az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
Transmilli Mütəşəkkil Cinayətkarliqla Mübarizə
İqtisadi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə
Enerji təhlükəsizliyi
Narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə
Qeyri-leqal miqrasiya və insan ticarətinə qarşı mübarizə
Kibercinayətkarlığa qarşı mübarizə
Qanunsuz silah-sursat ticarətinə qarşı mübarizə
İqtisadi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə

Azərbaycan Respublikasının iqtisadi potensialının qorunması və inkişafı, iqtisadi qüdrətinin artırılması məqsədilə əlverişli şəraitin təmini baxımından mövcud risk və təhdidlərin neytrallaşdırılması milli təhlükəsizliyimizin mühüm faktorlardandır. Müvafiq prinsipdən çıxış edərək Milli Təhlükəsizlik Nazirliyi tərəfindən iqtisadi təhlükəsizliyimizə yönələn risk və təhdidlər mütəmadi olaraq izlənilir, onların mənbələri, mövcud və perspektiv hədəfləri, eləcə də bu təhlükələrin qarşısının alınması üzrə əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilir.

İqtisadi təhlükəsizliyin təmin olunması bir neçə mühüm amil baxımından bütövlükdə Azərbaycanın milli təhlükəsizliyi üçün önəmlidir. Birincisi, hərtərəfli iqtisadi təhlükəsizlik iqtisadiyyatın bütün sahələrinin maneəsiz və uğurlu inkişafı deməkdir. İkincisi, iqtisadi təhlükəsizlik mühiti dövlətlər, nəhəng transmilli korporasiyalar və nüfuzlu iş adamları tərəfindən əməkdaşlığın ən mühüm komponenti kimi qiymətləndirilir. Üçüncüsü, güclü iqtisadiyyat mütəşəkkil cəmiyyət, güclü ordu və qüdrətli dövlət deməkdir.

2007-ci ildə Azərbaycan Beynəlxalq Bankına məxsus bank hesablarından saxta plastik kartlar vasitəsilə pulların çıxarılması faktı ilə bağlı transmilli mütəşəkkil dəstə aşkar edilmişdir. Bu cinayət nəticəsində müxtəlif dövlətlərin ərazisindən Azərbaycan vətəndaşlarına məxsus 53 000 ABŞ dolları məbləğində pul vəsaitləri oğurlanmışdır. Dəstənin 8 üzvü, o cümlədən 2 xarici ölkə vətəndaşı məhkəmənin qərarı ilə müxtəlif müddətlərə azadlıqdan məhrum olunmuşlar.

Ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin səmərəli təşkili məqsədilə beynəlxalq standartlara uyğun formalaşdırılmış hüquqi baza çərçivəsində Milli Təhlükəsizlik Nazirliyi səlahiyyətlərinə müvafiq olaraq korrupsiyaya qarşı da mübarizə aparır. Bu növ cinayətlərin qarşısının alınması üzrə 2005-ci ildə Milli Təhlükəsizlik Nazirliyində yaradılmış müvafiq struktur tərəfindən hazırkı dövrədək korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər nəticəsində 12 fakt üzrə təhqiqat aparılmış, toplanmış materiallar prokurorluq orqanlarına göndərilmiş və 15 nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdur. Həmin tədbirlər nəticəsində təxminən 1 milyon 82 min yeni Azərbaycan manatı məbləğində vurulmuş maddi ziyan dövlət büdcəsinə ödətdirilmişdir.

2008-ci il ərzində korrupsiya ilə bağlı hüquqpozmaların qarşısının alınması istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 7 cinayət faktı (2007-ci ildə 6 cinayət faktı) aşkarlanmış, 11 nəfər saxlanılmışdır.

2008-ci il ərzində maliyyə fırıldaqçılığı hallarına qarşı mübarizə tədbirləri çərçivəsində saxta “American Express” yol çeklərinin dəyişdirilməsi, saxta sənədlər təqdim etməklə kommersiya banklarından və digər kredit təşkilatlarından kreditlərin alınması hallarının qarşısı alınmış, bununla əlaqədar dövlət orqanları məlumatlandırılmış və aidiyyəti materiallar müvafiq qurumlara göndərilmişdir.