az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
KİTABXANA
Nəşrlər
Müsahibələr
Məqalələr
Məktublar
Azərbaycanın müstəqilliyinin qorunmasında milli təhlükəsizlik orqanlarının xidməti xüsusi qeyd edilmişdir (“Azərbaycan” qəzeti, 28.05.2007)

28 May - Respublika Günü münasibətilə Azərbaycan Dövlət Neft Akademiyasında Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı ilə görüş keçirilmişdir.

Tədbiri Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, akademik Siyavuş Qarayev açaraq məlumat vermişdir ki, Şərqdə ilk dəfə Azərbaycan Demokratik Respublikasının yaranmasından artıq 89 il keçir. Natiq tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik etmiş, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına bayram ərəfəsində təhsil ocağının kollektivi ilə görüşə gəldiklərinə görə müəllim-professor və tələbə heyəti adından təşəkkürünü bildirmişdir.

Hazırda ölkəmizdə uğurla həyata keçirilən neft strategiyası sahəsində əldə edilən nailiyyətlərin asan başa gəlmədiyini, bunun yalnız Heydər Əliyev dühasının sayəsində mümkün olduğunu diqqətə çatdıran Siyavuş Qarayev bu gün Azərbaycanın inamla iqtisadi dirçəlişə yüksəlməsində Prezident İlham Əliyevin misilsiz xidmətlərindən söhbət açdı. O bildirdi ki, ölkəmizin sürətlə iqtisadi inkişafa nail olmasının əsas amillərindən biri də respublikada hökm sürən sabitlik və təhlükəsizlik mühitidir. Bunun əldə olunmasında isə ölkənin milli təhlükəsizlik orqanlarının rolu əvəzsizdir.

Daha sonra MTN-in idarə rəisləri Məmməd Cəfərli və İsmayıl Abdullayev tədbir iştirakçılarına təhlükəsizlik orqanları əməkdaşlarının fəaliyyətinin müxtəlif sahələri barədə məlumat verdilər. Natiqlər bu orqanın keçdiyi tarixi mərhələlər, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın formalaşması və möhkəmlənməsində görkəmli dövlət xadimi Heydər Əliyevin rolundan minnətdarlıqla söz açdılar.

Azərbaycan xüsusi xidmət orqanlarının transmilli mütəşəkkil cinayətkarlığın, o cümlədən beynəlxalq terrorçuluq şəbəkəsinin tərkib hissəsi olan erməni terror təşkilatlarının ölkəmizdə terror niyyətlərinin, planlaşdırılan kəşfiyyat-təxribat aksiyalarının, düşmənin respublikanın müxtəlif regionlarında separatçılığı qızışdırmaq cəhdlərinin qarşısının alınması barədə faktlar maraqla qarşılanmışdır. Xüsusi vurğulanmışdır ki, təhlükəsizlik orqanları müxtəlif vasitələrlə Azərbaycanı beynəlxalq terrorçuluq poliqonuna, narkobiznes üçün tranzit yoluna çevirmək istəyənlərə layiqli müqavimət göstərir, terror aktlarının qarşısını alır, daxildəki xəyanətkarları ifşa edir, mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri ilə mübarizə aparırlar.

Tədbir iştirakçılarına Milli Təhlükəsizlik Nazirliyinin iqtisadi təhlükəsizlik sahəsində gördüyü tədbirlər, nazirlikdə həyata keçirilən uğurlu yeniliklər, o cümlədən maddi-texniki bazanın möhkəmləndirilməsi haqqında da məlumat verilmişdir. Xüsusi vurğulanmışdır ki, milli təhlükəsizlik orqanlarının ictimaiyyətlə artıq ənənəyə çevrilmiş bu cür görüşlərinin keçirilməsi ölkəmizin xüsusi xidmət orqanlarına etimadın artmasının bariz nümunəsidir.

MTN əməkdaşları görüş iştirakçılarını maraqlandıran suallara cavab vermişlər. Sonra nazirliyin əməkdaşları təhsil ocağının kitabxanasına ermənilərin Azərbaycan xalqına qarşı yeritdiyi təcavüzkar və terrorçuluq siyasətini ifşa edən, eləcə də Dağlıq Qarabağın Azərbaycanın əzəli və əbədi torpağı olması barədə xarici tədqiqatçıların Milli Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə bir neçə dilə tərcümə olunmuş kitablarını təqdim etdilər.

MƏQALƏLƏR
Xalqa və dövlətə şərəfli xidmət missiyası (“Azərbaycan” qəzeti, 30.03.2009)
Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının yaranmasından 90 il ötür (“AzərTAc”, 28.03.2009)
Ağcabədidə milli təhlükəsizlik orqanlarının yaradılmasının 90 illiyi qeyd edilmişdir (“AzərTAc”, 28.03.2009)
Şəkidə təhlükəsizlik orqanlarının yaradılmasının 90 illiyi qeyd edilmişdir (“AzərTAc”, 26.03.2009)
Astarada milli təhlükəsizlik orqanlarının yaradılmasının 90 illiyinə həsr olunmuş toplantı keçirilmişdir (“AzərTAc”, 26.03.2009)
Azərbaycanın ilk təhlükəsizlik orqanlarının yaranması tarixi zərurət idi (“Respublika” qəzeti, 21.03.2009)
Milli təhlükəsizlik orqanlarının inkişafı Heydər Əliyevin adi ilə bağlıdır (“AzərTAc”, 20.03.2009)
Sumqayıtda təhlükəsizlik orqanlarının yaradılmasının 90 illiyi qeyd edilir (“AzərTAc”, 20.03.2009)
Gəncədə milli təhlükəsizlik orqanlarının yaradılmasının 90 illik yubileyi qeyd edilmişdir (“AzərTAc”, 20.03.2009)
Kəşfiyyat və əks-kəşfiyyat öz işinə uğurla başlamışdı (“Ayna” qəzeti, 20.03.2009)
Şəxsiyyət və zaman (“525-ci qəzet”, 18.03.2009)
Azərbaycanın milli təhlükəsizlik orqanlarının 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdir (“AzərTAc”, 16.03.2009)
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev MTN-in Mədəniyyət Mərkəzi və “N” saylı hərbi hissəsində olmuşdur
Həqiqətin zəfər çalması üçün bütün qüvvə və vasitələr səfərbər olunmalıdır (“Azərbaycan” qəzeti, 14.03.2009)
Vətənpərvərlik və yüksək peşəkarlıq Heydər Əliyev məktəbindən qaynaqlanır (“Azərbaycan” qəzeti, 06.03.2009)
Azərbaycan milli təhlükəsizlik orqanlarının əməkdaşları şagirdlərin görüşünə gəlmişlər (“AzərTAc” qəzeti, 05.03.2009)
Milli təhlükəsizlik orqanlarının fəaliyyətinin hüquqi bazasının möhkəmləndirilməsi milli maraqların etibarlı qorunmasının vacib şərtidir (“Azərbaycan” qəzeti, 28.02.2009)
Milli Təhlükəsizlik Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi xidmətin yüksək səviyyədə qurulmasının rəhnidir (“Azərbaycan” qəzeti, 20.02.2009)
Ümummilli lider Heydər Əliyevin həyat fəlsəfəsi və peşəkarlıq məktəbi milli təhlükəsizlik orqanlarının fəaliyyətinin əsas prinsipləridir (“Azərbaycan” qəzeti, 13.02.2009)
Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhlükəsizlik orqanları (“Azərbaycan” qəzeti, 07.02.2009)
Əgər düşmən susdurulursa... (“525-ci qəzet”, 30.01.2009)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının 10 illik yubileyi təntənə ilə qeyd edilmişdir
Vətənə xidmət akademiyası (“Azərbaycan” qəzeti, 04.12.2008)
Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir (“Мир женщины”/“Qadın dünyası”/“Woman's world” qəzeti 2-15.05.2008)
85 ilin zirvəsindən görünən həqiqətlər (“Azərbaycan” qəzeti, 10.05.2008)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi ilə bağlı milli təhlükəsizlik orqanları bir sıra tədbirlər keçirmişlər (“Azərbaycan” qəzeti, 10.05.2008)
Azərbaycanın təhlükəsizlik strategiyası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır (“Azərbaycan” qəzeti, 08.05.2008)
Azərbaycanın milli mənafelərinin qorunmasında milli təhlükəsizlik orqanları böyük rola malikdir (“Azərbaycan” qəzeti, 31.03.2008)
Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının X iclası keçirilmişdir (“Azərbaycan” qəzeti, 19-20 noyabr 2007-ci il)
Azərbaycan alimləri: “Voyçex Pastuşkanın ermənilərin Ağdamda apardığı arxeoloji qazıntıları “siyasi qazıntılar” adlandırması erməni saxtakarlarının iç üzünü açan sərrast elmi qiymətdir” (“APA”, 11.07.2007)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Sərhəd Qoşunları fakültəsinin növbəti buraxılışı olmuşdur (“AzərTAc”, 07.07.2007)
Qara Bağdan açıqca («Wyborczej» qəzeti (Polşa) 17.04.1998 – 18.04.1998) (Azərbaycan, rus və polyak dillərində)
NATO-Azərbaycan əməkdaşlığında Milli Təhlükəsizlik Nazirliyinin rolu (“Diplomatiya və Hüquq” jurnalı, №1 (007) aprel 2007)
Azərbaycanın müstəqilliyinin qorunmasında milli təhlükəsizlik orqanlarının xidməti xüsusi qeyd edilmişdir (“Azərbaycan” qəzeti, 28.05.2007)
“ABŞ Konqresinin 106-cı qətnaməsinə dair. Uydurma “erməni genosidinin” tanınmasına dair bir neçə kəlmə” (rus dilində) («Эхо» qəzeti, 21.04.2007)
“Böyük yalan: erməni genosidinə dair mif” (газета
Dövlət İdarəçilik Akademiyasında milli təhlükəsizlik orqanlarının yaradılmasının 88 illiyi ilə əlaqədar tədbir keçirilmişdir ("Azər Tac",19.03.2007)
Azərbaycan təhlükəsizlik orqanlarının 88 illiyi Yasamal rayonunda da qeyd edilmişdir ("Azər Tac",19.03.2007)
MTN milli maraqların və dövlətçiliyin sədaqətli müdafiəçisidir ("Azər Tac",19.03.2007)
Xocali Faciəsi Dünyada Törədilmiş Ən Ağir Cinayət və Soyqırımıdır (“Azər Tac”,24.02.2007)
Transmilli Mütəşəkkil Cinayətkarliqla Mübarizədə Uğurlu Mərhələ («Azərbaycan» qəzeti, 23.02.2007)
Milli Təhlükəsizliyimizin Etibarli Təminatçisi ("Azərbaycan",12.01.2007)
Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir («The Patriot» qəzeti - İslamabad, 27.11.2006)
Eldar Mahmudov, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant: «Prezident İlham Əliyevin siyasi kursu milli təhlükəsizliyimizi təmin edir»
Eldar Mahmudov, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri, general-leytenant:
Almaniya Federal Kəşfiyyat Xidmətinin nümayəndə heyətinin Azərbaycana səfəri (13.08.2005)
Etibarlı milli təhlükəsizliyə aparan yol (“Respublika” qəzeti 15.06.2005)
Almaniya Bundestaqı nümayəndə heyətinin Azərbaycana səfəri (24.05.05 “AzərTac”)
Millətə xidmət üçün yaranmış insan (09.05.2005 “Xalq qəzeti”)
Вклад Азербайджана в Великую Победу (Москва 2005)
Quba soyqırımı, yaxud ruhların kəsilməyən fəryadı (23.04.2005 “Azərbaycan”)
Bakida “Cənubi Qafqazda köçkün düşmüş əhali” mövzusunda Beynəlxalq seminar keçirilmişdir
1918-1920-ci illərdə türk-müsəlman soyqırımları (“Azərbaycan” 01-02. 04.2005)
Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının əməkdaşları peşə bayramlarını qeyd etmişlər («Azərbaycan», 29.03.05)
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətinə (28.03.2005)
Milli təhlükəsizlik orqanlarının yaradılmasının 86 illiyinə həsr olunmuş görüş keçirilmişdir («Azərbaycan», 27.03.05)
Milli Qəhrəmanın xatirəsinə ehtiram («Azərbaycan», 27.03.05)
Məktəbdə yubiley tədbiri («Azərbaycan», 27.03.05)
Vətənin təhlükəsizlik sipəri (Əlimusa Əliyev, «Respublika», 26.03.05)
Azərbaycan Təhlükəsizlik Orqanlarinin 86 Illiyi Münasibətilə Görüş Keçirilmişdir («Respublika», 26.03.05)
Milli təhlükəsizliyin hərtərəfli təminatına nail olmalıyıq («Azərbaycan», 26.03.05)
Prezident İlham Əliyevin MTN-in bir qrup əməkdaşına mükafatları təqdim etmə mərasimi («Azərbaycan», 17.03.05)
Şərəfli ömür yolu (Xatirə Tağıyeva, «Respublika» 25.01.05)
Sonradan qəhrəman olmurlar, anadan qəhrəman doğulurlar (Xatirə Tağıyeva, Esmira Şükürova, «Respublika», 19.12.04)
«Erməni cinayətləri» - yeni kitab erməni daşnaqlarının azərbaycanlılara qarşı soyqırımından bəhs edir (Şəhla Tahirqızı, «Yeni Azərbaycan», 02.12.04)
O əsil qəhrəman idi (Xatirə Tağıyeva, «Azərbaycan», 09.04.04)
Mən ölmək istəmirəm (Pakizə Bəşirova, «Sərhəd». 1-15.09.99)
Ölümünə inanmırıq (Pakizə Bəşirova «Sərhəd», 28.03.99)
Şəhid Nadir (Cəlal Qasımov, Adil Babayev, «Sərhəd», 29.06.93)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına Döyüş Bayrağının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasim
Milli Təhlükəsizlik orqanlarinin əməkdaşlari peşə bayramlarini qeyd etmişlər (Azərtac)
Şəkidə təhlükəsizlik orqanlarinin yaradilmasinin ildönümü geniş qeyd olundu
Sumqayıtda respublika təhlükəsizlik orqanlarının 87-ci ildönümü qeyd olunmuşdur (AzərTAC)
Vətənin təhlükəsizliyini qorumaqdan şərəfli vəzifə ola bilməz
Erməni "xalq nağılları" ( «Каспи» qəzeti, 07.10.2006)
ГЕНОЦИД = КАКА или сила слов
Армянский сепаратизм на Южном Кавказе (журнал «Дирчелиш XXI аср», 104-105/2006)