az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
KİTABXANA
Nəşrlər
Müsahibələr
Məqalələr
Məktublar
AZƏRBAYCAN TƏHLÜKƏSİZLİK ORQANLARININ 86 İLLİYİ MÜNASİBƏTİLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

Bakının Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsindəki mədəniyyət sarayında Azərbaycan təhlükəsizlik orqanlarının 86 illiyi münasibətilə Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının veteranlar, ziyalılar və gənclərlə görüşü keçirilmişdir.

Nazirliyin əməkdaşı Lətif Babayev şanlı ənənələri olan təhlükəsizlik xidməti orqanlarının yaradılması, inkişaf tarixi barədə çıxışında bildirmişdir ki, 1919-cu il martın 28-də Azərbaycan Demokratik Respublikası Hərbi Nazirliyinin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılması ilə təməli qoyulan təhlükəsizlik orqanları 1956-65-ci illərdə ümummilli liderimiz Heydər Əliyevin Dövlət Təhlükəsizliyi Komitəsində əvvəlcə əks-kəşfiyyata, sonra isə Komitəyə rəhbərliyi dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, qısa müddətdə burada çalışan milli kadrların tərkibi 20 faizdən 60-80 faizədək yüksəlmiş, DTK-da kök salmış, xalqımızın milli varlığına, layiqli yetirmələrinə qənim kəsilmiş erməni millətçilərinin əsrin əvvəlindən başlanmış bədnam fəaliyyətinə son qoyulmuşdur.

Dahi rəhbərin xalqımızın təkidli tələb və çağırışları ilə ikinci dəfə respublikamızın siyasi rəhbərliyinə qayıdışı dövründə müstəqil dövlətçiliyimizin bərqərar olması, milli-demokratik dövlət quruculuğu uğrunda apardığı çətin, şərəfli, gərgin mübarizəsində də vaxtilə onun bu sistemdə yaratdığı məktəbin milli ruhlu yetirmələri böyük öndərin sədaqətli yardımçıları olmuşlar.

Qürur hissi ilə vurğulanmışdır ki, bu ənənə indi də davam edir. Uzun müddətdən bəri vətəndaşlarımızın haqlı narahatlığına səbəb olmuş qətllər, adam oğurluğu cinayətləri törətmiş bandanın üzvlərinin ümummilli liderimizin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin qəti göstəriş və tapşırığı ilə məhz Milli Təhlükəsizlik Nazirliyinin xüsusi əməliyyat-axtarış və istintaq qrupu tərəfindən aşkar edilib tutulması cəmiyyətdə MTN-nin nüfuzunun, peşəkarlığının, Prezidentə, Ali baş komandana, Vətənə, dövlətə sədaqətinin əyani sübutuna çevrilmişdir.

Dövlətimizin ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə nazirliyin onlarca əməkdaşının igidliklə vuruşduğu, onlardan 6 nəfərinin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyü qeyd edilmişdir.

Son vaxtlar beynəlxalq terror təşkilatları ilə əlaqəsi sübuta yetirilmiş 2 cinayətkar dəstənin vaxtında zərərsizləşdirilməsi, 12 terror-təxribat cəhdinin qarşısının alınması beynəlxalq təşkilatlar tərəfindən razılıqla qarşılanmışdır.

Görüşdə çıxış edən istefada olan general-mayor Bahadur Hüseynov, Milli Məclisin deputatı Şaitdin Əliyev, MTN Akademiyasının müdavimləri, ziyalılar, ictimaiyyətin nümayəndələri nazirlik əməkdaşlarının hər birinin MTN-nin 86 illiyini alnıaçıq, üzüağ qarşılamağa, əldə edilmiş uğurlarla öyünməyə tam haqqı olduğunu bildirmiş, onları peşə bayramları münasibətilə təbrik edərək, şərəfli işlərində uğurlar arzulamışlar. Təqdirəlayiq hal kimi vurğulanmışdır ki, son vaxtlar MTN öz fəaliyyətində aşkarlığa, xalqla ünsiyyətə xüsusi önəm verir. MTN-nin təkcə mart ayında 18 məlumatla çıxış etməsi bunun əyani göstəricisidir. Nazirliyin strukturunda, kadrlarla işdə, maddi-texniki bazanın möhkəmlənməsində, yeni, müasir tələblərə cavab verən rabitə, informasiya texnologiyaları ilə təminat sahəsində görülən tədbirlərin əhəmiyyəti qeyd edilmişdir.

İctimaiyyətin nümayəndələri razılıq hissilə bildirmişlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə nazirliyin rəhbərliyində aparılmış kadr dəyişikliyi özünü tam doğrultmuş, qısa müddətdə artıq bu qurumda əsaslı keyfiyyət dəyişikliyi baş vermişdir. Dövlətimizin siyasi rəhbərliyinin xalqın rifahı, firavanlığı, qanunçuluğun qorunub möhkəmlənməsi istiqamətində apardığı məqsədyönlü siyasətinin bəyənildiyi, dəstəkləndiyi xüsusi vurğulanmışdır.

Görüşün respublikamızda ilk təhlükəsizlik orqanlarından birinin yaradıldığı, səmərəli fəaliyyət göstərdiyi, özünəməxsus müsbət ənənələrə malik Əzizbəyov rayonunda - həm də zəngin, nəfis tərtibatlı "Heydər Əliyev lektoriyası"nda keçirilməsinin əhəmiyyəti qeyd olunmuş, rayon gənclərinin ideya-siyasi tərbiyəsində müsbət rolu olan lektoriyaya MTN əməkdaşları tərəfindən yeni kitablar hədiyyə edilmişdir.

"Respublika", 26 mart 2005-ci il

MƏQALƏLƏR
Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının X iclası keçirilmişdir (“Azərbaycan” qəzeti, 19-20 noyabr 2007-ci il)
Azərbaycan alimləri: “Voyçex Pastuşkanın ermənilərin Ağdamda apardığı arxeoloji qazıntıları “siyasi qazıntılar” adlandırması erməni saxtakarlarının iç üzünü açan sərrast elmi qiymətdir” (“APA”, 11.07.2007)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Sərhəd Qoşunları fakültəsinin növbəti buraxılışı olmuşdur (“AzərTAc”, 07.07.2007)
Qara Bağdan açıqca («Wyborczej» qəzeti (Polşa) 17.04.1998 – 18.04.1998) (Azərbaycan, rus və polyak dillərində)
NATO-Azərbaycan əməkdaşlığında Milli Təhlükəsizlik Nazirliyinin rolu (“Diplomatiya və Hüquq” jurnalı, №1 (007) aprel 2007)
Azərbaycanın müstəqilliyinin qorunmasında milli təhlükəsizlik orqanlarının xidməti xüsusi qeyd edilmişdir (“Azərbaycan” qəzeti, 28.05.2007)
“ABŞ Konqresinin 106-cı qətnaməsinə dair. Uydurma “erməni genosidinin” tanınmasına dair bir neçə kəlmə” (rus dilində) («Эхо» qəzeti, 21.04.2007)
“Böyük yalan: erməni genosidinə dair mif” (газета
Dövlət İdarəçilik Akademiyasında milli təhlükəsizlik orqanlarının yaradılmasının 88 illiyi ilə əlaqədar tədbir keçirilmişdir ("Azər Tac",19.03.2007)
Azərbaycan təhlükəsizlik orqanlarının 88 illiyi Yasamal rayonunda da qeyd edilmişdir ("Azər Tac",19.03.2007)
MTN milli maraqların və dövlətçiliyin sədaqətli müdafiəçisidir ("Azər Tac",19.03.2007)
Xocali Faciəsi Dünyada Törədilmiş Ən Ağir Cinayət və Soyqırımıdır (“Azər Tac”,24.02.2007)
Transmilli Mütəşəkkil Cinayətkarliqla Mübarizədə Uğurlu Mərhələ («Azərbaycan» qəzeti, 23.02.2007)
Milli Təhlükəsizliyimizin Etibarli Təminatçisi ("Azərbaycan",12.01.2007)
Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir («The Patriot» qəzeti - İslamabad, 27.11.2006)
Eldar Mahmudov, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant: «Prezident İlham Əliyevin siyasi kursu milli təhlükəsizliyimizi təmin edir»
Eldar Mahmudov, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri, general-leytenant:
Almaniya Federal Kəşfiyyat Xidmətinin nümayəndə heyətinin Azərbaycana səfəri (13.08.2005)
Etibarlı milli təhlükəsizliyə aparan yol (“Respublika” qəzeti 15.06.2005)
Almaniya Bundestaqı nümayəndə heyətinin Azərbaycana səfəri (24.05.05 “AzərTac”)
Millətə xidmət üçün yaranmış insan (09.05.2005 “Xalq qəzeti”)
Вклад Азербайджана в Великую Победу (Москва 2005)
Quba soyqırımı, yaxud ruhların kəsilməyən fəryadı (23.04.2005 “Azərbaycan”)
Bakida “Cənubi Qafqazda köçkün düşmüş əhali” mövzusunda Beynəlxalq seminar keçirilmişdir
1918-1920-ci illərdə türk-müsəlman soyqırımları (“Azərbaycan” 01-02. 04.2005)
Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının əməkdaşları peşə bayramlarını qeyd etmişlər («Azərbaycan», 29.03.05)
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətinə (28.03.2005)
Milli təhlükəsizlik orqanlarının yaradılmasının 86 illiyinə həsr olunmuş görüş keçirilmişdir («Azərbaycan», 27.03.05)
Milli Qəhrəmanın xatirəsinə ehtiram («Azərbaycan», 27.03.05)
Məktəbdə yubiley tədbiri («Azərbaycan», 27.03.05)
Vətənin təhlükəsizlik sipəri (Əlimusa Əliyev, «Respublika», 26.03.05)
Azərbaycan Təhlükəsizlik Orqanlarinin 86 Illiyi Münasibətilə Görüş Keçirilmişdir («Respublika», 26.03.05)
Milli təhlükəsizliyin hərtərəfli təminatına nail olmalıyıq («Azərbaycan», 26.03.05)
Prezident İlham Əliyevin MTN-in bir qrup əməkdaşına mükafatları təqdim etmə mərasimi («Azərbaycan», 17.03.05)
Şərəfli ömür yolu (Xatirə Tağıyeva, «Respublika» 25.01.05)
Sonradan qəhrəman olmurlar, anadan qəhrəman doğulurlar (Xatirə Tağıyeva, Esmira Şükürova, «Respublika», 19.12.04)
«Erməni cinayətləri» - yeni kitab erməni daşnaqlarının azərbaycanlılara qarşı soyqırımından bəhs edir (Şəhla Tahirqızı, «Yeni Azərbaycan», 02.12.04)
O əsil qəhrəman idi (Xatirə Tağıyeva, «Azərbaycan», 09.04.04)
Mən ölmək istəmirəm (Pakizə Bəşirova, «Sərhəd». 1-15.09.99)
Ölümünə inanmırıq (Pakizə Bəşirova «Sərhəd», 28.03.99)
Şəhid Nadir (Cəlal Qasımov, Adil Babayev, «Sərhəd», 29.06.93)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına Döyüş Bayrağının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasim
Milli Təhlükəsizlik orqanlarinin əməkdaşlari peşə bayramlarini qeyd etmişlər (Azərtac)
Şəkidə təhlükəsizlik orqanlarinin yaradilmasinin ildönümü geniş qeyd olundu
Sumqayıtda respublika təhlükəsizlik orqanlarının 87-ci ildönümü qeyd olunmuşdur (AzərTAC)
Vətənin təhlükəsizliyini qorumaqdan şərəfli vəzifə ola bilməz
Erməni "xalq nağılları" ( «Каспи» qəzeti, 07.10.2006)
ГЕНОЦИД = КАКА или сила слов
Армянский сепаратизм на Южном Кавказе (журнал «Дирчелиш XXI аср», 104-105/2006)