|
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri cənab Eldar Mahmudova Hörmətli Eldar müəllim!
Mənə böyük etimad göstərib Milli təhlükəsizlik orqanlarının 90 illik yubiley medalı ilə təltif etdiyinizə görə Sizə özümün və ailə üzvlərimin adından minnətdarlığımı bildirirəm.
Biz təqaüdçülər daim Sizin isti və qayğıkeş münasibətinizi hiss edirik və bu diqqətə görə Sizə təşəkkür edirik.
Sizə və Nazirliyin kollektivinə məsuliyyətli peşənizdə hər zaman uğurlar arzulayıram. Doğma və müstəqil Azərbaycanımızın möhkəmlənməsində və daha da çiçəklənməsində əvəzsiz rolu olan Milli Təhlükəsizlik Nazirliyinə Sizin simanızda yeni-yeni nailiyyətlər arzu edirəm.
Hörmətlə, təqaüddə olan polkovnik A.Qarayev
15.04.2009
|