsələnin sessiyanın gündəliyinə daxil edilməsi ilə əlaqədar qərar qəbul etmişdir.
Noyabr ayının 17-də Avropa Şurasının Parlament Assambleyasının Siyasi Komitəsinin iclasında britaniyalı deputat Devid Atkinsonun Dağlıq Qarabağa dair məruzəsinin müzakirəsi keçirildi.

Dekabr ayının 5-də Sofiya şəhərində Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə görüşü keçirildi.
Dekabr ayının 6 və 7-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində ATƏT-in Nazirlər Şurasının 12-ci iclası keçirildi. İclasda Nazirlər Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatı qəbul olundu. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı 2004-cü ildə əldə olunmuş tərəqqi, xüsusən Azərbaycan və Ermənistan Prezidentlərinin, həmçinin iki ölkənin xarici işlər nazirlərinin görüşləri təqdir olunur.
Dekabr ayının 9-da Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin Brüsseldə görüşü keçirildi.

2005-ci il yanvar ayının 11-də Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Praqada görüşü keçirildi.
May ayının 15-də Polşanın paytaxtı Varşava şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının prezidenti Robert Koçaryanla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi ilə əlaqədar ATƏT-in Minsk Qrupu həmsədrləri, Rusiya və Fransanın xarici işlər nazirlərinin iştirak ilə görüşü keçirildi.

İyun ayının 17–də Fransanın paytaxtı Paris şəhərində Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə görüşü keçirildi, xarici işlər nazirlərinin növbəti görüşü iyunun 21-də  Belçikanın paytaxtı Brüsseldə, İraqa dair beynəlxalq Konfrans çərçivəsində baş tutmuşdur.
Avqust ayının 27–də Rusiya Federasiyasının Kazan şəhərində, Müstəqil Dövlətlər Birliyinin Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının prezidenti Robert Koçaryanla görüşü keçirildi.
2006-cı il 10-11 fevral tarixində Fransanın Rambuye şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının prezidenti Robert Koçaryanla görüşü keçirildi.

18-19 yanvar tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Böyük Britaniyanın paytaxtı Londonda görüşü keçirildi.

May aynının 18–də Fransanın Strasburq şəhərində Avropa Şurasının Nazirlər Komitəsinin iclası zamanı, Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Böyük Britaniyanın paytaxtı görüşü keçirildi.
4-5 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının prezidenti Robert Koçaryanla Rumıniyanın paytaxtı Buxarest şəhərində Qara Dəniz Əməkdaşlıq və Dialoq Forumu üzrə Sammit çərçivəsində görüşü keçirildi.
İyun ayını 13–də Fransanın paytaxtı Paris şəhərində, Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun Fransa və Rusiyadan olan Həmsədrlərinin iştirakı ilə görüş keçirildi.

Sentyabr ayının 13–də Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Böyük Britaniyanın paytaxtı Londonda görüşü keçirildi.

5-6 oktyabr tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində görüşü keçirildi.

24-25 oktyabr tarixində Fransanın paytaxtı Paris şəhərində, Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun Fransa və Rusiyadan olan Həmsədrlərinin iştirakı ilə görüş keçirildi.

Noyabr ayının 14–də Belçikanın paytaxtı Brüssel şəhərində, Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun Fransa və Rusiyadan olan Həmsədrlərinin iştirakı ilə görüş keçirildi.

Noyabr 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının prezidenti Robert Koçaryanla Belorusun paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinin Zirvə toplantısı çərçivəsində görüşü keçirildi.

2007-ci il yanvar 23-də Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində görüşü keçirildi.

Mart ayının 14-də Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə İsveçrənin Cenevrə şəhərində görüşü keçirildi.

Aprel aynın 18–də Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Belqrad şəhərində görüşü keçirildi.

İyunun 09-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının prezidenti Robert Koçaryanla Rusiyanın Sankt-Petrburq şəhərində görüşü keçirildi.