|
N.İmranov 1944-cü ilin yanvar ayının 2-də Basar-keçər rayonunun (indiki Ermənistan Respublikasının) Şişqaya kəndində anadan olmuşdur. 1961-1969-cu illərdə Azərbaycan Pedaqoji institutunda (hazırkı APU) təhsil almışdır. 1975-ci ildə Naxçıvan MR-da komsomolun 1-ci katibi vəzifəsindən SSRİ DTK-nın Ali məktəbinə oxumağa göndərilmişdir. Məktəbi bitirdikdən sonra DTK orqanlarında fəaliyyət göstərmiş, 1986-cı ilin oktyabr ayının 4-də Azərbaycan Respublikası DTK sədrinin müavini təyin edilmişdir. 1988-1993-cü illərdə SSRİ təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 1993-cü ilin mart ayında Bakıya qayıtmış və 1993-cü ilin iyul ayının 3-də milli təhlükəsizlik naziri vəzifəsinə təyin edilmişdir. 1994-cü ilin may ayının 15-də ona general-mayor rütbəsi verilmişdir. 1994-cü ilin oktyabr ayının 15-də N.İmranov törətdiyi dövləti cinayətlərə görə həbs edilərək azadlıqdan məhrum olunmuşdur. Daha sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən əfv edilmişdir.
|