İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN
MƏLUMATLARI
31 mart 2010
Martın 30-da Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Mədəniyyət Mərkəzində Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 91-ci ildönümü ilə əlaqədar təntənəli mərasim keçirilmişdir.
ətraflı
29 mart 2010
MTN tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində əntiq əşyalar olmaları baxımından qiymətsiz tarixi incəsənət nümunələrinin qanunsuz satılmasının qarşısı alınmışdır.
ətraflı
29 mart 2010
MTN tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində terrorçuluq əməllərinin törədilməsini planlaşdıran mütəşəkkil dəstənin üzvləri ifşa olunaraq yaxalanmışlar.
ətraflı
22 mart 2010
Qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan şəxslər ifşa olunaraq yaxalanmış, onlardan ümumilikdə 64 kiloqramdan artıq narkotik vasitə götürülmüşdür.
ətraflı
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Nazirliyin əsasnaməsini və normativ hüquqi aktlarını rəhbər tutur.

Milli Təhlükəsizlik Nazirliyinin rəsmi İnternet saytı Nazirliyin başlıca fəaliyyət istiqamətləri barədə məlumatların ölkə və dünya ictimaiyyətinə ilk mənbədən çatdırılmasına xidmət edir.

Azərbaycan təhlükəsizlik orqanlarının tarixi
Azərbaycan təhlükəsizlik orqanlarının tarixini üç dövrə bölmək olar: Azərbaycan Demokratik Respublikası dövrü, Sovet dövrü və müstəqil Azərbaycan Respublikası dövrü. 1918-1920-ci illər Azərbaycan tarixinin ən şərəfli, eyni zamanda, mürəkkəb və ziddiyyətli dövrlərindən biri hesab olunur. Sovet hakimiyyəti illərində Azərbaycan tarixinin müvafiq zaman kəsiyi ümumiyyətlə öyrənilmədiyindən, xüsusi xidmət orqanlarının tarixi də diqqətdən kənarda qalmışdır...
daha ətraflı
Azərbaycan Respublikası Prezidentinin Sərancamları
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29 mart 2010-cu il tarixdə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və təltif edilməsi haqqında Sərəncamlar imzalamışdır. ...
daha ətraflı
Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasından 91 il ötür
Milli təhlükəsizlik orqanlarının yaranmasının 91-ci ildönümü münasibəti ilə milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov başda olmaqla nazirliyin şəxsi heyəti Fəxri xiyabana gələrək, Azərbaycanın təhlükəsizlik orqanlarında milliləşmə prosesinin və özünəməxsus peşəkarlıq məktəbinin banisi ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
daha ətraflı
Azərbaycanın milli təhlükəsizlik orqanlarının 91-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir
Martın 30-da Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Mədəniyyət Mərkəzində Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 91-ci ildönümü ilə əlaqədar təntənəli mərasim keçirilmişdir. Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov mərasimdə çıxış edərək milli təhlükəsizlik orqanlarının bütün şəxsi heyətini, ulu öndər Heydər Əliyevin şərəfli məktəbinin davamçılarını peşə bayramı münasibətilə təbrik etmişdir.
daha ətraflı
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev MTN-in Mədəniyyət Mərkəzi və “N” saylı hərbi hissəsində olmuşdur
2009-cu il mart ayının 14-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin əsaslı təmir edilmiş binası ilə tanış olmuş və Nazirliyin “N” saylı hərbi hissəsində ümummilli lider Heydər Əliyevin abidəsinin açılışı və hərbi hissəyə döyüş bayrağını təqdimetmə mərasimlərində iştirak etmişdir.
daha ətraflı
Erməni terrorçuları tərəfindən törədilmiş terror aktlarının xronologiyası
Müvafiq tarixi-coğrafi xronologiya tarixi materiallar əsasında beynəlxalq terrorizmin təzahürlərindən olan erməni terrorizminin miqyasını və səviyyəsini nümayiş etdirir. Bu tarixi faktların öyrənilməsi ümumilikdə terrorizmin mahiyyətinin dərk edilməsi və ona qarşı mübarizədə səmərəli üsulların müəyyənləşdirilməsi baxımından mühum əhəmiyyətə malikdir.
daha ətraflı
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ Münaqişəsi
1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçirdilər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1275 nəfər isə əsir götürülmüşdür.
daha ətraflı