az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
QANUNVERİCİLİK
«Milli təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
«Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu
«Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu
«Dövlət sirri haqqında» Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasinin Milli Təhlükəsizlik Nazirliyinin Əsasnaməsi
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamənin və «Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri»nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında Əsasnamə
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının Nizamnaməsinin və strukturunun təsdiq olunması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adina akademiyasinin döyüş bayraği haqqinda əsasnamə
Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Eldar Əhməd oğlu Mahmudova general-leytenant hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Hilal Mirzəli oğlu Əsədova general-mayor hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Əli Nağı oğlu Nağıyevin Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
«Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından çıxarış
«Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 104 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı
“Azərbaycan Respublikasi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adina akademiyasinin döyüş bayraği haqqinda əsasnamə”nin və “Azərbaycan Respublikasi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adina akademiyasinin döyüş bayrağinin təsviri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasi prezidentinin fərmani
Ibtidai istintaqı Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılan cinayətlər (Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarış)
Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Dünyada baş verən sürətli dəyişikliklər şəraitində ayrı-ayrı dövlətlər və bütövlükdə bəşəriyyət terrorçuluq, etnik separatizm və münaqişələr, transmilli mütəşəkkil cinayətkarlığın artması, kütləvi qırğın silahlarının yayılması, təbii ehtiyatların tükənməsi, əhalinin sayının durmadan çoxalması və kütləvi miqrasiyası, ətraf mühitin çirklənməsi və sair təhlükələrlə üzləşir.
Bu amillər hər bir dövlətin prioritetlərinin, təhlükəsizliyə qarşı risklərin müəyyənləşdirilməsini, həmin risklərin qabaqlanması və aradan qaldırılması üzrə adekvat tədbirlərin həyata keçirilməsini zəruri edir. Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmalarının müəyyən edilməsi məqsədi ilə qərara alıram:

  1. Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası təsdiq edilsin (əlavə olunur).
  2. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən orqanlar öz fəaliyyətində Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının müddəalarını rəhbər tutsunlar.
  3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycan Respublikası milli təhlükəsizlik konsepsiyasının müddəalarının yerinə yetirilməsinə nəzarəti həyata keçirsin və bu barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 
  4. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 17 sentyabr tarixli 394 nömrəli sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupuna tapşırılsın ki:
    1. üç ay müddətində Azərbaycan Respublikası hərbi doktrinasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Milli Məclisinin təsdiqinə verilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    2. 2007-2008-ci illər ərzində Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasında nəzərdə tutulmuş Azərbaycan Respublikasının xarici siyasət strategiyası, müdafiə icmalı, iqtisadi konsepsiya, mədəniyyət, elm, təhsil, səhiyyə, nəqliyyat konsepsiyalarının layihələrini hazırlayaraq, təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
  5. Bu sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 may 2007-ci il