az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATLARI
3 iyul 2009

Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat saxta çap məhsullari hazirlayan şəxsin saxlanilmasi ilə nəticələnmişdir

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən növbəti tədbirlər nəticəsində Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının abituriyentlərə, yuxarı sinif şagirdlərinə və müəllimlərə kömək məqsədi ilə nəşr etdirdiyi dərsliklərin nümunələrinin qeyri-qanuni çap edilməsi ilə məşğul olan Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Vəliyev Əfqan Vəli oğlu saxlanılmışdır.

2009-cu il iyul ayının 2-də Bakı şəhərinin Badamdar qəsəbəsində və 1-ci Alatava yaşayış sahəsində Əfqan Vəliyevə məxsus evlərdə, həmçinin həyətyanı tikililərdə keçirilən baxış zamanı qanunsuz çap edilmiş 130 mindən artıq müxtəlif adda çap və poliqrafiya məhsulu, o cümlədən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının abbreviaturası altında dərc edilmiş, guya bu qurumun çap məhsulu hesab olunan jurnal və kitabçalar, test tapşırıqları, test bankları, abituriyentlərə kömək, eləcə də çap prosesində istifadə olunan 4 min 620 ədəd ofset plastini, 4 min 200 ədəd nəşriyyat plyonkası, kitab formasında cildlənməmiş 9 min ədəd hazır vərəq, 2 min ədəd test blankının üzlükləri və 1050 adda ədəbiyyat, habelə müxtəlif təyinatlı çap dəzgahları aşkar edilmişdir.

Faktla bağlı toplanılmış materiallar müvafiq araşdırmalar aparılması üçün aidiyyəti üzrə respublika Baş Prokurorluğuna göndərilmişdir.

xəbər arxivi