|
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri general-leytenant
cənab Eldar Mahmudova
Hörmətli Eldar müəllim!
Övladımı Milli Təhlükəsizlik Nazirliyində xidmətə qəbul etməklə ailəmizə misilsiz sevinc bəxş etdiniz. Övladımız artıq müəyyən müddətdir ki, MTN sıralarında son dərəcə məsuliyyətli və şərəfli peşədə fəaliyyət göstərir. Onun milli təhlükəsizlik orqanlarında Vətənimizin, millətimizin, xalqımızın ümumilikdə, Azərbaycanın milli maraqlarının keşiyində durması bizlər üçün də fəxrdir. Biz inanırıq ki, o bu cür şərəfli işdə Sizin etimadınızı doğruldaraq, hər an dövlətimizə sadiq olacaqdır.
Cənab Nazir!
Bir daha Sizə dərin minnətdarlığımızı ifadə edərək, şəxsi həyatınız və peşə fəaliyyətinizdə hər zaman uğurlar arzu edirik.
Dərin hörmətlə, Laçın rayon sakinləri T. S.
17 iyun 2008-ci il.
|