|
V.Hüseynov 27 noyabr 1942-ci ildə Quba şəhərində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1961-1964-cü illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra jurnalist kimi bir sıra mətbu orqanlarda – «Sport», «Molodyoj Azerbaydjana» «Olimpiyskaya Panorama» qəzetlərində, o cümlədən televiziyada fəaliyyət göstərmiş, Kommunist Partiyasının fəallarından olmuş, müxtəlif dövlət hakimiyyəti vəzifələrində çalışmışdır. Azərbaycan SSR KP-nın Bakı ŞK-nin Birinci katibi, Azərbaycan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. 19 avqust 1989-cu ildən 13 sentyabr 1991-ci ilə qədər Azərbaycan SSR DTK-nın sədri vəzifəsində işləmişdir. Azərbaycan milli azadlıq hərəkatına qarşı çıxmış, 20 yanvar hadisələri zamanı Moskvanın apardığı siyasət və tədbirlərdə yaxından iştirak etmişdir.
|