az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
KİTABXANA
Nəşrlər
Müsahibələr
Məqalələr
Məktublar
85 ilin zirvəsindən görünən həqiqətlər (“Azərbaycan” qəzeti, 10.05.2008)

85 ilin zirvəsindən görünən həqiqətlər

Qısa bir müddət ərzində biz qabaqcıl Avropa təcrübəsinə əsaslanaraq çox şeyə nail ola bildik. Biz bütün çətinliklərə baxmayaraq, liberal iqtisadiyyat və sivil cəmiyyət quruculuğu yolu ilə irəlilədik. Biz insan haqlarının qorunmasını önə çəkdik, vətənimizin və vətəndaşlarımızın totalitarizm dövrünün ağır irsindən xilas olmasına çalışdıq. Biz demokratiyanın inkişafı üçün mühüm şərtlərdən olan daxili sabitliyə nail olduq. Biz azad söz, azad mətbuat və çoxpartiyalı siyasi sistem yaratdıq. Biz müddəalarının üçdə biri insan haqlarının və əsas azadlıqlarının qorunmasına həsr olunmuş yeni Konstitusiya qəbul etdik. Şərqdə ilk dəfə ölüm hökmünü aradan qaldırdıq, yeni qanunvericilik sistemi yaratdıq, prezident, parlament və bələdiyyə seçkiləri keçirdik, mühüm siyasi və iqtisadi islahatlar apardıq.

Heydər ƏLİYEV
Azərbaycanın ümummilli lideri

Bəşər tarixində özləri şam kimi yanan, amma xalqının yolunu işıqlandıran dahi şəxsiyyətlər az olmamışdır. Onlar ölkənin bəlalı, böhranlı vaxtında, xalq ölüm, ya olum dilemması qarşısında qalanda xilaskar kimi gəlir, hər bir insanın qəlbinə vətən sevgisi gətirir, hər bir insanı Vətəni müdafiə, xalqa xidmət üçün səfərbər edir. Belə işıqlı şəxsiyyətlərdən biri də türk dünyasının ən böyük siyasi və dövlət xadimlərindən olan Heydər Əliyevdir. Heydər Əliyev XX əsrin siyasət aləmində unikal hadisədir. Parlaq istedadlı, fenomenal şəxsi keyfiyyətləri və böyük işgüzarlığı ona nisbətən qısa müddətdə çoxsaylı bürokratik pillələri keçməyə, hakimiyyət zirvəsinə yüksəlməyə və siyasi prosesləri nəinki ölkə daxilində idarə etməyə, hətta beynəlxalq aləmdə onların gedişinə təsir etməyə imkan verdi. Onun fəaliyyət sahəsi kiçik Azərbaycanla məhdudlaşmadı, ulu öndər artıq 90-cı illərin ortalarında planetar miqyaslı nəhəng siyasətçi hesab olunurdu və ABŞ, Rusiya kimi dünyanın aparıcı dövlətlərinin liderləri onun fikirlərilə hesablaşırdı. Ömrünün qürub çağında isə Heydər Əliyevə nəinki arzularının təcəssümü sayılan müstəqil Azərbaycanı görmək, hətta onun dövlətçiliyinin və ən yeni tarixinin yaradıcısına çevrilmək nəsib oldu.

Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində vətənə, xalqa, torpağa sonsuz məhəbbət hissi ilə, qurub-yaratmaq arzusu ilə yaşamış, milli ideallara daim sadiq olmuş, zəngin və mənalı həyatını bütünlüklə Azərbaycan xalqına həsr etmişdir. Biz Sovet İttifaqının dövlət quruluşunu, iqtisadi-siyasi sistemini, kadr siyasətini qəbul etməsək də, etiraf etməliyik ki, Moskva 1969-cu ildə Azərbaycana fenomenal bir şəxsiyyəti - Heydər Əliyevi rəhbər seçməklə nəinki yanılmamışdı, əksinə, xalqımız üçün ən doğru, ən düzgün olan taleyüklü bir seçim etmişdi. Məhz həmin ildən başlayaraq Azərbaycanın yeni bir dövrü - iqtisadiyyatın, elmin və mədəniyyətin, incəsənətin, təhsilin, səhiyyənin bütün sahələrində əsl intibah dövrü başlandı. Azərbaycan xalqı, onun xoşbəxt gələcəyi üçün bütün qüvvə və istedadını sərf edən Heydər Əliyev respublikanın hərtərəfli tərəqqisi yolunda yorulmaq bilmədən çalışır və ittifaq rəhbərliyini də "rahat buraxmırdı". Daim öz "müdrik" göstərişlərini verməyə alışan, əvvəllər Bakıdan hər hansı bir təşəbbüs görməyən Moskva artıq Heydər Əliyevin mütəmadi olaraq irəli sürülən, respublikamızın sürətli inkişafına xidmət edən, bir-birindən maraqlı və konstruktiv təkliflərini alırdı.

Azərbaycan rəhbərinin respublika həyatının bütün sahələrində geniş cəbhə boyu apardığı əzəmətli işlər, həyata keçirdiyi genişmiqyaslı layihələr, fövqəladə təşkilatçılıq və quruculuq qabiliyyəti, yenilməz qətiyyəti və misilsiz iradəsi bütün ittifaqa səs salmışdı. Onun nüfuzu sürətlə yüksəlirdi və ittifaq rəhbərliyində bəzilərinin xoşuna gəlmirdi. Amma Heydər Əliyev qətiyyətli olduğu qədər də iradəli insan idi və heç bir qüvvə onu haqq yolundan döndərə bilməzdi.

Heydər Əliyev dühası o qədər zəngin, geniş və əhatəli idi ki, hər yerdə və hər zaman insan həyatının və fəaliyyətinin bütün sahələri üzrə yüksək səviyyəli mütəxəssis kimi çıxış edə bilirdi. O, siyasət sahəsində olduğu kimi, iqtisadiyyat, elm və mədəniyyət, hərb, təhsil və səhiyyə sahələrində də dərin ensiklopedik biliyə malik dahi bir şəxsiyyət idi və öz biliyini, qabiliyyətini xalqının bu gününə həsr etməyi, xoşbəxt gələcəyinə yönəltməyi həyatının mənası hesab edirdi. Heydər Əliyev dahi təfəkkürünün zirvəsindən xalqının gələcəyinin iqtisadi tərəqqidən asılı olduğunu çox gözəl görürdü, odur ki, Azərbaycanın sənaye və kənd təsərrüfatını sürətlə inkişaf etdirir, onların iqtisadi-texniki bazasını gücləndirmək üçün ittifaqın geniş imkanlarından maksimum istifadə edirdi. Heydər Əliyev respublikada iqtisadi inkişafa yüksək diqqət yetirdiyi kimi, sosial rifaha, xalqın yaşayışına da böyük əhəmiyyət verirdi. Azərbaycanda ümumi həyat səviyyəsinin yüksəlməsi və ittifaqda ilk yerlərdən birinə çıxması ona ümumxalq sevgisi ilə bərabər böyük populyarlıq da gətirmişdi.

Ulu öndər hələ sovet dövründə Azərbaycanın gələcək dövlət müstəqilliyini düşünərək, ilkin milli hərbi kadr korpusunu yaratmaq üçün tədbirlər görmüşdü. O, azərbaycanlı gənclərin SSRİ-nin hərbi məktəblərində təhsil almasını təşkil etmiş, Bakıda general Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olmuşdu. Heydər Əliyev Azərbaycan vətəndaşlarının təhsil almasına, savadlanmasına, azərbaycanlı mütəxəssislərin yetişməsinə böyük diqqət, qayğı göstərirdi. Məhz respublikanın uzaqgörən rəhbərinin təşəbbüsü ilə 1970-80-ci illərdə SSRİ-nin Moskva, Leninqrad, o cümlədən onlarla böyük şəhərinin yüzlərlə nüfuzlu ali məktəbində respublikamızda zəruri ehtiyac duyulan ixtisaslar üzrə on mindən artıq azərbaycanlı gənc ali təhsil almışdı. Ulu öndərin "Azərbaycanın milli sərvəti" kimi yüksək qiymətləndirdiyi həmin mütəxəssislərin əksəriyyəti indi müstəqil Azərbaycanın sənaye və kənd təsərrüfatının, elm və mədəniyyətinin, silahlı qüvvələrinin ən müxtəlif sahələrinə bacarıqla rəhbərlik edir, müstəqil dövlətimizə öz töhfəsini verir.

Xalqımızın tarixi-mədəni, ədəbi irsini yüksək dəyərləndirən, onun gələcək nəsillər, mənəvi yaddaşımız üçün qorunub-saxlanmasını xüsusilə vacib sayan Heydər Əliyev Azərbaycanın görkəmli ictimai-siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin mükafatlandırılması, adlarının əbədiləşdirilməsi, heykəllərinin qoyulması, ev-muzeylərinin açılması üçün əlindən gələni əsirgəməmiş, dövrün və dövlətin verdiyi bütün imkanlardan istifadə etmişdir. Soruşmaq olar ki, Heydər Əliyev bu qədər tükənməz qüvvə və enerjini haradan və nədən alırdı? Əlbəttə, vətəninə, xalqına olan dərin və sonsuz məhəbbətdən!

Ötən əsrin 90-cı illəri xalqımızın tarix qarşısında ən ağır sınaq illəri idi-xalqımızın böyük oğlu və dayağı Heydər Əliyev Moskvada tutduğu böyük dövlət vəzifələrindən istefaya göndərilmiş, ev dustağı elan edilmişdi. Düşmənlərimiz tərəfindən zaman-zaman təcavüzə məruz qalmış Azərbaycan yenə də dağıdılaraq tarixin səhifəsindən silinmək təhlükəsi ilə üzləşmişdi. Məhz xalqının ən ağır günlərindən birində - 1990-cı ilin qanlı Yanvar hadisələrindən dərhal sonra bütün siyasi qadağalara, təhlükələrə baxmayaraq, ağır xəstəlikdən yenicə ayağa qalxmış Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gələrək xalqına başsağlığı vermiş, törədilmiş qanlı faciəyə siyasi qiymət vermişdi.

Böyük siyasətçi 20 Yanvar faciəsini beynəlxalq hüququn prinsiplərinə, insanlığa, mənəviyyata, hətta Sovet İttifaqının elan etdiyi "yenidənqurma"ya zidd olan bir cinayət əməli kimi qiymətləndirmişdi. İttifaq və dünya mətbuatı həmin cəsarətli çıxışı "sovet dönəminin görkəmli siyasi və ictimai xadimi Heydər Əliyev böyük siyasətə qayıdır" kimi dəyərləndirmişdi.

Bəli, görkəmli siyasətçi Heydər Əliyev 1990-cı ildə böyük siyasətə qayıtdı və zəngin dövlətçilik təcrübəsini, misilsiz idarəçilik qabiliyyətini Azərbaycanın böhranlardan çıxmasına, xalqının rifahına sərf etmək istədi. Amma bütün ömrünü həsr etdiyi, qurduğu, yaratdığı, daş-daş, bina-bina ucaltdığı Bakıda ona yer tapılmadı. Həmin dövrdə Azərbaycanın paytaxt şəhərində hakimiyyətdə milli mənafeyə xəyanət edənlər, xalqın maraqlarını cılız ambisiyalarına qurban verənlər meydan sulayırdı. Heydər Əliyev doğma Naxçıvana getməyə qərar verdi. Naxçıvan Böyük oğlunu öz adına və övladına layiq səmimiyyətlə, duz-çörəklə qarşıladı. Xalqın dəstəyinə arxalanan ulu öndər də qollarını çırmadı, özünə məxsus enerji və müdrikliklə işə başladı, kiçik Naxçıvanın böyük problemlərinin həlli üçün səbrlə və tədbirlə yollar aradı.

1990-cı ilin noyabrın 17-də muxtar respublikanın ali qanunvericilik orqanında ulu öndərin təşəbbüsü ilə Azərbaycanın üçrəngli bayrağı qaldırıldı. Elə o vaxtdan müstəqilliyimizin real əsası qoyuldu, muxtar respublikanın adından "sovet sosialist" sözləri çıxarıldı. Sərhəd dirəklərinin söküldüyü gün - 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi. Blokada şəraitində olan Naxçıvanın müdafiəsini təmin etmək məqsədilə Müdafiə Komitəsi yaradıldı, erməni hücumlarının qarşısı alındı. 1991-ci ilin martında Moskvanın SSRİ-ni saxlamaq üçün keçirdiyi və o vaxtkı Azərbaycan rəhbərliyinin dəstəklədiyi bədnam referendum Naxçıvan Muxtar Respublikasında boykot olundu. Respublikada ilk dəfə olaraq Naxçıvanda sovet ordu hissələri bütün əmlakını qoyaraq muxtar respublikanın ərazisindən çıxarıldı. Heydər Əliyevin gərgin diplomatik fəaliyyəti qonşu Türkiyə və İranla münasibətləri yaxşılaşdırmağa və blokada şəraitində yaşayan Naxçıvanın sosial-iqtisadi problemlərini aradan qaldırmağa imkan verdi. Sədərəkdə Naxçıvanı Türkiyə ilə birləşdirən "Ümid körpüsü" adlı həyati əhəmiyyətli körpü salındı. İranla sərhəddə keçid və ticarət məntəqələri yaradıldı. Belə bir mürəkkəb şəraitdə 1991-ci il sentyabrın 3-də Heydər Əliyev muxtar respublikanın Ali Məclisinin sədri seçildi.

Böyük siyasətçi və görkəmli dövlət xadimi olan Heydər Əliyevin nüfuzu nəinki Naxçıvanda, bütün Azərbaycanda günbəgün artırdı. Bundan qorxuya düşən AXC - Müsavat hakimiyyəti 1992-ci il oktyabrın 24-də Naxçıvanda silahlı çevriliş etməyə, Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd göstərdi. Lakin xalq öz Böyük oğlunu müdafiə etdi, onunla birlikdə olduğunu bir daha sübuta yetirdi. Xalq-Heydər Əliyev birliyi Naxçıvanda dövlət çevrilişinə cəhdin qarşısını aldı. Bu dönəmdə respublikada gedən prosesləri və baş verə biləcək təhlükələri qabaqcadan görən Azərbaycan ziyalıları Heydər Əliyevə "Azərbaycan Sizin sözünüzü gözləyir" adlı müraciət ("Səs" qəzeti, 24 oktyabr, 1992-ci il) qəbul etdilər: "Möhtərəm Heydər Əliyev! Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan sözün əsl mənasında siyasi, iqtisadi böhran keçirir. Bunun da əsas səbəbi respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, "real vəziyyətə uyğun fəaliyyət" göstərməklə əslində iflic vəziyyətinə düşmüşdür. Bir çox dövlət orqanları heç bir hüquqi əsas olmadan yaradılıb fəaliyyət göstərir. Ən dəhşətlisi budur ki, siyasi və iqtisadi sistemdə əsaslı islahatlar aparılmır." Müraciətdə mövcud ictimai-siyasi duruma obyektiv qiymət verildiyi kimi, çıxış yolu da göstərilir, ümummilli liderdən Azərbaycanın sağlam qüvvələrini toplamaq və respublikanı siyasi-iqtisadi böhranlardan çıxaracaq bir siyasi təşkilat yaratmaq xahiş olunurdu. "91-lər"in müraciətinin sonunda deyilirdi: "Möhtərəm Heydər Əliyev, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs sizsiniz".

AXC - Müsavat hakimiyyəti bu müraciətlə çıxış edənlərə qarşı da təxribatlar törətməkdən, təzyiqlər etməkdən çəkinmir, çirkin əməllərə əl atırdı. Belə bir çətin vəziyyətdə xalqın gələcək taleyinə biganə qala bilməyən insanlar-ziyalılar, ağsaqqallar, sadə əmək adamları 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirdilər. Müdrik, uzaqgörən xalqımız möhtərəm Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini həll etmək niyyətini göstərdi. Yalnız Heydər Əliyev kimi ölkədə böyük nüfuzu, zəngin dövlətçilik təcrübəsi olan nəhəng siyasətçi Azərbaycanın mövcud problemlərini həll edə bilərdi, hamı bu həqiqəti bütün varlığı ilə dərk edirdi. Bu sadə həqiqəti yalnız AXC-Müsavat hakimiyyəti dərk etmirdi. Vaxt isə gedirdi, ölkə tənəzzül etməkdə, xarici təcavüz güclənməkdə idi. Bu zaman Gəncədə daxili irticanın baş qaldırması və AXC liderlərinin yalnız hakimiyyəti üçün deyil, həm də həyatları üçün real təhlükənin yaranması vəziyyəti dəyişdi, hakimiyyəti ümummilli liderə müraciət etməyə vadar etdi. 1993-cü ildə Prezident Ə.Elçibəy xalqın tələbi ilə Heydər Əliyevi Naxçıvandan Bakıya - hakimiyyətə dəvət edəndə, artıq öz hakimiyyətini itirmişdi, ölkədə, faktiki olaraq, vətəndaş müharibəsi gedirdi. Amma ulu öndər bir an da tərəddüd etmədi, çünki söhbət hakimiyyətin yox, xalqın taleyindən gedirdi, o, özünün müqəddəs xilaskarlıq missiyasını yerinə yetirməli idi.

Heydər Əliyev bəyan etmişdir ki, "1991-ci ildə müstəqilliyi elan etmək çətin bir məsələ deyildi. Çünki bu, tarixi zərurətdən irəli gəlmiş bir hadisə idi. SSRİ dağılırdı, istəsən də, istəməsən də sən öz respublikanın aqibətini müəyyən etməli idin. Burada da müstəqillikdən savayı başqa yol yox idi. Amma bu müstəqilliyi qoruyub saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi". Müstəqillik yoluna qədəm qoymuş respublikamızın qarşısında tarixi vəzifələr dururdu. Tarix bu vəzifələrin yerinə yetirilməsi üçün ölkənin intellektual, sosial-iqtisadi potensialının, ictimai-siyasi qüvvələrinin səfərbərliyə alınmasını və səmərəli istifadə olunmasını tələb edirdi. Eyni zamanda, müstəqilliyin inkişaf etdirilməsi, dövlətin gücləndirilməsi üçün ümummilli liderin qeyd etdiyi kimi, mənəvi-ideoloji, iqtisadi-sosioloji baxımdan möhkəm əsaslar mövcud idi. Həm Azərbaycan Xalq Cümhuriyyətinin elan etdiyi bəşəri ideyalar öz əhəmiyyətini saxlayır, həm də sivilizasiyaların, müxtəlif maraqların qovuşuğunda yerləşən, təbii ehtiyatlarla zəngin olan ölkəmizin yeni dövrdə Avropa məkanına can atmaq istəyinə uyğun gəlirdi. Bütün bu tarixi vəzifələrin öhdəsindən gələ biləcək, dövlətin taleyini həll etmək məsuliyyətini öz üzərinə götürəcək tarixi bir şəxsiyyətə, ümummilli liderə ehtiyac var idi. Bəli, Azərbaycanın böhranlardan çıxarılması, vətəndaş müharibəsinin dayandırılması, müstəqil dövlətin qurulması, inkişaf etdirilməsi, demokratik bir respublika kimi yaşaması və fəaliyyət göstərməsi, dövlətə xas olan bütün atributlarının formalaşması, bunun üçün siyasi və iqtisadi islahatların həyata keçirilməsi kimi mürəkkəb, taleyüklü məsələlərin həllinə yalnız Heydər Əliyev dühası qadir idi. Ancaq Heydər Əliyev müstəqil Azərbaycanın maraqlarına və beynəlxalq normalara cavab verən müasir idarəçilik sistemi yarada bilərdi.

Heydər Əliyev vətənini odlu bir məhəbbətlə sevən, qəlbinin hökmü, dünyaya səs salan böyük intellektinin gücü, bütünlüklə orduya çevrilmiş xalqının dəstəyi sayəsində öz xilaskarlıq missiyasını yerinə yetirdi, yalnız böyük ordu gücünə qarşısı alına biləcək çox ağır və dəhşətli bir fəlakəti öz böyük dühası, siyasi qətiyyəti və iradəsi, müdrik və hünərli siyasəti ilə dəf etdi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ilə yenicə müstəqilliyini qazanmış respublika xaosdan, vətəndaş müharibəsindən, dövlətçiliyini itirmək təhlükəsindən xilas oldu. O dövrdə xarici təcavüzə məruz qalmış Azərbaycanda nizami ordu yox idi, amma hər imkanlı adamın, nüfuzlu təşkilatın bir silahlı dəstəsi vardı, hər silahlı dəstəsi olan isə hakimiyyətə can atırdı. Bu silahlı dəstələr də cəbhəyə getmək, düşmənlə müharibə etmək əvəzinə öz aralarında mübarizə aparır, siyasi sifarişləri yerinə yetirirdi. Odur ki, ümummilli lider ilk növbədə ölkəni başına almış, xalqın canına qorxu salmış qanunsuz silahlı dəstələri ləğv etməyə qərar verdi. Qeyd etmək lazımdır ki, bu, vacib olduğu qədər də təhlükəli bir iş idi. Silahlı dəstələr hər an silahı dövlətə, qanuni hakimiyyətə qarşı çevirə bilərdi. İşdə də belə oldu, 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında Azərbaycanda silahlı dövlət çevrilişi cəhdləri oldu. Heydər Əliyev özünün siyasi iradəsi və müdrik siyasəti ilə Azərbaycanı qeyri-qanuni dövlət çevrilişi cəhdlərindən və baş verəcək daha ağır faciələrdən xilas etdi. Xalq-Heydər Əliyev birliyi bir daha dövlət çevrilişi cəhdlərinin qarşısını aldı.

Heydər Əliyevin dövlətçiliyimiz qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil Azərbaycanın uğurlu neft strategiyasını hazırlayaraq həyata keçirməsidir. Yeni neft strategiyasının həyata keçirilməsi ulu öndərin gərgin əməyi və uzaqgörən siyasəti sayəsində ölkədə sosial-siyasi sabitliyin yaradılması və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəsin əldə edilməsi nəticəsində mümkün oldu. Heydər Əliyev dühası Dağlıq Qarabağ münaqişəsinin həllini hərb müstəvisindən sülh müstəvisinə, silahlı mübarizədən iqtisadi mübarizəyə gətirdi. 1994-cü ilin sentyabrında dünyanın aparıcı neft şirkətləri ilə ARDNŞ arasında "Azəri", "Çıraq" və "Günəşli" neft yataqlarının müştərək işlənməsi haqqında "Əsrin müqaviləsi" bağlandı və Azərbaycanın yeni neft erası başlandı. "Əsrin müqaviləsi"ndən sonra onlarla neft sazişi imzalandı və Milli Məclisdə ratifikasiya olunaraq qanun statusu aldı. Bu sazişlərin Azərbaycana gətirdiyi 10 milyardlarla dollar sərmayələr isə iqtisadi tərəqqinin əsasını qoydu. Heydər Əliyevin müdrik siyasəti və qətiyyəti sayəsində Azərbaycan qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi nəhəng beynəlxalq layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Ümummilli lider qardaş Türkiyə və qonşu Gürcüstanın beynəlxalq layihələrə cəlb olunmasına, düşmən Ermənistanın isə onlardan, deməli həm də iqtisadi inkişafdan kənarda qalmasına nail oldu.

Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ilin noyabrında ümumxalq referendumu yolu ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası respublikamızın demokratik, hüquqi, dünyəvi dövlət olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi müəyyənləşdirdiyini elan etdi. Eyni zamanda çoxpartiyalı əsasda demokratik parlament seçildi və ölkədə hüquqi, siyasi, iqtisadi islahatların aparılması üçün qanunvericilik bazasının yaradılmasına start verildi. Beləliklə, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda ümumbəşəri dəyərlərə istinad edən, öz milli xüsusiyyətlərini, adət-ənənələrini qoruyan, amma Avropaya, sivil dünyaya inteqrasiya edən hüquqi-demokratik dövlətin quruculuğu başlandı, vətəndaş cəmiyyətinin əsası qoyuldu. Milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, cəmiyyətin demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli tədbirlər görüldü.

Heydər Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət, 40-dan çox xarici ölkəyə etdiyi səfərlər, keçirdiyi görüşlər müstəqil dövlətimizə bütün dünyada nüfuz qazandırdı. Ulu öndər xarici siyasətdə sərt hərəkətlərə, gözlənilməz dəyişikliklərə heç vaxt yol vermir, hər zaman tarazlığı və ardıcıllığı qoruyub saxlayırdı. O, əsrinin mahir diplomatlarından biri kimi xarici siyasəti zərgər dəqiqliyi ilə qurur və həyata keçirirdi. Heydər Əliyev Rusiya ilə Azərbaycan arasında sıx əlaqələri saxlamaq şərtilə Amerika-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldırmağa, eyni zamanda qonşu İranla münasibətləri yaxşılaşdırmağa nail oldu. Azərbaycanın sivil dünyaya inteqrasiyası prosesi başlandı. Gənc dövlətimiz qısa bir müddət ərzində Birləşmiş Millətlər Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, İslam Konfransı Təşkilatının, MDB-nin, Türk Dövlətlər Birliyinin, Qara Dəniz Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının üzvü oldu, Avropa İttifaqı və NATO ilə əməkdaşlıq mərhələsi başlandı. Ulu öndərin əzəmətli səsi bütün bu nüfuzlu beynəlxalq qurumların tribunalarından ucaldı, Azərbaycanın problemləri, nailiyyətləri haqqında həqiqətlər bütün dünyaya yayıldı.

Ulu öndər sübut etdi ki, tarixin ən çətin, məsuliyyətli anlarında Azərbaycanın milli mövcudluğunu yaşatmaq, adını bütün dünyada ucaltmaq kimi ağır, məsuliyyətli və şərəfli işi öz üzərinə götürməyə və müvəffəqiyyətlə sona yetirməyə həmişə qadir şəxsiyyətdir. Heydər Əliyev XX əsrin tarixinə həm də Azərbaycanın birliyinin və vahidliyinin təcəssümü kimi daxil olmuşdur. Məhz onun uzaqgörən diplomatik siyasəti nəticəsində Azərbaycan diasporunu təşkilatlandırmaq və dünya azərbaycanlılarının birliyinə nail olmaq mümkün olmuşdur. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin səmərəli və əzmkar fəaliyyəti sayəsində strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən praktiki siyasət sahəsinə çevrilmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması məhz Heydər Əliyev dühasının müdrik siyasəti və uzaqgörənliyi nəticəsində mümkün olmuşdur.

Xalq üçün görülən əzəmətli, taleyüklü işlər, əldə olunan parlaq nailiyyətlər Heydər Əliyev siyasi məktəbini də inkişaf etdirdi, Azərbaycan siyasətində, idarəetmə sistemində aparıcı bir istiqamətə çevirdi. Azərbaycanın yeni lideri İlham Əliyev də bir siyasətçi kimi bu məktəbdə yetişdi, yüksəldi, xalqın hörmətini, məhəbbətini qazandı. Ümummilli lider bütün mənalı həyatını xalqına həsr etməklə kifayətlənmədi, xalqının gələcəyini düşündü, müdrik Heydər Əliyev siyasətini davam etdirəcək, xalqın taleyini təyin etmək kimi şərəfli və məsuliyyətli vəzifəni öz üzərinə götürəcək yeni lideri - Prezident İlham Əliyevi yetişdirdi və Azərbaycan xalqının xidmətinə verdi. 2003-cü ilin prezident seçkiləri bir daha göstərdi ki, Azərbaycan xalqı ümummilli liderin siyasi kursuna sadiqdir və bu kursun dövlətçiliyin təhlükəsiz şəraitdə inkişafına imkan verən yeganə strateji seçim olduğunu bütün varlığı ilə qəbul edir. Bu seçkilərdə Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi İlham Əliyevin mütləq səs çoxluğu ilə qalib gəlməsi və Azərbaycan Prezidenti seçilməsi Heydər Əliyev siyasətinin növbəti qələbəsi idi.

"Mən bütün azərbaycanlıların Prezidenti olacağam" deyən İlham Əliyev prezidentliyinin birinci müddəti ərzində seçkiqabağı platformasının bütün istiqamətləri üzrə xalqa verdiyi vədləri uğurla yerinə yetirir, sözü ilə əməlinin bir olduğunu sübut edir. Möhtərəm Prezidentin müdrik, inamlı, son dərəcə cəsarətli daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik şəkildə inkişaf edir, əhalinin sosial rifahı gündən-günə yaxşılaşır, iqtisadi-siyasi sabitlik dönməz xarakter alır, Vətənimizin siyasi-iqtisadi nüfuzu və çəkisi dünyada ildən-ilə artır. Ermənistan artıq Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatı kimi mötəbər beynəlxalq qurumlar tərəfindən işğalçı ölkə kimi tanınmış, Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Bütün bunlar Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla həyata keçirilən Heydər Əliyev siyasətinin təntənəsidir. Xalqın gözü tərəzidir deyirlər, Azərbaycan xalqı bütün bu nailiyyətləri, möhtərəm Prezidentin Azərbaycan üçün və Azərbaycanın gələcəyi üçün etdiklərini, milli maraqlar naminə yorulmaz fəaliyyətini görür və yüksək qiymətləndirir. Heç şübhə yoxdur ki, müdrik xalqımız öz sözünü qarşıdan gələn 2008-ci ilin prezident seçkilərində qətiyyətlə deyəcək və dahi Heydər Əliyevin ən layiqli davamçısı, xalqımızın sevimli oğlu İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçəcəkdir.

Ziya YUSİFZADƏ,
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin
Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant

MƏQALƏLƏR
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının 10 illik yubileyi təntənə ilə qeyd edilmişdir
Vətənə xidmət akademiyası (“Azərbaycan” qəzeti, 04.12.2008)
Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir (“Мир женщины”/“Qadın dünyası”/“Woman's world” qəzeti 2-15.05.2008)
85 ilin zirvəsindən görünən həqiqətlər (“Azərbaycan” qəzeti, 10.05.2008)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi ilə bağlı milli təhlükəsizlik orqanları bir sıra tədbirlər keçirmişlər (“Azərbaycan” qəzeti, 10.05.2008)
Azərbaycanın təhlükəsizlik strategiyası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır (“Azərbaycan” qəzeti, 08.05.2008)
Azərbaycanın milli mənafelərinin qorunmasında milli təhlükəsizlik orqanları böyük rola malikdir (“Azərbaycan” qəzeti, 31.03.2008)
Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının X iclası keçirilmişdir (“Azərbaycan” qəzeti, 19-20 noyabr 2007-ci il)
Azərbaycan alimləri: “Voyçex Pastuşkanın ermənilərin Ağdamda apardığı arxeoloji qazıntıları “siyasi qazıntılar” adlandırması erməni saxtakarlarının iç üzünü açan sərrast elmi qiymətdir” (“APA”, 11.07.2007)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Sərhəd Qoşunları fakültəsinin növbəti buraxılışı olmuşdur (“AzərTAc”, 07.07.2007)
Qara Bağdan açıqca («Wyborczej» qəzeti (Polşa) 17.04.1998 – 18.04.1998) (Azərbaycan, rus və polyak dillərində)
NATO-Azərbaycan əməkdaşlığında Milli Təhlükəsizlik Nazirliyinin rolu (“Diplomatiya və Hüquq” jurnalı, №1 (007) aprel 2007)
Azərbaycanın müstəqilliyinin qorunmasında milli təhlükəsizlik orqanlarının xidməti xüsusi qeyd edilmişdir (“Azərbaycan” qəzeti, 28.05.2007)
“ABŞ Konqresinin 106-cı qətnaməsinə dair. Uydurma “erməni genosidinin” tanınmasına dair bir neçə kəlmə” (rus dilində) («Эхо» qəzeti, 21.04.2007)
“Böyük yalan: erməni genosidinə dair mif” (газета
Dövlət İdarəçilik Akademiyasında milli təhlükəsizlik orqanlarının yaradılmasının 88 illiyi ilə əlaqədar tədbir keçirilmişdir ("Azər Tac",19.03.2007)
Azərbaycan təhlükəsizlik orqanlarının 88 illiyi Yasamal rayonunda da qeyd edilmişdir ("Azər Tac",19.03.2007)
MTN milli maraqların və dövlətçiliyin sədaqətli müdafiəçisidir ("Azər Tac",19.03.2007)
Xocali Faciəsi Dünyada Törədilmiş Ən Ağir Cinayət və Soyqırımıdır (“Azər Tac”,24.02.2007)
Transmilli Mütəşəkkil Cinayətkarliqla Mübarizədə Uğurlu Mərhələ («Azərbaycan» qəzeti, 23.02.2007)
Milli Təhlükəsizliyimizin Etibarli Təminatçisi ("Azərbaycan",12.01.2007)
Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir («The Patriot» qəzeti - İslamabad, 27.11.2006)
Eldar Mahmudov, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant: «Prezident İlham Əliyevin siyasi kursu milli təhlükəsizliyimizi təmin edir»
Eldar Mahmudov, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri, general-leytenant:
Almaniya Federal Kəşfiyyat Xidmətinin nümayəndə heyətinin Azərbaycana səfəri (13.08.2005)
Etibarlı milli təhlükəsizliyə aparan yol (“Respublika” qəzeti 15.06.2005)
Almaniya Bundestaqı nümayəndə heyətinin Azərbaycana səfəri (24.05.05 “AzərTac”)
Millətə xidmət üçün yaranmış insan (09.05.2005 “Xalq qəzeti”)
Вклад Азербайджана в Великую Победу (Москва 2005)
Quba soyqırımı, yaxud ruhların kəsilməyən fəryadı (23.04.2005 “Azərbaycan”)
Bakida “Cənubi Qafqazda köçkün düşmüş əhali” mövzusunda Beynəlxalq seminar keçirilmişdir
1918-1920-ci illərdə türk-müsəlman soyqırımları (“Azərbaycan” 01-02. 04.2005)
Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının əməkdaşları peşə bayramlarını qeyd etmişlər («Azərbaycan», 29.03.05)
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətinə (28.03.2005)
Milli təhlükəsizlik orqanlarının yaradılmasının 86 illiyinə həsr olunmuş görüş keçirilmişdir («Azərbaycan», 27.03.05)
Milli Qəhrəmanın xatirəsinə ehtiram («Azərbaycan», 27.03.05)
Məktəbdə yubiley tədbiri («Azərbaycan», 27.03.05)
Vətənin təhlükəsizlik sipəri (Əlimusa Əliyev, «Respublika», 26.03.05)
Azərbaycan Təhlükəsizlik Orqanlarinin 86 Illiyi Münasibətilə Görüş Keçirilmişdir («Respublika», 26.03.05)
Milli təhlükəsizliyin hərtərəfli təminatına nail olmalıyıq («Azərbaycan», 26.03.05)
Prezident İlham Əliyevin MTN-in bir qrup əməkdaşına mükafatları təqdim etmə mərasimi («Azərbaycan», 17.03.05)
Şərəfli ömür yolu (Xatirə Tağıyeva, «Respublika» 25.01.05)
Sonradan qəhrəman olmurlar, anadan qəhrəman doğulurlar (Xatirə Tağıyeva, Esmira Şükürova, «Respublika», 19.12.04)
«Erməni cinayətləri» - yeni kitab erməni daşnaqlarının azərbaycanlılara qarşı soyqırımından bəhs edir (Şəhla Tahirqızı, «Yeni Azərbaycan», 02.12.04)
O əsil qəhrəman idi (Xatirə Tağıyeva, «Azərbaycan», 09.04.04)
Mən ölmək istəmirəm (Pakizə Bəşirova, «Sərhəd». 1-15.09.99)
Ölümünə inanmırıq (Pakizə Bəşirova «Sərhəd», 28.03.99)
Şəhid Nadir (Cəlal Qasımov, Adil Babayev, «Sərhəd», 29.06.93)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına Döyüş Bayrağının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasim
Milli Təhlükəsizlik orqanlarinin əməkdaşlari peşə bayramlarini qeyd etmişlər (Azərtac)
Şəkidə təhlükəsizlik orqanlarinin yaradilmasinin ildönümü geniş qeyd olundu
Sumqayıtda respublika təhlükəsizlik orqanlarının 87-ci ildönümü qeyd olunmuşdur (AzərTAC)
Vətənin təhlükəsizliyini qorumaqdan şərəfli vəzifə ola bilməz
Erməni "xalq nağılları" ( «Каспи» qəzeti, 07.10.2006)
ГЕНОЦИД = КАКА или сила слов
Армянский сепаратизм на Южном Кавказе (журнал «Дирчелиш XXI аср», 104-105/2006)