az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
KİTABXANA
Nəşrlər
Müsahibələr
Məqalələr
Məktublar
Azərbaycanın təhlükəsizlik strategiyası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır (“Azərbaycan” qəzeti, 08.05.2008)

Azərbaycanın təhlükəsizlik strategiyası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Mayın 7-də Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ümummilli liderin 85 illik yubileyinə həsr olunmuş mərasim keçirilmişdir.
Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudova şəxsi heyətin hazırlığı barədə raport verildikdən sonra ulu öndərin akademiyanın həyətində ucaldılmış abidəsi önünə güllər qoyulmuş, Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.

Nazir Eldar Mahmudov şəxsi heyət qarşısında çıxış etmişdir. O, ulu öndərin Azərbaycanın tarixinə parlaq şəxsiyyət kimi daxil olduğunu, Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi fəaliyyəti, xalqın maraqlarına sıx bağlı olması ilə ümummilli lider adını qazandığını bildirmişdir.

Heydər Əliyevin fəaliyyətinin geniş və çoxşaxəli olduğunu deyən nazir Azərbaycanın təhlükəsizliyi və sabitliyi naminə ulu öndərin gördüyü işlərdən danışmışdır. Bildirmişdir ki, Heydər Əliyevin zəngin həyat yolu əvvəldən ölkənin təhlükəsizliyi ilə sıx bağlı olmuşdur. Qürur duyuruq ki, belə böyük şəxsiyyət 25 ildən artıq müddətdə məhz təhlükəsizlik orqanlarında çalışmış və onun rəhbəri olmuşdur. Heydər Əliyev əks-kəşfiyyata rəhbərlik etdiyi 1956-1964-cü illərdə, xüsusilə də, Dövlət Təhlükəsizlik Komitəsinin rəhbərliyinə irəli çəkildiyi 1965-1969-cu illərdə Azərbaycanın təhlükəsizlik orqanlarının milli prioritetlərini müəyyən etməyə başlamışdır. Bu orqana milli kadrların cəlb edilməsi və irəli çəkilməsi ilə gələcək milli təhlükəsizlik sisteminin formalaşması üçün zəmin yaratmışdır. Məhz Heydər Əliyevin dönmədən apardığı siyasət nəticəsində təhlükəsizlik orqanlarında azərbaycanlıların xüsusi çəkisi sürətlə artmağa başlamışdır.

Görkəmli dövlət xadimi Heydər Əliyevin müasir Azərbaycanın tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi müdrik və uğurlu siyasət barədə ətraflı məlumat verən Eldar Mahmudov vurğulamışdır ki, ulu öndərin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər tarixə geniş quruculuq-yaradıcılıq dövrü kimi yazılmışdır. Azərbaycanın iqtisadiyyatında, mədəniyyətində və elmində sürətli inkişaf başlanmış, gələcək müstəqil dövlət üçün geniş infrastrukturlar yaradılmışdır. Bu illərdə milli zabit kadrlarının hazırlığı üçün Heydər Əliyevin təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb açılmışdır.

General-leytenant Eldar Mahmudov vurğulamışdır ki, çağdaş tariximizdə Azərbaycanın təhlükəsizlik strategiyası Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Milli Təhlükəsizlik Nazirliyinin işində qabaqcıl beynəlxalq təcrübənin nəzərə alınması ulu öndərin hüquqi və demokratik dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsini təşkil edirdi. Ölkəmizin başçısı İlham Əliyev də ulu öndərin dövlətçilik siyasətini uğurla davam etdirərək Milli Təhlükəsizlik Nazirliyinin nüfuzunun artırılması üçün zəruri təşkilati-əməli tədbirlər görməyə başlamışdır. Bu baxımdan, 2004-cü ildən etibarən Azərbaycan xüsusi xidmət orqanlarının tarixində yeni bir mərhələ başlanmışdır.

Nazir Heydər Əliyevin hər bir azərbaycanlının lideri, Azərbaycanın ən yeni tarixinin yaradıcısı və qurucusu olduğunu, ötən əsrin 90-cı illərinin əvvəllərində xalqın xilaskarı missiyasını uğurla reallaşdırdığını, bu müdrik şəxsiyyətin rəhbərliyi altında geniş islahatlar kursuna başlandığını, ölkəmizin həyatının bütün sahələrində nailiyyətlər əldə edildiyini, tarixi-mədəni irsin qorunub saxlanılması istiqamətində böyük işlər görüldüyünü xatırlatmışdır. Vurğulanmışdır ki, ümummilli lider başlıca inkişaf planlarını və dövlətçilik prinsiplərini müəyyən etmiş, dönməz sabitliyə nail olaraq ölkəni inkişaf yoluna çıxarmışdır.

Çıxışının sonunda Eldar Mahmudov qeyd etmişdir ki, şəxsi heyət xalqımızın ümummilli lideri Heydər Əliyevin irsini dərindən öyrənəcək, onun təhlükəsizlik orqanlarında yaratdığı ənənənin davam etdirilməsi ilə bağlı üzərinə düşən vəzifəni şərəflə yerinə yetirəcəkdir. Eyni zamanda, ölkəmizin başçısı İlham Əliyevin etimadını dönmədən doğrultmaq üçün bütün qüvvə və səylərini əsirgəməyəcək, milli maraqlar naminə onun ətrafında sıx birləşəcəkdir.

Akademiyanın rəisi general-leytenant Ziya Yusifzadə, kursant, Heydər Əliyev təqaüdçüsü Cabir Quliyev müasir Azərbaycanın memarı və qurucusu dahi dövlət xadimi Heydər Əliyevin ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi və qüdrətlənməsi sahəsində gördüyü işlərdən danışmış, yaradılmış şərait və daimi diqqət üçün ölkə rəhbərliyinə və nazirə təşəkkür etmişlər.

Kursantlar təhsil aldıqları Heydər Əliyev adına Akademiya üçün yazılmış və ilk dəfə səsləndirilən təntənəli marşın sədaları altında tribunanın önündən keçmişlər.

Akademiyanın Şöhrət muzeyində nazir Eldar Mahmudov bu təhsil ocağının bir qrup əməkdaşına və kursantlara pul mükafatları, qiymətli hədiyyə və fəxri fərmanlar vermişdir. Eldar Mahmudov təltif olunanlarla xatirə şəkli çəkdirmişdir.

Mərasim daha sonra təhsil ocağının akt zalında ümummilli liderin anadan olmasının 85 illiyinə həsr olunmuş elmi-praktik konfransla davam etmişdir.

MƏQALƏLƏR
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının 10 illik yubileyi təntənə ilə qeyd edilmişdir
Vətənə xidmət akademiyası (“Azərbaycan” qəzeti, 04.12.2008)
Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir (“Мир женщины”/“Qadın dünyası”/“Woman's world” qəzeti 2-15.05.2008)
85 ilin zirvəsindən görünən həqiqətlər (“Azərbaycan” qəzeti, 10.05.2008)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi ilə bağlı milli təhlükəsizlik orqanları bir sıra tədbirlər keçirmişlər (“Azərbaycan” qəzeti, 10.05.2008)
Azərbaycanın təhlükəsizlik strategiyası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır (“Azərbaycan” qəzeti, 08.05.2008)
Azərbaycanın milli mənafelərinin qorunmasında milli təhlükəsizlik orqanları böyük rola malikdir (“Azərbaycan” qəzeti, 31.03.2008)
Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının X iclası keçirilmişdir (“Azərbaycan” qəzeti, 19-20 noyabr 2007-ci il)
Azərbaycan alimləri: “Voyçex Pastuşkanın ermənilərin Ağdamda apardığı arxeoloji qazıntıları “siyasi qazıntılar” adlandırması erməni saxtakarlarının iç üzünü açan sərrast elmi qiymətdir” (“APA”, 11.07.2007)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Sərhəd Qoşunları fakültəsinin növbəti buraxılışı olmuşdur (“AzərTAc”, 07.07.2007)
Qara Bağdan açıqca («Wyborczej» qəzeti (Polşa) 17.04.1998 – 18.04.1998) (Azərbaycan, rus və polyak dillərində)
NATO-Azərbaycan əməkdaşlığında Milli Təhlükəsizlik Nazirliyinin rolu (“Diplomatiya və Hüquq” jurnalı, №1 (007) aprel 2007)
Azərbaycanın müstəqilliyinin qorunmasında milli təhlükəsizlik orqanlarının xidməti xüsusi qeyd edilmişdir (“Azərbaycan” qəzeti, 28.05.2007)
“ABŞ Konqresinin 106-cı qətnaməsinə dair. Uydurma “erməni genosidinin” tanınmasına dair bir neçə kəlmə” (rus dilində) («Эхо» qəzeti, 21.04.2007)
“Böyük yalan: erməni genosidinə dair mif” (газета
Dövlət İdarəçilik Akademiyasında milli təhlükəsizlik orqanlarının yaradılmasının 88 illiyi ilə əlaqədar tədbir keçirilmişdir ("Azər Tac",19.03.2007)
Azərbaycan təhlükəsizlik orqanlarının 88 illiyi Yasamal rayonunda da qeyd edilmişdir ("Azər Tac",19.03.2007)
MTN milli maraqların və dövlətçiliyin sədaqətli müdafiəçisidir ("Azər Tac",19.03.2007)
Xocali Faciəsi Dünyada Törədilmiş Ən Ağir Cinayət və Soyqırımıdır (“Azər Tac”,24.02.2007)
Transmilli Mütəşəkkil Cinayətkarliqla Mübarizədə Uğurlu Mərhələ («Azərbaycan» qəzeti, 23.02.2007)
Milli Təhlükəsizliyimizin Etibarli Təminatçisi ("Azərbaycan",12.01.2007)
Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir («The Patriot» qəzeti - İslamabad, 27.11.2006)
Eldar Mahmudov, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant: «Prezident İlham Əliyevin siyasi kursu milli təhlükəsizliyimizi təmin edir»
Eldar Mahmudov, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri, general-leytenant:
Almaniya Federal Kəşfiyyat Xidmətinin nümayəndə heyətinin Azərbaycana səfəri (13.08.2005)
Etibarlı milli təhlükəsizliyə aparan yol (“Respublika” qəzeti 15.06.2005)
Almaniya Bundestaqı nümayəndə heyətinin Azərbaycana səfəri (24.05.05 “AzərTac”)
Millətə xidmət üçün yaranmış insan (09.05.2005 “Xalq qəzeti”)
Вклад Азербайджана в Великую Победу (Москва 2005)
Quba soyqırımı, yaxud ruhların kəsilməyən fəryadı (23.04.2005 “Azərbaycan”)
Bakida “Cənubi Qafqazda köçkün düşmüş əhali” mövzusunda Beynəlxalq seminar keçirilmişdir
1918-1920-ci illərdə türk-müsəlman soyqırımları (“Azərbaycan” 01-02. 04.2005)
Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının əməkdaşları peşə bayramlarını qeyd etmişlər («Azərbaycan», 29.03.05)
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətinə (28.03.2005)
Milli təhlükəsizlik orqanlarının yaradılmasının 86 illiyinə həsr olunmuş görüş keçirilmişdir («Azərbaycan», 27.03.05)
Milli Qəhrəmanın xatirəsinə ehtiram («Azərbaycan», 27.03.05)
Məktəbdə yubiley tədbiri («Azərbaycan», 27.03.05)
Vətənin təhlükəsizlik sipəri (Əlimusa Əliyev, «Respublika», 26.03.05)
Azərbaycan Təhlükəsizlik Orqanlarinin 86 Illiyi Münasibətilə Görüş Keçirilmişdir («Respublika», 26.03.05)
Milli təhlükəsizliyin hərtərəfli təminatına nail olmalıyıq («Azərbaycan», 26.03.05)
Prezident İlham Əliyevin MTN-in bir qrup əməkdaşına mükafatları təqdim etmə mərasimi («Azərbaycan», 17.03.05)
Şərəfli ömür yolu (Xatirə Tağıyeva, «Respublika» 25.01.05)
Sonradan qəhrəman olmurlar, anadan qəhrəman doğulurlar (Xatirə Tağıyeva, Esmira Şükürova, «Respublika», 19.12.04)
«Erməni cinayətləri» - yeni kitab erməni daşnaqlarının azərbaycanlılara qarşı soyqırımından bəhs edir (Şəhla Tahirqızı, «Yeni Azərbaycan», 02.12.04)
O əsil qəhrəman idi (Xatirə Tağıyeva, «Azərbaycan», 09.04.04)
Mən ölmək istəmirəm (Pakizə Bəşirova, «Sərhəd». 1-15.09.99)
Ölümünə inanmırıq (Pakizə Bəşirova «Sərhəd», 28.03.99)
Şəhid Nadir (Cəlal Qasımov, Adil Babayev, «Sərhəd», 29.06.93)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına Döyüş Bayrağının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasim
Milli Təhlükəsizlik orqanlarinin əməkdaşlari peşə bayramlarini qeyd etmişlər (Azərtac)
Şəkidə təhlükəsizlik orqanlarinin yaradilmasinin ildönümü geniş qeyd olundu
Sumqayıtda respublika təhlükəsizlik orqanlarının 87-ci ildönümü qeyd olunmuşdur (AzərTAC)
Vətənin təhlükəsizliyini qorumaqdan şərəfli vəzifə ola bilməz
Erməni "xalq nağılları" ( «Каспи» qəzeti, 07.10.2006)
ГЕНОЦИД = КАКА или сила слов
Армянский сепаратизм на Южном Кавказе (журнал «Дирчелиш XXI аср», 104-105/2006)