|
Çox hörmətli cənab Nazir! İcazə verin mənim şəxsi müraciətimə xüsusi diqqət və qayğı göstərdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirim və xalqımızın milli təhlükəsizliyinin qorunmasında, həmçinin müstəqil Respublikamızın daha da qüdrətlənməsində şərəfli və çətin fəaliyyətinizdə uğurlar arzulayım.
Cənab Nazir! Mən şəxsi işimlə bağlı bir müddət əvvəl məktubla nazirliyə müraciət etmişdim. Qısa müddətdən sonra Sizin rəhbərlik etdiyiniz kollektivin üzvləri göstərişinizdən sonra mənim müraciətimə xüsusi diqqət və qayğı göstərdilər. İşlərinin hədsiz çətin və çox olmasına baxmayaraq, onların həssaslıqları, səmimi davranışları, mədəniyyətləri Sizin rəhbərlik etdiyiniz kollektiv barədə məndə gözəl və zəngin təəssürat yaratdı. Mən əmin oldum ki, Sizin yüksək insani və mənəvi dəyərlərinizdən bəhrələnən kollektivinizin hər bir üzvü səmimi olduqları qədər də işgüzardırlar. Vətəndaş müraciətinə xüsusi diqqət və qayğını Sizin tələbkarlığınız və işgüzarlığınız kimi yüksək qiymətləndirirəm.
Hörmətli cənab Nazir! Sonda bir daha Sizə dərin və səmimi minnətdarlığımı bildirməklə çətin fəaliyyətinizdə böyük uğurlar diləyirəm. Azərbaycan xalqının gözəl gələcəyi naminə qələbələr həmişə Sizin olsun!
Hörmətlə, Məhərrəmov Asəf Məmməd oğlu Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Goranboy şəhəri.
|