az ru en
     
İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN
MƏLUMATLARI
6 iyul 2009
Milli Təhlükəsizlik Nazirliyi narkotik qaçaqmalçılığı ilə məşğul olan şəxsləri zərərsizləşdirmuişdir
ətraflı
3 iyul 2009
Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat saxta çap məhsullari hazirlayan şəxsin saxlanilmasi ilə nəticələnmişdir
ətraflı
23 iyun 2009
Milli Təhlükəsizlik Nazirliyi xarici vətəndaşlarin bank hesablarindaki pul vəsaitlərinin talanmasi ilə məşğul olan transmilli mütəşəkkil dəstəni zərərsizləşdirmişdir
ətraflı
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Nazirliyin əsasnaməsini və normativ hüquqi aktlarını rəhbər tutur.

Milli Təhlükəsizlik Nazirliyinin rəsmi İnternet saytı Nazirliyin başlıca fəaliyyət istiqamətləri barədə məlumatların ölkə və dünya ictimaiyyətinə ilk mənbədən çatdırılmasına xidmət edir.

Milli təhlükəsizlik orqanları – 90
2009-cu il martın 28-də Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları öz peşə bayramlarını - milli təhlükəsizlik orqanlarının yaranmasının 90 illik yubileyini qeyd edəcəklər. Bu münasibətlə ötən müddət ərzində Azərbaycan təhlükəsizlik orqanlarının keçdiyi inkişaf yolu və müasir dövrdə fəaliyyətinin müxtəlif istiqamətlərinə dair mətbuatda işıq üzü görən yazıları yeni - «Milli təhlükəsizlik orqanları - 90» rubrikasında təqdim edirik.
daha ətraflı
Azərbaycan təhlükəsizlik orqanlarının tarixi
Azərbaycan təhlükəsizlik orqanlarının tarixini üç dövrə bölmək olar: Azərbaycan Demokratik Respublikası dövrü, Sovet dövrü və müstəqil Azərbaycan Respublikası dövrü. 1918-1920-ci illər Azərbaycan tarixinin ən şərəfli, eyni zamanda, mürəkkəb və ziddiyyətli dövrlərindən biri hesab olunur. Sovet hakimiyyəti illərində Azərbaycan tarixinin müvafiq zaman kəsiyi ümumiyyətlə öyrənilmədiyindən, xüsusi xidmət orqanlarının tarixi də diqqətdən kənarda qalmışdır...
daha ətraflı
Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının şəxsi heyətinə
Hörmətli milli təhlükəsizlik orqanlarının əməkdaşları və veteranları! Sizi Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 90 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Dövlətçiliyimizin əsas dayaqlarından biri olan Milli Təhlükəsizlik Nazirliyi 90 illik mürəkkəb və eyni zamanda şərəfli inkişaf yolu keçmişdir...
daha ətraflı
Azərbaycan Prezidenti İlham Əliyev milli təhlükəsizlik orqanlarının 90 illik yubileyi ilə bağlı Bakıya gələn xarici ölkələrin xüsusi xidmət orqanlarının yüksək vəzifəli nümayəndələrini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də milli təhlükəsizlik orqanlarının 90 illik yubileyi ilə bağlı keçirilən mərasimdə iştirak etmək üçün Bakıya gələn xarici ölkələrin xüsusi xidmət orqanlarının yüksək vəzifəli nümayəndələrini qəbul etmişdir.
daha ətraflı
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev MTN-in Mədəniyyət Mərkəzi və “N” saylı hərbi hissəsində olmuşdur
2009-cu il mart ayının 14-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin əsaslı təmir edilmiş binası ilə tanış olmuş və Nazirliyin “N” saylı hərbi hissəsində ümummilli lider Heydər Əliyevin abidəsinin açılışı və hərbi hissəyə döyüş bayrağını təqdimetmə mərasimlərində iştirak etmişdir.
daha ətraflı
Erməni terrorçuları tərəfindən törədilmiş terror aktlarının xronologiyası
Müvafiq tarixi-coğrafi xronologiya tarixi materiallar əsasında beynəlxalq terrorizmin təzahürlərindən olan erməni terrorizminin miqyasını və səviyyəsini nümayiş etdirir. Bu tarixi faktların öyrənilməsi ümumilikdə terrorizmin mahiyyətinin dərk edilməsi və ona qarşı mübarizədə səmərəli üsulların müəyyənləşdirilməsi baxımından mühum əhəmiyyətə malikdir.
daha ətraflı
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ Münaqişəsi
1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçirdilər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1275 nəfər isə əsir götürülmüşdür.
daha ətraflı