az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
KİTABXANA
Nəşrlər
Müsahibələr
Məqalələr
Məktublar
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNİN ŞƏXSİ HEYƏTİNƏ

Hörmətli təhlükəsizlik orqanları əməkdaşları!

Əziz veteranlar!

Peşə bayramınız münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hamınıza ən xoş arzularımı çatdırıram.

86 il öncə yaradılmış Azərbaycan təhlükəsizlik orqanları ziddiyyətli və mürəkkəb, eyni zamanda şərəfli inkişaf yolu keçərək, kiçik bölmədən müstəqil respublikamızın əsas dayaqlarından və dövlətçilik institutlarından birinə - milli maraqların təhlükəsizliyini təmin edən nüfuzlu güc strukturuna çevrilmişdir.

Ötən əsrin ortalarından başlayaraq, təhlükəsizlik orqanlarında vətənə, dövlətə və xalqa əsil sədaqət ideyalarını formalaşdıran Heydər Əliyev ənənələri bu gün də sizin tərəfinizdən yaşadılır, böyük əzm və uğurla davam etdirilir. Əlamətdar haldır ki, Ümummilli Liderimiz ilk əmək fəaliyyətinə təhlükəsizlik orqanında başlamış, bu təşkilatda çalışdığı, sonradan respublikaya rəhbərlik etdiyi dövrlərdə azərbaycançılıq ideyalarının fədakar təbliğatçısı, bütün sahələrdə, o cümlədən xüsusi xidmət orqanlarında milliləşdirmə prosesinin banisi olmuşdur. Bu peşə bayramınız da Prezident Heydər Əliyevin sərəncamı ilə təsis edilmişdir.

Azərbaycan təhlükəsizlik orqanlarının şəxsi heyəti tərəfindən dövlətçiliyin möhkəmləndirilməsində, siyasi, iqtisadi, sosial, elm, mədəniyyət və digər həyat əhəmiyyətli sahələrdə milli maraqların etibarlı qorunmasında nümunəvi xidmətlər göstərilir.

Beynəlxalq aləmdə, regionda və cəmiyyətdə ictimai-siyasi proseslərin sürətli inkişafı, bölgədə xarici dövlətlərin və bəzi dairələrin maraq və mənafelərinin toqquşduğu, qloballaşma dövrünün meydana çıxardığı yeni təhdidlərin mövcudluğu, xüsusən də işğalçı Ermənistan tərəfindən xalqımıza qarşı düşmənçilik, terrorçuluq siyasətinin davam etdirildiyi bir zamanda Azərbaycanın xüsusi xidmət orqanlarının üzərinə böyük məsuliyyət, mühüm problemlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi vəzifəsi düşür.

Bayram günü ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının ali hərbi rütbələrə layiq görülməsi, orden və medallarla təltif olunması sizin xalqa və dövlətə sədaqətlə xidmətinizin bariz ifadəsidir. İnanıram ki, siz bundan sonra da Azərbaycan Respublikasının demokratik və hüquqi dövlət kimi tərəqqisi istiqamətində aparılan siyasi kursun uğurla həyata keçirilməsində bütün səylərinizi səfərbər edəcək, sabitliyin qorunub saxlanılması və ölkədə tam təhlükəsizlik şəraitinin yaradılması işinin fəal iştirakçısı olacaqsınız.

Sizi peşə bayramı münasibətilə bir daha təbrik edir, hamınıza uzun ömür, cansağlığı, səadət diləyir, sabitlik və inkişaf, yeniləşmə və müasirləşmə mərhələsində Azərbaycan dövlətinin daha da qüdrətlənməsi naminə şərəfli vəzifələrin yerinə yetirilməsində yeni-yeni uğurlar arzulayıram.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 mart 2005-ci il

MƏQALƏLƏR
Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının X iclası keçirilmişdir (“Azərbaycan” qəzeti, 19-20 noyabr 2007-ci il)
Azərbaycan alimləri: “Voyçex Pastuşkanın ermənilərin Ağdamda apardığı arxeoloji qazıntıları “siyasi qazıntılar” adlandırması erməni saxtakarlarının iç üzünü açan sərrast elmi qiymətdir” (“APA”, 11.07.2007)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Sərhəd Qoşunları fakültəsinin növbəti buraxılışı olmuşdur (“AzərTAc”, 07.07.2007)
Qara Bağdan açıqca («Wyborczej» qəzeti (Polşa) 17.04.1998 – 18.04.1998) (Azərbaycan, rus və polyak dillərində)
NATO-Azərbaycan əməkdaşlığında Milli Təhlükəsizlik Nazirliyinin rolu (“Diplomatiya və Hüquq” jurnalı, №1 (007) aprel 2007)
Azərbaycanın müstəqilliyinin qorunmasında milli təhlükəsizlik orqanlarının xidməti xüsusi qeyd edilmişdir (“Azərbaycan” qəzeti, 28.05.2007)
“ABŞ Konqresinin 106-cı qətnaməsinə dair. Uydurma “erməni genosidinin” tanınmasına dair bir neçə kəlmə” (rus dilində) («Эхо» qəzeti, 21.04.2007)
“Böyük yalan: erməni genosidinə dair mif” (газета
Dövlət İdarəçilik Akademiyasında milli təhlükəsizlik orqanlarının yaradılmasının 88 illiyi ilə əlaqədar tədbir keçirilmişdir ("Azər Tac",19.03.2007)
Azərbaycan təhlükəsizlik orqanlarının 88 illiyi Yasamal rayonunda da qeyd edilmişdir ("Azər Tac",19.03.2007)
MTN milli maraqların və dövlətçiliyin sədaqətli müdafiəçisidir ("Azər Tac",19.03.2007)
Xocali Faciəsi Dünyada Törədilmiş Ən Ağir Cinayət və Soyqırımıdır (“Azər Tac”,24.02.2007)
Transmilli Mütəşəkkil Cinayətkarliqla Mübarizədə Uğurlu Mərhələ («Azərbaycan» qəzeti, 23.02.2007)
Milli Təhlükəsizliyimizin Etibarli Təminatçisi ("Azərbaycan",12.01.2007)
Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir («The Patriot» qəzeti - İslamabad, 27.11.2006)
Eldar Mahmudov, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant: «Prezident İlham Əliyevin siyasi kursu milli təhlükəsizliyimizi təmin edir»
Eldar Mahmudov, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri, general-leytenant:
Almaniya Federal Kəşfiyyat Xidmətinin nümayəndə heyətinin Azərbaycana səfəri (13.08.2005)
Etibarlı milli təhlükəsizliyə aparan yol (“Respublika” qəzeti 15.06.2005)
Almaniya Bundestaqı nümayəndə heyətinin Azərbaycana səfəri (24.05.05 “AzərTac”)
Millətə xidmət üçün yaranmış insan (09.05.2005 “Xalq qəzeti”)
Вклад Азербайджана в Великую Победу (Москва 2005)
Quba soyqırımı, yaxud ruhların kəsilməyən fəryadı (23.04.2005 “Azərbaycan”)
Bakida “Cənubi Qafqazda köçkün düşmüş əhali” mövzusunda Beynəlxalq seminar keçirilmişdir
1918-1920-ci illərdə türk-müsəlman soyqırımları (“Azərbaycan” 01-02. 04.2005)
Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının əməkdaşları peşə bayramlarını qeyd etmişlər («Azərbaycan», 29.03.05)
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətinə (28.03.2005)
Milli təhlükəsizlik orqanlarının yaradılmasının 86 illiyinə həsr olunmuş görüş keçirilmişdir («Azərbaycan», 27.03.05)
Milli Qəhrəmanın xatirəsinə ehtiram («Azərbaycan», 27.03.05)
Məktəbdə yubiley tədbiri («Azərbaycan», 27.03.05)
Vətənin təhlükəsizlik sipəri (Əlimusa Əliyev, «Respublika», 26.03.05)
Azərbaycan Təhlükəsizlik Orqanlarinin 86 Illiyi Münasibətilə Görüş Keçirilmişdir («Respublika», 26.03.05)
Milli təhlükəsizliyin hərtərəfli təminatına nail olmalıyıq («Azərbaycan», 26.03.05)
Prezident İlham Əliyevin MTN-in bir qrup əməkdaşına mükafatları təqdim etmə mərasimi («Azərbaycan», 17.03.05)
Şərəfli ömür yolu (Xatirə Tağıyeva, «Respublika» 25.01.05)
Sonradan qəhrəman olmurlar, anadan qəhrəman doğulurlar (Xatirə Tağıyeva, Esmira Şükürova, «Respublika», 19.12.04)
«Erməni cinayətləri» - yeni kitab erməni daşnaqlarının azərbaycanlılara qarşı soyqırımından bəhs edir (Şəhla Tahirqızı, «Yeni Azərbaycan», 02.12.04)
O əsil qəhrəman idi (Xatirə Tağıyeva, «Azərbaycan», 09.04.04)
Mən ölmək istəmirəm (Pakizə Bəşirova, «Sərhəd». 1-15.09.99)
Ölümünə inanmırıq (Pakizə Bəşirova «Sərhəd», 28.03.99)
Şəhid Nadir (Cəlal Qasımov, Adil Babayev, «Sərhəd», 29.06.93)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına Döyüş Bayrağının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasim
Milli Təhlükəsizlik orqanlarinin əməkdaşlari peşə bayramlarini qeyd etmişlər (Azərtac)
Şəkidə təhlükəsizlik orqanlarinin yaradilmasinin ildönümü geniş qeyd olundu
Sumqayıtda respublika təhlükəsizlik orqanlarının 87-ci ildönümü qeyd olunmuşdur (AzərTAC)
Vətənin təhlükəsizliyini qorumaqdan şərəfli vəzifə ola bilməz
Erməni "xalq nağılları" ( «Каспи» qəzeti, 07.10.2006)
ГЕНОЦИД = КАКА или сила слов
Армянский сепаратизм на Южном Кавказе (журнал «Дирчелиш XXI аср», 104-105/2006)