az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATLARI
1 iyun 2005

“Monitor” jurnalının baş redaktoru Hüseynov Elmar Sabir oğlunun odlu silahdan qətlə yetirilməsi ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin icraatında olan cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Daxil olan bütün məlumatlar diqqətlə və hərtərəfli təhlil olunur, istintaq-əməliyyat fərziyyələri işlənib hazırlanır, habelə aşkar olunmuş maddi sübutlar və əşyalarla bağlı müvafiq ekspertizalar təyin edilir.

Əvvəllər məlumat verildiyi kimi, hadisə yerinə yaxın ərazilərə baxış keçirilərkən tapılmış bir ədəd toxunma papaqla bağlı məhkəmə-bioloji ekspertiza təyin edilərək müayinə üçün 2005-ci il martın 8-də Amerika Birləşmiş Ştatlarının Federal Təhqiqatlar Bürosunun nümayəndəsi Brayn Paarmana təqdim olunmuşdur.

2005-ci ilin mayın 30-da Federal Təhqiqatlar Bürosunun əməkdaşı Mark Kirbi həmin papaqla bağlı aparılan təhqiqatla əlaqədar istintaqa ilkin məlumatları, habelə qətlin törədilmə mənzərəsini təsəvvür etməyə imkan verən, Elmar Hüseynovun yaşadığı binada onun mənzilinə aparan blokun və pilləkənin maketini təqdim etmişdir. Bu məlumata əsasən, həmin papaq Federal Təhqiqatlar Bürosunun Sübutların Yoxlanılması Bölməsində müayinə edilmiş, onun üzərində qafqazlı şəxsə məxsus saç tükləri, habelə müxtəlif növ və rəngli tekstil saplar tapılmışdır. Aşkar edilmiş həmin maddi sübutlar müqayisəli tədqiqat üçün yararlı sayılmışdır. Qətli törədərkən bu papağı geyinməsi ehtimal olunan şəxs tutulduqdan sonra müvafiq müqayisəli ekspertiza aparılacaqdır. Bununla yanaşı, həmin maddi sübutlar əsasında və eyni zamanda DNT analizi üzrə qətli törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində tədqiqatlar davam etdirilir.
Amerika Birləşmiş Ştatları Federal Təhqiqatlar Bürosunun nümayəndəsi Mark Kirbi ilə görüş zamanı istintaq qrupu tərəfindən həmin cinayəti törətməkdə təqsirli bilinən şəxslərin kirayə yaşadıqları mənzildə aşkar edilmiş yastıq üzlükləri və onların üzərindəki tükəbənzər liflər, habelə qətlin törədilməsinə aidiyyəti olduqları mümkün sayılan daha üç nəfərin saç nümunələri də müqayisəli tədqiqat aparılması üçün ona təqdim olunmuşdur.

İşin hallarının və ortaya çıxan xüsusatlarının hərtərəfli araşdırılması, cinayətin bütün iştirakçılarının ifşası və tutulması üçün intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. İstintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

xəbər arxivi