|
Hörmətli cənab nazir,
MTN əməkdaşı olan oğlum məzuniyyətdə olarkən bədbəxt hadisə ilə üzləşmişdi. Bununla əlaqədar ciddi və təcili tibbi müdaxiləyə ehtiyac yaranmışdı. Mövcud vəziyyətdə Nazirliyin əməkdaşlarına müraciət etmək qərarına gəldim. Sizin şəxsi qayğınız və rəhbərlik etdiyiniz kollektivin səyləri nəticəsində oğlumu həyata qaytarmaq mümkün oldu.
Cənab nazir,
Ailəmiz bədbəxtlik üz verdiyi müdətdə general-mayor Hilal Əsədovun xəstəyə və onun ailəsinə şəxsi diqqətini, böyük insanpərvərliyi və hər cür yardımını xüsusi qeyd etmək istəyirəm. Nazirliyin Hərbi Tibb İdarəsinin rəhbərliyi və əməkdaşları müalicə prosesini daimi nəzarətdə saxlayaraq, bir tərəfdən yüksək qayğıkeşlik, digər tərəfdən isə peşəkarlıq nümunəsi göstərdilər.
Hörmətli Eldar müəllim,
Bütün qayğı və diqqətə görə ailəmizin və şəxsən öz adımdan Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Biz Sizinlə və rəbərlik etdiyiniz kollektivlə fəxr edirik. Siz vətənin layiqli oğlulları, dövlətimizin və prezidentimizin dayağısınız.
Hörmətlə, Etibar Quliyev Azərbaycan Respublikası Bakı şəhəri
02.09.2005
|