az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATLARI
01 mart 2007

Milli Təhlükəsizlik Nazirliyinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri "İran-Azərbaycan-Rusiya" marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotik vasitələr daşıyan daha bir mütəşəkkil dəstənin zərərsizləşdirilməsi və 60 kiloqram 287,7 qram həşiş götürülməsi ilə nəticələnmişdir.

Cəlilabad rayon sakinləri - 1955-ci il təvəllüdlü Vəzirov Mirxalıq Xudaqulu oğlu və onun oğlu 1980-ci il təvəllüdlü Elnur Vəzirov, 1970-ci il təvəllüdlü Qürbətov Asif Davaxan oğlu, "Yaşılxan" ləqəbi ilə tanınan, 1973-cü il təvəllüdlü Ağayev Polad Məmmədəli oğlu, habelə hazırda şəxsiyyətləri istintaqla müəyyənləşdirilən Məmməd, Şahzad adlı İran vətəndaşları və qeyriləri qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, külli miqdarda narkotik vasitəni satış üçün qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirmişlər.

Məlum olmuşdur ki, hələ 2007-ci ilin yanvar ayında Cəlilabad şəhərində Məmməd və Mirxalıq Vəzirov külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirib satmaq barədə sövdələşmişlər. Əldə olunmuş razılığa əsasən, Mirxalıq Vəzirov narkotik vasitəni qəbul etməyi, evində saxlamağı və sonradan həmin narkotikləri satmaq üçün Rusiya Federasiyasına aparacaq Asif Qürbətova təhvil verməyi öhdəsinə götürmüşdür. Mirxalıq Vəzirov cinayətkar niyyətinin həyata keçirilməsində kömək və iştirak üçün oğlu Elnuru da cəlb etmişdir.

Məmmədin tapşırığı ilə Şahzad qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətiriləcək həmin narkotik vasitəni satmaqda ona kömək etmək barədə tanışı Polad Ağayevlə razılığa gəlmişdir. Polad Ağayev Şahzaddan götürəcəyi 60 kiloqram 287,7 qram həşişi 5 min ABŞ dolları müqabilində Cəlilabad rayonunun Cəfərli kəndi yaxınlığında qəbul edib, Cəlilabad şəhərində Mirxalıq və Elnur Vəzirovlara çatdırmağı vəd etmişdir. Əldə olunmuş razılığa əsasən fevralın 24-də axşam saat 23 radələrində Şahzad həmin narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənarda - dövlət sərhədinin Cəfərli kəndi istiqamətindən keçirib buradakı qəbiristanlığın yaxınlığında Polad Ağayevə vermişdir. Polad Ağayev narkotikləri atla Cəlilabad şəhərinə gətirmiş və təhvil vermək üçün Mirxalıq və Elnur Vəzirovlara zəng etmişdir. Mirxalıq və Elnur Vəzirovlar təyin olunmuş yerə gəlib narkotik vasitəni Polad Ağayevdən qəbul edərkən ətrafda hərəkət edən avtomaşınlardan şübhələndiklərindən narkotik vasitəni Polad Ağayevə qaytarıb növbəti gün götürəcəkləri barədə razılaşmışlar. Mirxalıq Vəzirov dərhal Asif Qürbətovla görüşüb ona həmin narkotik vasitəni Polad Ağayevdən qəbul edə bilmədiyini demişdir.

Fevralın 25-də gecə saat 05 radələrində Polad Ağayev narkotik vasitəni Uzuntəpə kəndindəki evinə gətirərək, həyətindəki ot bağlamalarının arasında gizlətmiş və həşişi hələlik təhvil verə bilmədiyi barədə Məmmədi məlumatlandırmışdır. Sonuncu Asif Qürbətova göndərdiyi həşişi Polad Ağayevdən özünün birbaşa qəbul etməsini tapşırmışdır. Bundan sonra Məmmədin tapşırığı ilə Polad Ağayev Asif Qürbətovla telefon əlaqəsi saxlamış, sonuncu həşişin qəbul edilməsi ilə bağlı məsələləri razılaşdırmaq üçün fevralın 25-də Cəlilabad şəhərindəki mədəniyyət evinin qarşısında görüşməyi təklif etmişdir.

Cinayətkar qrup ətrafında əməliyyat-axtarış tədbirlərini davam etdirən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həmin gün Polad Ağayevin Uzuntəpə kəndindəki evinə baxış keçirilmiş və həyətindəki ot bağlamalarının arasında gizlədilmiş ümumi xalis çəkisi 60 kiloqram 287,7 qram olan həşiş aşkar edilərək götürülmüşdür.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılmış, Mirxalıq və Elnur Vəzirovlar, Polad Ağayev və Asif Qürbətov təqsirləndirilən şəxs qismində cəlb olunmuş, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir

xəbər arxivi