az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
KİTABXANA
Nəşrlər
Müsahibələr
Məqalələr
Məktublar
Məktəbdə yubiley tədbiri

Milli təhlükəsizlik orqanlarının yaradılmasının 86-cı ildönümü münasibətilə Suraxanı rayonunda Milli Qəhrəman Nadir Əliyevin adını daşıyan 282 nömrəli orta məktəbdə tədbir keçirilmişdir.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Natiq Mehdiyevin, MTN-in yerli şöbəsinin rəisi Vahid Zeynalovun, Milli Təhlükəsizlik Nazirliyinin veteranlarının, rayon ictimaiyyəti nümayəndələrinin, məktəbin müəllim və şagird kollektivinin iştirak etdikləri tədbiri Milli Qəhrəmanın adını daşıyan təhsil ocağının direktoru Əzim Cəfərov açdı. O dedi ki, məktəbin kollektivi Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı, Ağdam uğrunda gedən döyüşlərdə şəhid olmuş Nadir Əliyevin adını həmişə uca tutur, təhsildə əldə etdiyi uğurlarla ona layiq olmağa çalışır.

Məktəblilərin ifasında dövlət himni səsləndikdən sonra şagirdlər vətəni, dövləti, azadlığı tərənnüm edən şerlər və mahnılar ifa etdilər.

Görüşdə çıxış edən natiqlər milli təhlükəsizlik orqanlarının yarandığı gündən müasir dövrümüzə qədər keçdiyi çətin və şərəfli tarixə nəzər saldılar. Nadir Əliyevin silahdaşları Milli Qəhrəmanın qısa və şərəfli ömür yolundan söhbət açdılar. MTN-in veteranları istefada olan polkovniklər Arif Zeynalov və Əli Orucov çıxış edərək Milli Təhlükəsizlik Nazirliyinin son dövrlərdə həyata keçirdiyi əməliyyat tədbirlərinin, xüsusilə də «Qara Kəmər» əməliyyatının respublika ictimaiyyətində dərin razılıq hissini doğurduğunu vurğuladılar. Qeyd etdilər ki, bu Milli Təhlükəsizlik Nazirliyi hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyinin və müstəqil dövlətimizin keşiyində ayıq-sayıq dayanmışdır. Prezident İlham Əliyevin apardığı uğurlu kadr siyasəti öz bəhrəsini vermişdir.

MTN əməkdaşı Elşad Əliyev Milli Qəhrəman Nadir Əliyevlə bağlı xatirələrini danışdı.

Belə görüşlərini gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Natiq Mehdiyev MTN əməkdaşlarını peşə bayramları münasibətilə təbrik etdi, onlara işlərində uğurlar arzuladı.

Tədbirin sonunda MTN Suraxanı rayon şöbəsinin rəisi Vahid Zeynalov bir ədəd müasir kompüter dəstini və Nadir Əliyevin şərəfli döyüş yolunu əks etdirən fotostendi milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun adından məktəbə hədiyyə etdi. Milli Qəhrəman Nadir Əliyevin ailəsi və məktəbin rəhbərliyi göstərilən diqqət və qayğıya görə MTN rəhbərliyinə təşəkkürlərini bildirdilər.

"Azərbaycan", 27 mart 2005-ci il

MƏQALƏLƏR
Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının X iclası keçirilmişdir (“Azərbaycan” qəzeti, 19-20 noyabr 2007-ci il)
Azərbaycan alimləri: “Voyçex Pastuşkanın ermənilərin Ağdamda apardığı arxeoloji qazıntıları “siyasi qazıntılar” adlandırması erməni saxtakarlarının iç üzünü açan sərrast elmi qiymətdir” (“APA”, 11.07.2007)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Sərhəd Qoşunları fakültəsinin növbəti buraxılışı olmuşdur (“AzərTAc”, 07.07.2007)
Qara Bağdan açıqca («Wyborczej» qəzeti (Polşa) 17.04.1998 – 18.04.1998) (Azərbaycan, rus və polyak dillərində)
NATO-Azərbaycan əməkdaşlığında Milli Təhlükəsizlik Nazirliyinin rolu (“Diplomatiya və Hüquq” jurnalı, №1 (007) aprel 2007)
Azərbaycanın müstəqilliyinin qorunmasında milli təhlükəsizlik orqanlarının xidməti xüsusi qeyd edilmişdir (“Azərbaycan” qəzeti, 28.05.2007)
“ABŞ Konqresinin 106-cı qətnaməsinə dair. Uydurma “erməni genosidinin” tanınmasına dair bir neçə kəlmə” (rus dilində) («Эхо» qəzeti, 21.04.2007)
“Böyük yalan: erməni genosidinə dair mif” (газета
Dövlət İdarəçilik Akademiyasında milli təhlükəsizlik orqanlarının yaradılmasının 88 illiyi ilə əlaqədar tədbir keçirilmişdir ("Azər Tac",19.03.2007)
Azərbaycan təhlükəsizlik orqanlarının 88 illiyi Yasamal rayonunda da qeyd edilmişdir ("Azər Tac",19.03.2007)
MTN milli maraqların və dövlətçiliyin sədaqətli müdafiəçisidir ("Azər Tac",19.03.2007)
Xocali Faciəsi Dünyada Törədilmiş Ən Ağir Cinayət və Soyqırımıdır (“Azər Tac”,24.02.2007)
Transmilli Mütəşəkkil Cinayətkarliqla Mübarizədə Uğurlu Mərhələ («Azərbaycan» qəzeti, 23.02.2007)
Milli Təhlükəsizliyimizin Etibarli Təminatçisi ("Azərbaycan",12.01.2007)
Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir («The Patriot» qəzeti - İslamabad, 27.11.2006)
Eldar Mahmudov, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant: «Prezident İlham Əliyevin siyasi kursu milli təhlükəsizliyimizi təmin edir»
Eldar Mahmudov, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri, general-leytenant:
Almaniya Federal Kəşfiyyat Xidmətinin nümayəndə heyətinin Azərbaycana səfəri (13.08.2005)
Etibarlı milli təhlükəsizliyə aparan yol (“Respublika” qəzeti 15.06.2005)
Almaniya Bundestaqı nümayəndə heyətinin Azərbaycana səfəri (24.05.05 “AzərTac”)
Millətə xidmət üçün yaranmış insan (09.05.2005 “Xalq qəzeti”)
Вклад Азербайджана в Великую Победу (Москва 2005)
Quba soyqırımı, yaxud ruhların kəsilməyən fəryadı (23.04.2005 “Azərbaycan”)
Bakida “Cənubi Qafqazda köçkün düşmüş əhali” mövzusunda Beynəlxalq seminar keçirilmişdir
1918-1920-ci illərdə türk-müsəlman soyqırımları (“Azərbaycan” 01-02. 04.2005)
Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının əməkdaşları peşə bayramlarını qeyd etmişlər («Azərbaycan», 29.03.05)
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətinə (28.03.2005)
Milli təhlükəsizlik orqanlarının yaradılmasının 86 illiyinə həsr olunmuş görüş keçirilmişdir («Azərbaycan», 27.03.05)
Milli Qəhrəmanın xatirəsinə ehtiram («Azərbaycan», 27.03.05)
Məktəbdə yubiley tədbiri («Azərbaycan», 27.03.05)
Vətənin təhlükəsizlik sipəri (Əlimusa Əliyev, «Respublika», 26.03.05)
Azərbaycan Təhlükəsizlik Orqanlarinin 86 Illiyi Münasibətilə Görüş Keçirilmişdir («Respublika», 26.03.05)
Milli təhlükəsizliyin hərtərəfli təminatına nail olmalıyıq («Azərbaycan», 26.03.05)
Prezident İlham Əliyevin MTN-in bir qrup əməkdaşına mükafatları təqdim etmə mərasimi («Azərbaycan», 17.03.05)
Şərəfli ömür yolu (Xatirə Tağıyeva, «Respublika» 25.01.05)
Sonradan qəhrəman olmurlar, anadan qəhrəman doğulurlar (Xatirə Tağıyeva, Esmira Şükürova, «Respublika», 19.12.04)
«Erməni cinayətləri» - yeni kitab erməni daşnaqlarının azərbaycanlılara qarşı soyqırımından bəhs edir (Şəhla Tahirqızı, «Yeni Azərbaycan», 02.12.04)
O əsil qəhrəman idi (Xatirə Tağıyeva, «Azərbaycan», 09.04.04)
Mən ölmək istəmirəm (Pakizə Bəşirova, «Sərhəd». 1-15.09.99)
Ölümünə inanmırıq (Pakizə Bəşirova «Sərhəd», 28.03.99)
Şəhid Nadir (Cəlal Qasımov, Adil Babayev, «Sərhəd», 29.06.93)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına Döyüş Bayrağının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasim
Milli Təhlükəsizlik orqanlarinin əməkdaşlari peşə bayramlarini qeyd etmişlər (Azərtac)
Şəkidə təhlükəsizlik orqanlarinin yaradilmasinin ildönümü geniş qeyd olundu
Sumqayıtda respublika təhlükəsizlik orqanlarının 87-ci ildönümü qeyd olunmuşdur (AzərTAC)
Vətənin təhlükəsizliyini qorumaqdan şərəfli vəzifə ola bilməz
Erməni "xalq nağılları" ( «Каспи» qəzeti, 07.10.2006)
ГЕНОЦИД = КАКА или сила слов
Армянский сепаратизм на Южном Кавказе (журнал «Дирчелиш XXI аср», 104-105/2006)