|
Teleqram
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri general-leytenant cənab Eldar Mahmudova
Hörmətli Cənab Nazir! Mən Atakişiyeva Dilarə Güləhməd qızı 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlər zamanı erməni əsirliyində şəhid olmuş övladım Atakişiyev Fərhad Rəhman oğlunun «Azərbaycan Bayrağı» Ordeni ilə təltif olunmasında şəxsən Sizin əməyinizi çox yüksək qiymətləndirir və bir şəhid anası kimi Sizə – Azərbaycanın dəyərli oğluna və bu işdə əməyi keçmiş bütün əməkdaşlarınıza öz dərin minnətdarlığımı bildirirəm. Qoy, həmişə tanrı Sizə yar olsun.
Dərin hörmətlə, D.Atakişiyeva
24 avqust 2009-cu il.
|